Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1858/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışda və texniki pasportda düzəlişin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, "Bank Avrasiya” ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “çıxarışda və texniki pasportda düzəlişin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(105)-146/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 9 iyul 2015-ci il tarixli, AN-İ №0510507 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı Xaçmaz rayon X1 şəhəri, 11.B.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m qeyri yaşayış sahəsini satın almışdır.
2. AN-İ №0510507 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən satın alınan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasport verilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X3 xx.xx.2015-ci il tarixli AN-1 №0510506, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və Texniki Pasportuna, həmç inin onun adına olan xx.xx.2015-ci il tarixli inventar nömrəsi 9949, reyestr **********17-06101- 083002 olan texniki pasportuna düzəliş edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir.
4. Cavabdeh 25 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə hərhansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 26 fevral 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin idarənin üzərinə üçüncü şəxs X3 xx.xx.2015-ci il tarixli, AN-İ №0510506 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, AN-İ №0510506 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X2 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. Cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri-yaşayış sahəsinə dair onun adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan Texniki Pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kv.m və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki Pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kv.m göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an 3 tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X3 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişd ir. xx.xx.2015-ci ildə həm iddiaçı ilə 280.9 kv.m qeyri-yaşayış sahəsinə, həm də üçüncü şəxs X4 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin adına olmuş xx.xx.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyri-yaşayış binasının ümumi sahəsi 824 kv.m və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X6 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya tikinti altı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəs i-anbar binaları satılmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X3 adına verilmiş Texniki pasportunda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kv.m göstərməklə iddiaçının mülkiyyətində olan binanın 3 tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”.
8. Sumqayıt İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(118)815/2021 nömrəli qərarı (hakim: X11) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Xaçmaz rayon İstehsalİstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini satın almışdır. Lakin alqı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan to rpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh orqan qeydiyyat orqanıdır və iddiaçının təqdim etdiyi alqı-satqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri ilə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düz gün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X8 və X13) ilə Sumqayıt İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qərarda qeyd edilmişdir ki, daşınmaz əmlaka dair texniki sənəd olan texniki pasport məhz dövlət reyestrində müvafiq daşınmaz əmlaka dair qeydiyyata alınmış hüquqların təsvirini və texniki göstəricilərini özündə əks etdirir. İddiaçının texniki pasportuna düzəliş edilməsini tələb etdiyi və bütövlükdə onun mülkiyyətində olduğunu göstərdiyi H.ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli inzibati binanın hər bir mərtəbəsinə dair ayrı-ayrı çıxarışlarla həmin binanın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər-hansı hüququ qeydiyyata alınmadığından və həmin texniki pasport daşınmaz əmlakın iş materiallarında olan texniki sənədlər üzrə vəziyyətinə uyğun tərtib edildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Xaçmaz şəhəri, H.Zərdabi küçəsi, 4 ünvanda yerləşən əsas tikili mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs Telman Hüseynov isə həmin ərazidəki yardımçı tikililəri satın almışdır. Əsas tikilinin mülkiyyətçisi iddiaçı olduğu halda həmin binaya bitişik ərazi yardımçı tikililərin mülkiyyətçisi olan Telman Hüseynovun adına olan texniki pasportunda onun istifadədə olan torpaq sahəsi kimi göstərilməsi anlaşılmaz haldır. Əgər torpaq sahəsinin istifadəçisinin müəyyən edilməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid məsələ olmamışdır, lakin həmin idarə T.Hüseynovun adına olan Texniki pasport unda torpaq sahəsini onun istifadəsində olan torpaq sahəsi kimi qeyd etmişdir. Həmin idarə əsassız olaraq üçüncü şəxs T.Hüseynovun ərizəsinə əsasən adına olan texniki pasportunda istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395,6 kv.m sahəsindən 344.6 kv.m azaldaraq 1051 kv.m göstərmişdir. Beləliklə, cavabdeh T.Hüseynova üçün Texniki pasportunda və çıxarışında torpaq sahəsinə dair düzəliş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı (çıxarışın verildiyi zaman qüvvədə olmuş redaksiya) 2.1. Nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir:... 2.1.10. torpaq sahəsinin mülkiyyət növü; 2.1.11. torpaq sahəsi üzərində hüququn növü; 2.1.12. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);... 17. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin F ərmanı: (hazırda qüvvədə olan redaksiya) 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir:... 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla);... 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) ba şqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiy a qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m. qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsinin rədd olunması hissəsində ləğv olunmalıdır. 23. 2015-ci ilin 9 iyul tarixində imzalanmış alqı-satqı müqaviləsində iddiaçının satıcı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən istifadədə olan 0.10345 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m olan qeyr-yaşayış sahəsini alması müəyyən edilmişdir.
24. İddiaçıya aid xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda Xaçmaz şəhəri, H.ünvan 5 ünvanda yerləşən 376 kv.m qeyri yaşayış sahəsinə (2-ci mərtəbə) iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Çıxarışda torpaq sahəsinə dair məlumatlar göstərilməmişdir. 25. “Hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanına əsasən dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) göstərilməlidir.
26. Həmçinin, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişi klik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) göstərilməlidir.
27. Lakin iş materiallarında olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m. qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq s ahəsinin kateqoriyası göstərilməmişdir.
28. Cavabdeh etirazında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ərizəsində qeyd olunan əmlak qeyriyaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarışda əks olunmur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə bağlı adı çəkilən Fərmanların tələbinə uyğun araşdırma aparmamışdır.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməyən hissəsi ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. apellyasiya məhkəməsi tərəfindən mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi üçüncü şəxs T.Hüseynovun çıxarış və texniki pasportunda torpaq sahəsi ilə bağlı düzəliş edilməsi, iddiaçının texniki pasportunda düzəliş edilməsi və inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-06101-083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı is tinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarının qərarın dəyişdirilməyən hissəsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının qeyri-yaşayış sahəsi barədə çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iş tək rar baxışa göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsinin rədd olunması hissəsində ləğv edilsin. Bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.