Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1859/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün torpaqların geri alınması, kompensasiyanın məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-23/ 2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* və MA seriyalı ******* saylı çıxarışlara əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı mülkiyyətindədir.
2. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək BilgəhSumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar həmin qurumun işçiləri tərəfindən mülkiyyətində olan to rpaq sahəsində qazma işləri aparılmaqla yararsız vəziyyətə salındığını bildirmiş, torpağın dövlət ehtiyacları üçün alınması və yararsız hala salınması ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. 3."xxxx" ASC-nin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) iddiaçının 01 mart 2017-ci il tarixli yazılı ərizəsinə cavab olaraq H-3/16-1945 saylı 03 aprel 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçiv əsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2015-ci ildə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Qazma işlərini aparan şəxslər cavabdehin işçiləri olduqlarını, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınacağını və buna görə ona kompensasi ya ödəniləcəyini bildirmişlər. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala düşmüşdür. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2-1(85)2546/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim ed ərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. Ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişiklər edilmişdir və avtomobil yolu iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. İddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq iddiaçının vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddiaçının müraciəti olduğu halda müdaxilə olunan to rpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir
8. Üçüncü şəxs iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq işlərin görüldüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməmişdir. Bu baxımdan sözügedən iddia tələbi mümkün sayıla bilməz.
9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 12 fevral 2019-cu il tarixli məktubda göstərilmişdir ki, BilgəhNovxanı-Sumqayıt istiqamətində avtomobil yolunun layihələndirilməsi müxtəlif variantlar üzrə hazırlanmış və seçilmiş variantlara əsasən yolun layihələndirilməsi mərhələlər üzrə hissə hissə həyata keçirilirdi. Sözügedən yolun layihələndirilməsi və tikintisinə dövlət büdcəs indən dövlət əsaslı vəsait qoyuluşu üçün vəsait ayrılmadığından layihənin başa çatdırılması və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması işləri sona çatdırılmamışdır. Bu səbəbdən sözügedən yolun layihə işlərinin başa çatdırılması, razılaşdırılması və tikinti işlərinin davam etdirilməsi üçün sərəncamla dövlət büdcəsindən vəsait ayrıldıqda öz həllini tapacaqdır
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(085)19/2019 saylı (hakim – Z.Pirverdiyev) qərarı ilə iddia qismən təmin edilmiş, X3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddian ın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya ödənilməlidir. Torpaq sahəsinin tikinti altına düşməsi ilə bağlı mövqeyini məhkəmə onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi ilk olaraq sahənin tikinti altına düşmədiyini qeyd etsə də, sonradan iddiaçının müraciət etdiyi halda müdaxilə olunan torpaqda rekultivasiya və bərpa işlərinin təmin ediləcəyini bildirir. Bundan başqa, iş materiallarından və fotoşəkillərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahəyə müdaxilə olunmaqla qazılmış və istifadəyə tam yarasız hala s alınmış, eləcə də cavabdeh 03 aprel 2017-ci il tarixli məktubunda tikinti altına düşən sahəyə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını qeyd etmişdir.
12. Məhkəmə həmçinin qeyd edir ki, ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200 manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir.
13. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2-1(105)-05/2021 saylı qərarı (hakimlər – H.Babayeva, hakimlər – Z.Məmmədov və F.Məmmədov) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)19/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə ekspert və mütəxəssis rəyinin alınması mümkün olmasa da, məhkəmə araşdırması zamanı digər sübutların tədqiq nəticəsində iddiaçıya məxsus torpaq sahələrinin məhz Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi və bu səbəbdən cavabdeh tərəfindən qazılaraq yararsız hala salındığı sübuta yetirilmişdir. İddiaçıya məxsus sahənin məhz ilkin təsdiq edilmiş layihəyə əsasən yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir. Belə olan təqdirdə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən mərhum edilməsi dövlət ehtiyacları ilə əlaqədar baş vermişdi r, çünki geri alınma və dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun çəkilməsi ilə əlaqədar baş vermişdir. Lakin iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1655 ha və 0.10807 ha torpaq sahələrinin (ümumilikdə 0.2735 ha) hər sotu 3000 manatdan hesablanmaqla və məlum fərmana uyğun olaraq bazar qiyməti 20% əlavə edilməklə 97.200 manat (81.000(3000 x 27 sot)+ 16200 (81.000 x 20% = 16200) =97.200) məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur 1
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. c)kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2 iyun 2021-ci il tarixli 2-1(102)902/2021 nömrəli qərarı ilə (hakimlər: X.Məmmədov – sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2-1(105)05/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə qərarında qeyd etmişdir ki, mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fə aliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Yoxsa, iddiaçı tikinti fəaliyyətinin həyata keçirilməsi nəticəsində sahəni faktiki olaraq itirməsə də, görülən işlərin onun mülkiyyətinin dəyərinin və ya faydalılığının azalmasına səbəb olduğundan, yaxud ümumiyyətlə istifadəyə yararsız vəziyyətə gətirdiyindən çıxışı etməklə kompensasiya tələb edir? Apellyasiya məhkəməsi bu məsələni dəqiq müəyyən etməmiş, prosessual qanunvericilikdə təsbit olunmuş işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti borcunu yerinə yetirməmişdir. Belə ki, məhkəmə kompensasiyanın ödənilməsi tələbini təmin edərkən həm torpaq sahələrinin avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti alt ına düşməsinin sübut olunduğuna, həm də ərazidə qazıntı işləri aparılmaqla sahənin istifadəyə tam yarasız hala salındığına istinad etmişdir. Odur ki, təkrar apellyasiya baxışında bu məsələ aydınlaşdırılmalı, ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir. d)apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. İş apelyasiya instansiyası məhkəməsinin icraatında olan zaman əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən Abşeron ray onu Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10807 ha torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsi və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1655 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun qazma yamacına düşür
21. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğ u göndərərək 2015-ci ilə dair Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni inşa edilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş “Kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinin bazar qiymətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müəyyənləşdirilməsi məqsədilə, notariatda aparılmış alqı-satqı müqavilələri tələb edilmiş və xx.xx.2022-ci il tarixli 2320 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş “2015-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair alqı-satqı müqavilələri” ilə müəyyən olunur ki: - xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.4366 ha torpaq sahəsi 220 00 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.3464 ha torpaq sahəsi 17000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1263 ha torpaq sahəsi 6500 manata satılmış, xx.xx.2015ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.13 ha torpaq sahəsi 5.400 manata satılmış, xx.xx.2015-ci il tarixli, ANİ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1169 ha torpaq sahəsi 11.000 manata satılmışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2-1(105)-23/2021 saylı qərardadı ilə İddiaçı cavabde h Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına xitam verilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilən apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2-1(105)-23/2021 saylı qərarı (hakimlər – R.Ağayev, hakimlər – T.Məmmədov və İ.Dəmirov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)19/2019 saylı qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,10807 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsinin, həmçinin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,1655 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 15.178,33 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi iki torpaq sahəsinin bütövlüklə, yəni 0,27357 ha hissəsinin yol tikintisi altına düşməsi səbəbindən kompensasiya ödənilməsi tələbi qismən əsaslı hesab edilərək, yəni 0,1937 (0,0282+0,1655=0,1937) ha torpaq sahəsindən ibarət hissələri “Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına düşdüyündən, həmin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid, məqsədli istifadə növü əkin olan torpaq sahələrinə görə müəyyən edilən məbləğ, notariat orqanından əldə edilmiş torpaq alqı-satqı müqavilələrinə əsasən 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni bir sotu 653 manat olmaqla, 19.37 sota görə 12.648,61 manat məbləği müəyyən olunmaqla, həmin məbləğə qanun normalarına görə 20%, yəni 2.529,72 manat əlavə edilməklə ümumilikdə - 15.178,33 (12.648,61 +2.529,72=15.178,33) manat məbləğinin tutulmaql a iddiaçıya ödənilməsi təmin edilməli, bununla da cavabdehin hərəkətlərində maddi hüquq normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə qismən düzgün nəticəyə gəlsə də, torpaq sahəsinin və kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarı dəyişdirilməli, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçının xeyrinə 15.178,33 manat məbləğində kompensasiya tutulmaqla İddiaçı ödənilməlidir.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xah iş etmişdir
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayətində qeyd edir ki, mübahisə predmeti olan, torpaq sahələrində cavabdeh tərəfindən aparılmış qazma işləri nəticəsində həmin torpaq sahələri tam olaraq yararsız hala düşmüşdür və barəsində şikayət etdiyi qərarla müəyyən edilmiş 15.178,33 (on beş min yüz yetmiş səkkiz manat, otuz üç qəpik) məbləğində kompensasiya həmin torpaq sahələrinin tam dəyəri deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.4.1-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün alındığı halda mülkiyyətçiyə torpağın dəyəri tam olaraq ödənilir.
28. İş materilallarmda olan, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2-l(085)-2546/2017 saylı sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş MA №0300605 saylı çıxarışa əsasən 0,10807 ha və MA №0300589 saylı çıxarışa əsasən 0,1655 ha torpaq sahələrinin ümumilikdə dəyəri təqribən 56079,0 manat məbləğində müəyyən edilmişdir.
29. İş materilallarında olan, “X4” MMC-nin 21 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatı və müşayiətedici məktubu ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0,1655 ha torpaq sahəsinin hal-hazırda bazar dəyəri 55.000 manat, eləcə də sahəsi 0,10807 ha olan torpaq sahəsinin hal- hazırda bazar dəyərinin 36000 manat olması göstərilmişdir. Lakin, barəsində şikayət etdiyi qərar çıxarılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən torpaqların qiymətləndirilməsi ilə bağlı rəylərə hüquqi qiymət verməmişdir.
30. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi b ağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcəsi qarşısında əsassız öhdəliklər yaradır.
31. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyə n edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.
32. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul e tməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəl irlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqan ı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsi n üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 36. ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Re spublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edi lmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dö vlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 58 Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı -satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 37. “Qiymətləndirmə haqqında” Qanun: Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digə r dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcb uridir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
40. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından q əbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
42. Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətindədir.
43. İddiaçı mülkiyyətində olan 1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmaması ilə əsaslandırmışdır
44. Apelyasiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10807 ha torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsi və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1655 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun qazma yamacına düşür.
45. İddiaçının iddia etdiyi iki torpaq sahəsinin 0,1937 hissəsinin “Bilgəh-NovxanıSumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına düşdüyündən, həmin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid, məqsədli istifadə növü əkin olan torpaq sahələrinə görə müəyyən edilən məbləğ, notariat orqanından əldə edilmiş torpaq alqı-satqı müqavilələrinə əsasən 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni bir sotu 653 manat olmaqla, 19.37 sota görə 12.648,61 manat məbləği müəyyən olunmaqla, həmin məbləğə 20%, yəni 2.529,72 manat əlavə edilməklə ümumilikdə - 15.178,33 (12.648,61 +2.529,72=15.178,33) manat məbləğinin tutulmaqla iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
46. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
47. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
48. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
49. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.
50. Nəzərə almaq lazım dır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
51. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
52. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən şəkildə alınması məhkəmələr tərəfindən ətraflı araşdırılmamış, torpaq sahəsinin tam və ya qismən yola və mühafizə zolağına düşməsi səlahiyyətli dövlət orqanlarının iştirakı ilə yoxlanılmamış, apelyasiya məhkəməsi bu barədə apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir.
53. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
54. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb oluna n hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
55. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının m əhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
56. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
57. Hər hansı məbləğin ağlaba tan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
58. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
59. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).
60. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
61. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məb ləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
62. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apelyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.
63. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməd ən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 64. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
65. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köç ürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
66. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.
68. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacla rı üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.
69. Apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi həddə araşdırma aparmamış, torpaq sahəsinin konkret ünvanı, naturada yerini dəqiqləşdirməmiş, torpaq sahəsinin yerləşdiyi yerə görə bazar qiyməti barədə məlumatlar əldə etməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.
71. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmad ığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
72. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər.
73. Qeyd edilməlidir ki, iddiaçıya məxsus hər iki torpaq sahəsinə verilmiş çıxarışlarda torpaq sahəsinin yerləşdiyi ünvan “Abşeron rayonu, Meh diabad qəsəbəsi” qeyd edildiyi halda, apellyasiya instansiyası məhkəməsi “2015-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair alqı-satqı müqavilələri”nə istinad edərək iddiaçıya 15.178,33 manat məbləğində kompensasiya ödənilməsini cavabdehin üzərinə qoymuşdur.
74. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan yekun qərar qəbul edilməsi hissəsində şikayət təmin edilməməlidir.
75. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-23/2022 saylı, 8 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.