Məhkəmə qərarları › İş №2-1(102)-1858/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1858/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1858/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025ci il tarixli, 2-1(103)-752/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni 22 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü i l təvəllüdlüdür. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Bu hüququndan istifadə etmək məqsədilə cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Ərizəsinə əmək kitabçasını, işlədiyi müəssisələrdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən arayışları və digər müvafiq sənədləri də əlavə etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun 15 il 7 ay 16 gün - əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu təsdiq edən güzəştli əmək stajı yaranmışdır. Cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda imtinanın səbəbi kimi güzəştli iş stajının 12 il 6 aydan az olduğu göstərilmişdir. Cavabdeh "xxxx" MMC-də işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul etməmişdir. Halbuki, qeyd olunan müddət "xxxx" MMC-nin verdiyi “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 18 avqust 2023-cü il tarixli arayışı ilə də təsdiq edilir ki, bu müəssisədə “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajıdır və həmin müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulmuşdur. Cava bdeh “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının 7 il 2 ay 1 gün (əslində 7 il 2 ay 2 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul edir: SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “elektrik qaynaqçısı” peşəsi üzrə - 4 il 09 ay, "xxxx" Birgə Müəssisəsində “rəngsaz” peşəsi üzrə - 2 il 5 ay 2 gün. "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajını isə qəbul etmir. Müəssisələr tərəfindən verilmiş yuxarıda istinad edilən arayışları və cavabdehin xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu diqqətlə araşdırdıqda məlu m olur ki, iddianın qanuni və əsaslı olması hətta cavabdehin imtina məktubu ilə də təsdiq edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh "xxxx" Birgə Müəssisəsində “rəngsaz” peşəsi üzrə işlədiyi və 2 il 5 ay 2 gün təşkil edən əmək stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən staj olaraq qəbul edir. Lakin "xxxx" MMC-də işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan “rəngsaz” peşəsi üzrə 8 il 5 ay 14 gün təşkil edən əmək stajını güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı kimi qəbul etmir. Halbuki o, hər iki müəssisədə, yəni həm "xxxx" Birgə Müəssisəsində, həm də "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə eyni vəzifədə işləmişdir. Cavabdehin hansı səbəb və əsaslardan eyni neft sahəsi və eyni “rəngsaz” peşəsi üzrə əmək stajını bir müəssisədə güzəştli staj olaraq qəbul edib, digər müəssisədə isə bunu mümkün hesab etməməsi sual doğurur. Həm "xxxx" Birgə Müəssisəsi, həm də "xxxx" MMC ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinə uyğun olaraq “rəngsaz” peşəsi üzrə güzəştli şərtlərlə iş stajı barədə arayış vermişdir. Lakin cavabdeh tərəfindən bu arayışlardan biri qəbul edilir, digəri yox. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinin qeyd edilən cümləsinə diqqət yetirməyi zəruri hesab edir. Orada deyilir: “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar”. "xxxx" MMC-nin “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ” 18 avqust 2023-cü il tarixli arayışında da Siyahının 35-ci bəndinə istinad olunur, lakin həmin bənddə qeyd edilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sözlərinin yerinə “təhlükəliliyi 3-cü dərəcədən aşağı olmayan” ifadəsi yer almışdır. Yəni, Siyahıdakı “sinif” yerinə, arayışda “dərəcə” göstərilmişdir. Göründüyü kimi, məzmunu dəyişməyən, fərqli məna kəsb etməyən bir sözdən bəhs edilir. Cavabdeh də bu “fərqi” əsas götürərək onun hüquqlarını təmin etməkdən imtina etmişdir. O, 40 ilə yaxındır əmək fəaliyyəti ilə məşğuldur, onun 15 ildən artıq müddətini zərərli işlərdə çalışmışdır, hüquqlarından istifadə zamanı çatanda isə buna əsassız şəkildə maneələr yaradılır. Cavabdeh sual yaradan halları "xxxx" MMC-yə sorğu göndərməklə də bu məsələni aydınlaşdıra bilərdi.

3. Cavabdeh iddia tələbin ə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. SOCAR CAPE LLC-nin 18 avqust 2023-cü il tarixli SC-PC-2023-337 nömrəli arayışında iddiaçının xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bu günədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin müvafiq arayışda rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr göstərilsə d ə, onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli is stajı 12 il 06 avdan az (07 il, 02 ay, 01 gün (xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 22 avqust 2024-cü il tarixli, 21(112)-6178/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1.Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Cavabdehin əsas d əlili "xxxx" MMC-nin iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli arayışda onun xx.xx.2013xx.xx.2020-ci və xx.xx.2022-ci ildən hazıradək rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasından ibarətdir. Məhkəmə araşdırması dövründə iddiaçının işlədiyi rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə və meyarlara əsasən müəyyən edilməsi və vəzifə təlimatı əlavə edilməklə həmin peşənin əmək funksiyalarının nədən ibarət olması barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu göndərilmişdir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı "xxxx" MMC-də (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təh lükəliliyinin 3-cü dərəcədən aşağı olduğunu materialların təhlükəsizlik məlumat cədvəlləri (X1 Sheets “MSDS”) sənədlərinə əsasən müəyyən etmək olar. “MSDS”-lər təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarını təqdim edən standartlaşdırılmış sənədlərdir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. “MSDS” maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 nömrəli Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Əlavə olunan sənədlərdə İddiaçı işlədiyi müddət ərzində istifadə etdiyi boyaların bir qismi və onların tərkibi barədə ətraflı məlumat veril mişdir. İşçinin həmin boyalardan istifadə etməsinin sübutu olaraq, Alətlər qutusu müzakirə qeydiyyat formasında (X3 Record Fonu) İddiaçı iş şəraiti və istifadə etdiyi boyalar haqqında verilmiş və işçi bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı rəngsaz kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Bunun sübutu olaraq, Sizə müvafiq sənədlərin surətini bu məktuba əlavə edirik. Qeyd edilən vəzifə ilə əlaqədar ola raq İddiaçı qapalı mühit, qapalı mühitə giriş (süni nəfəs aparatı ilə daxil olmaqla), əməyin mühafizəsi və texniki təhlükəsizlik, ümumi sağlamlıq, təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması, yüksəklikdə görülən işlər barədə ümumi anlayış və boyaların vurulması barədə təlimlər keçirilmişdir. Məktuba rəngsaz peşəsinin vəzifə təlimatının, Materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri, Alətlər qutusu müzakirə qeydiyyat forması, attestasiya sənədlərinin surətləri və sertifikatların surətləri əlavə edilmişdir. 5.2.Göründüyü kimi, işəgötrürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsi barədə ətraflı izah verilmiş, sənədlərin surətləri təqdim edilmişdir. Bu onu demə yə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışlara əsasən, "xxxx" MMC-də işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 nömrəli Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəli liyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. 5.3. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" Birgə Müəssisəsində xx.xx.2003 - xx.xx.2005-ci il tarixləri arasında işlədiyi dövrlərdəki rəngsaz vəzifəsini güzəştli staja daxil etsə də, eyni mövqeni onun "xxxx" MMC-də xx.xx.2013xx.xx.2020-ci illər ərzində işlədiyi rəngsaz vəzifəsi üzrə sərgiləməmişdir. Halbuki, "xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, AZF-2023/58-K nömrəli arayış məzmunca "xxxx" MMC-nin verdiyi arayışdan fərqlənməmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla onun işlədiyi rəngs az peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından, həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda, iddiaçının "xxxx" MMC-də rəngsaz vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilən 08 il 05 ay 14 gün+ mübahisələndirilməyən 07 il 02 ay 01 gün= 15 il, 07 ay, 15 gün).

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 12 mart 2025-ci il tarixli, 2-1(103)-752/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll e dilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-3360/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və xx.xx.2023-cü il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerlərindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır.

16. Beləliklə, m übahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdi rilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli, 21(103)-752/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayə t üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar