Məhkəmə qərarları › İş №2-1(102)-1858/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1858/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1858/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ( İPM-in 67.3-cü maddəsinin tətbiqi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-332/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə və iş üzrə icraata xitam verilməsinə dair işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyası Ədliyyə Nazirliyi FDM Omsk vilayəti üzrə Rusiya FCİXnin 7 saylı İslah Koloniyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki,İddiaçı xx.xx.2012- ci il t arixdən xx.xx.2022-ci il tarixədək RF Perm şəhərində cəza çəkmişdir. 2. - Quba İHB 475 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayonu Birinci Nügədi kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. 3. - xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək cəzaçəkmədən azad olunan şəxslərə birdəfəlik müavinətin verilməsini xahiş etmişdir.

4. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçının müraciət etmək üçün müəyyən olunmuş müddəti ötürməsi səbəbindən ona birdəfəlik pul müavinətinin ödənilməsinin mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İ ddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiyanın Perm şəhərində kiçik bizneslə məşğul olmuş, 2013-cü ildə Perm şəhərində məcburiyyət qarşısında qalıb cinayət törətmiş və Perm şəhər Lenin rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsinə, 228-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə təqsirili bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 25 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və o, Rusiya Federasiyası Ədliyy ə Nazirliyinin Xarici vətəndaşın Rusiya Federasiyası ərazisində qalması arzuolunmaz olması haqqında xx.xx.2019-cu il tarixli sərəncamı ilə Rusiya Federasiyasında arzuolunmaz şəxs hesab edilmişdir. O, cəzadan azad olunduqdan sonra 26 yanvar 2022-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar xüsusi təcridxanaya aparılmış və 27 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanıldıqdan sonra 28 may 2022-ci il tarixə Azərbaycan Respublikasına yola salınmışdır. O, Azərbaycana qayıtdıqdan sonra yaşadığı ərazidə qeydiyyata alınmış və “Penitensiar müəssisəsində cəza çəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa istinadən cavabdeh təşkilata müraciət edərək sosial adaptasiyaya ehtiyacı olduğunu bildirib ərizə ilə müraciət etmiş və cavabdeh t əşkilat 22 iyun 2022-ci il tarixli məktubu ilə sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığını əsas gətirərək müəyyən edilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını bildirib ona müavinətin təyin edilməsindən imtina etmişdir. O, cavabdehin imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, 25 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra məcburi qaydada Covid-19 testi ilə əlaqədar cəza çəkdiyi Omsk şəhərində xüsusi təcridxanaya yerləşdirilmiş 28 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanılıb sonradan Azərbaycana deportasiya olunmuşdur. Ona görə də daimi yaşamaq üçün qayıtmamağı ondan asılı olmayan səbəbdən baş vermiş və o, Azərbaycana qayıdan kimi sosial deportasiya ilə əlaqədar müraciət edərək qanunla müəyyən edilmiş üç ay müddətini buraxmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)2709/2022 nömrəli qərarı (hakim-V.Əzizova) ilə iddia təmin edilərək, İddiaçı penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra 3 ay ərzində sosial müdafiə orqanına müraciət edə bilməmişdir. Cavabdeh inzibati orq anın göstərilən əsasla iddiaçıya imtina cavabı verməsi onun sosial təminat hüququnu məhdudlaşdırılmasına səbəb olur.

9. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması 04 may 2023-cü il tarixə təyin edilmiş və tərəflər lazımi qaydada məlumatlandırılmışlar. 11. xx.xx.2023-cü il tarixdə cavabdehin iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərarla 1200 manat məb ləğində birdəfəlik müavinət təyin edilmişdir. Ərizədə İPM-nin 67.1 və 67.2-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Ərizəyə cavabdeh inzibati orqanın iddiaçıya sosial müavinətin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əlavə edilmişdir.

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-332/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: Z.T.Məmmədov, hakimlər: H.Ç.Babayeva və G.İ.Cabbarova ) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (105)-332/2023 saylı qərardadı ləğv edilmiş,Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(1 18)-2709/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 14.Kassasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ape llyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarı qüvvəyə minməmiş və iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir.Analoji iş üzrə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 2-1(107)-406/2022 nömrəli qərarından kassasiya şikayəti verilmişdir. Daha sonra cavabdeh tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət təqdim edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 842/2023 nöm rəli qərardadı ilə cavabdeh tərəfindən təqdim edilmiş vəsatət təmin edilmiş, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və iddiaçının tələbinin təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Cavabdeh İnzibati Prosesssual Məcəllənin 67.1, 67.2, və 67.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədb ir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadı ğı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və ona qoşulmuş sənədləri, eləcə də digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

17. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı penitensiar müəssisədə cəz a çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmiş, apellyasiya məhkəməsi isə apellyasiya şikayətini mümkün saymamış və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

18. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçıya minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətinin təyin edildiyi müəyyən olunur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 67-ci maddəsinin məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərard ad qəbul edir.

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və iddiaçının tələbinin təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə icraata xitam verilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar