Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1859/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.10.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyul tarixli, 2-1(107)-346/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 20 sentyabr tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Oğuz rayon AİK-nın 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın hüquqi nəticələri olan həmin torpaq sahəsinə mülkiyyət hüququ JN-955A, KOD-nömrəli şəhadətnamənin, Oğuz rayon notariat kontorundan 2019-cu il 26 aprel tarixli, 2V-133 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ********** qeydiyyat nömrəsi üzrə verilmiş 201 9-cu il 30 aprel tarixli əmlaka dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı 2020-ci il 3 sentyabr tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-966A KOD-X nömrəli şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
3. İddiaçı 2020-ci il 21 sentyabr tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “AN seriyalı X nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 12 oktyabr tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə 2020-ci il 21 sentyabr tarixli ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. bir inci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 23 iyun tarixli, 2-1(116)-89/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi A seriyalı, X nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN-955A seriyalı KOD X nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində yerləşir, 225 kv.m hissəsi isə x B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. Göründüyü kimi ləğvi tələb olunan sənədin iddiaçının hər-hansı hüququnu pozması müəyyən olunmur. Ümumiyyətlə A seriyalı, X nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi “torpaq sa həsinin mülkiyyətə verilməsinə dair” JN955A seriyalı KOD X nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində yerləşdiyindən və JN-955A seriyalı KOD X nömrəli şəhadətnamə qüvvədə olduğundan, iddiaçı tərəfindən isə həmin şəhadətnamənin ləğvi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyindən həmin hissədə iddia ilkin sənədin qüvvədə olması səbəbindən mümkün sayıla bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyul tarixli, 2-1(107)-346/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 23 iyun tarixli q ərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəmənin təşəbbüsü ilə təyin edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi qarşısında qoyduğu suallar mübahisənin düzgün həlli üçün əsas təşkil edə bilməz. Tam tərsinə “Alternativ” ekspertiza mərkəzinin ekspertləri qarşısında qoyulan suallar və onlara verilən cavablar hazırkı mübahisənin nədən ibarət olmasını və iddiaçının hüquqlarının nə dərəcədə pozulmasını aydın şəkildə göstərir. Apellyasiya instansiyası məhkəməsi isə şikayətdə göstərilənlərə münasibət bildirmədən, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadında göstərilənlərə toxunmadan öz qərardadında göstərərək heç bir əlavə araşdırma aparmamışdır. Məhkəməyə eyni torpaq sahəsi ilə bağlı fərqli-fərqli rəylər mövcud olduğu üçün 2020-ci il 3 fevral və 2020-ci il 23 iyun tarixlərdə eyniməzmunlu vəsatətlər verərək iş üzrə məsələnin daha ətraflı şəkildə araşdırılması məqsədilə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ünvan 1 ünvana baxış keçirilməsini və mübahisənin ədalətli həlli üçün üçüncü şəxsin adına olan torpaq sahəsinin və iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin vəziyyətinin yerin də dəqiqləşdirilməsini tələb olunsa də, məhkəmələr buna əhəmiyyət verməmiş, iş üzrə fərqli rəylərin olduğunu bildiyi halda əlavə tədbirlər görməyərək üçüncü şəxsin tərəfindən çıxış etməklə onun xeyrinə qərardad çıxarmışdır.
11. Mübahisələndirilən plan-ölçü sənədi şəhadətnamə ilə eynilik təşkil edə bilər, lakin həmin şəhadətnamənin və onun əsasında verilən plan ölçü sənədinin iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin üzərinə düşüb-düşməməsini mütəxəssis qarşısında sual olaraq qoyulmamış, bununla da mübahisənin düzgün həllinə nail ola bilməmişdi İddiaçı iş üzrə üçüncü şəxsə torpaq sahəsi verilməsinin əleyhinə olmamış, lakin ona verilən torpaq sahəsinin plan-ölçüsünün koordinatlarının düzgün işlənməsinin tərəfdarı olmaqla iddiaçıya məxsus evin altında yerləşən torpaq sahəsinin üstünə işlə nməməsinin tələb etmişdir. Oğuz Rayon Məhkəməsində mübahisə üzrə işə baxılarkən alınan ekspert rəylərinə əsaslanaraq hüquqlarım pozulduğunu hesab edərək iddia qaldırılmışdır. Bu səbəbdən iddia tələbinin mümkün sayılmaması qanunsuz və əsassızdır. Bundan əlavə məhkəmələrin əsaslandığı mütəxəssis rəyində bələdiyyə torpağı kimi göstərilən torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpağa iddiaçının evinin hasarının daxilindədir və ora iddiaçının gözlənilən mülkiyyət hüququ vardır.
12. Bundan əlavə aqrar islahat vaxtı ailənin istifadəsində islahatdan əvvəl torpaq sahəsinin olduğunu məhkəməyə bildirərək sorğu edilməsi xahiş edilmişdir. İddiaçının Oğuz Rayon Dövlət Arxivindən aldığı 2021-ci il 30 iyun tarixli 50 nömrəli arxiv arayışında qeyd edilmişdir ki. İddiaçının anası xnın adına 0.31 ha torpaq sahəsi var, həmin torpaq sahəsinə iddiaçının anası tərəfindən verilən vəsiyyətnamədə üçüncü şəxs Jenva Ağababayevanın əri Serqev Ağababavevə heç bir pay verilməmişdir. Arxiv arayışı və vəsiyyətnamənin əslini məhkəmə prosesində hakimlərə göstərilmişdir. Ancaq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı qeyd edilən sübutlara əhəmiyyət verilməmişdir. Məhkəmə Kollegiyası da işə baxarkən işi tam və hərtərəfli araşdırmadan iddianı mümkünsüz hesab etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclas a gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bi lməz.
18. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların Siyahısı”nın surətində 439-cu sırada X8 və X1 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi, 562-ci sırada isə iddiaçı X9, X10 və X6 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan X” kooperativi ərazisində torpaq payı alacaq ailələrin püşk ardıcıllığı Siyahısı”nın surətində 955-ci sırada X7 adı cəmi 2 nəfər olmaqla, 1011-ci sırada isə X5 adı cəm 3 nəfər olmaqla və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir.
19. X4 2020-ci il 19 avqust tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tikinti-texniki ekspertizasının keçirilməsi üçün müraciət etmişdir. Ekspert rəyində qey d edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-955A Kod X nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin cizgilərinin hazırda X2 verilən plan-ölçü sənədində göstərilən torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşmədiyi müəyyən edilir. X2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-955A seriyalı kod X nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin, hazırda həmin şəxsə məxsus A seriyalı X nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə yerləşmə mövqeyinə görə eynilik təşkil etmədiyi müəyyən edilir. Qeyd: JN-955A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0,06 ha torpaq sahəsi, həmçinin həmin Şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazır lanmış qeydiyyat nömrəsi ********** olan X2 məxsus 0,06 ha torpaq sahəsinin AN X saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,06 ha torpaq sahəsi naturaya uyğun hazırlanmamış, həmin 0,06 ha torpaq sahəsi təqdim edilmiş Texniki Pasportlara əsasən və faktiki olaraq bütövlükdə uzun illər ərizəçi İddiaçı ailə üzvlərinin mülkiyyətində və istifadəsində olan tikililərin və torpaq sahəsinin üzərinə işlənmişdir.
20. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 2021-ci il 26 aprel tarixli, **********53 nömrəli məktubla məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə görə, təsərrüfatın DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən AN X nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi JN-955A seriyalı KOD X nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə qismən üst-üstə düşür. AN X nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-955A seriyalı KOD X nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində, 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. 21. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrını məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
22. Apellyasiya instansiyası məhkəməsi həmin normaya və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunm uş rəyə istinadla haqlı olaraq hesab etmişdir ki, ləğvi tələb olunan sənədin iddiaçının hər-hansı hüququnu pozması müəyyən olunmur. Belə ki, A seriyalı, X nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN-955A seriyalı KOD X nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində yerləşdiyindən və JN-955A seriyalı KOD X nömrəli şəhadətnamə qüvvədə olduğundan, iddiaçı tərəfindən isə həmin şəhadətnamənin ləğvi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyindən həmin hissədə iddia ilkin sənədin qüvvədə olması səbəbindən mümkün sayıla bilməz. A seriyalı X nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyətinə aid ərazidə yer ləşdiyindən həmin hissədə iddiaçının hər-hansı hüququna müdaxilə olunması müəyyən olunmur.
23. Beləliklə, iddiaçı İPM-in 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyul tarixli, 21(107)-346/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.