Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1858/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “üçüncü şəxsin adına tərtib edilmiş torpağın mülkiyyətə verilmə sinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 21(105)-285/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı əsasında X1 adına tərtib edilmiş JN-057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.Məmmədov) xx.xx.2023-cü il tarixli, 21(118)-1997/2023 nömrəli qərardadı il ə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-285/2024 nömrəli (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-285/24 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. 6. xx.xx.2024-cü il tarixdə iddiaçı Sumqayı t Apellyasiya Məhkəməsinə müraciət edərək elektron kabinetdən istifadə etmədiyini bildirmiş və məhkəmə işinin ona verilməsini xahiş etmişdir.
7. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hə r bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. M əhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassa siyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhk əmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
11. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
12. Kassasiya şik ayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır.
16. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”ini n mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.
17. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-285/24 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
18. Belə olan halda, iddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilm əsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin axımı da məhz, həmin tarixdən başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir.
19. Buna baxmayaraq iddiaçı kassasiya şikayəti vermək üçün müddəti ötürdükdən sonra, yəni xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək elektron kabinetdən istifadə etmədiyini bildirmiş və məhkəmə işinin ona verilməsini xahiş etmiş, həmin tarixdə qəbzlə məhkəmə qərardadı iddiaçıya verilmişdir.
20. Bundan sonra iddiaçı elektron kabinetdən istifadə etmədiyini bildirməsinə baxmayaraq kassasiya şikayətini elektron kabinet vasitəsilə elektron qaydada imzalayaraq vermışdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi kassasiya şikayəti verilməsi üçün müddət ötürüldükdən sonra verildiyindən, eləcə də, ə rizədə göstərilən hallar öz təsdiqini tapmadığından, yəni iddiaçının nəinki elektron kabinetdən, hətta elektron imzadan istifadə etməsi iş materialları ilə təsdiq olunduğundan xx.xx.2024-cü il tarixdə verilən kassasiya şikayəti üzrə İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
22. Göründüyü kimi, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliyin müddətlə bağlı tələbinə əməl etməmişdir. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
23. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-285/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.