Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1859/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əm rinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-382/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1985-ci il təvəllüdlü İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2 iyun 2016-cı il tarixli, 59 nömrəli əmrinə əsasən 212 saylı Hərbi Hissədə 31 oktyabr 2016-cı il tarixdən 8 dekabr 2016-cı il tarixədək təşkil edilmiş avtomobil sürücülük kursuna daxil olmuşdur.
2. N may N-ci il tarixdə “Hər bi xidmətkeçmə” haqqında Əsasnamənin “156” maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü iddiaçı hərbi xidmətini ön cəbh ədə keçmişdir. Qüsursuz xidmətinə görə tabeçiliyində olduğu zabit və rəisləri tərəfindən daim təşəkkürə layiq görülmüşdür. Xidməti bitirdiyi zaman döyüş və humanitar hazırlığına görə hərbi hissə komandanlığı tərəfindən təltif olunmuşdur, istər mülki həyatda, istərsə də hərbi xidmətdə daim vətənə olan borcunu məsuliyyətlə yerinə yetirmişdir. Bu borcunu ödəmək naminə 2016-cı ildə yenidən hərbi xidmətə qayıtmaq üçün Müdafiə Nazirliyinin 212 saylı Beyləqan korpusuna müraciət etmişdir. İddiaçının müraciəti müsbət qarşılanmış və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 59 nömrəli əmrinə əsasən 212 saylı Hərbi Hissədə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək təşkil edilmiş avtomobil sürücülük kursuna daxil olmuşdur. Kursu müvəffəqiyyətlə bitirmiş və qüsursuz xidmətinə görə təşəkkürə layiq görülmüşdür. 212 saylı Beyləqan korpusunun “181” saylı hərbi hissəsində xidmətini icra etmişdir. Kursu bitirdikdən sonra xidməti fəaliyyətinə başlamışdır. Xidmətinin beşinci ayında ailə vəziyyətində yaranan problemlə əlaqəli olaraq 3 yaşlı övladının xəstəliyi ilə bağlı tərxis olunmaq üçün xidmət etdiyi “181” saylı hərbi hissəyə müraciət etmişdir. Müraciəti qəbul olunmuş və rəhbərlik tərəfindən tərxis olunmuşdur. Lakin tərxis olunan zaman iddiaçıya xəbərdarlıq edilmədən xidməti fəaliyyətinə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndi əsas götürülməklə xitam verilmiş və xidmətdən azad edilmişdir. Əsasnamənin 156-cı maddəsinə görə hərbi qul luqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Maddənin dispozisiyasından aydın olur ki, hərbi qulluqçu inzibati xətaya görə yalnız şərəf məhkəməsinin vəsatəti ilə buraxıla bilər. Şərəf məhkəməsinin vəsatəti olmadan birbaşa buraxılma isə yalnız Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndinə əsasən mümkün sayılır. Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndində göstərilir ki, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşdən görünür ki, iddiaçı şərəf məhkəməsinin vəsatəti olmadan, birbaşa əsasnamənin 156-cı maddəsinin “Ə” bəndi ilə deyil, “e” bəndi ilə ehtiyata buraxılmışdır. Bütün bunlardan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə əmrinin qanunsuz olduğu aşkar görünür. Bundan başqa həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Qanunun bu tələbinə əsasən iddiaçıya buraxılmaya iki ay qalmış xəbərdarlıq edilməmişdir.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, yalnız iddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 147 nömrəli əmrindən çıxarışı təqdim etmişdir. Həmin əmrə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissənin minaatan batareya 2-ci minaatan tağım 3-cü minaatan sürücü, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 044 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinə müvafiq olaraq “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmrinə əsasən N-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulm uş birdəfəlik pul mükafatını tam həcmində almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilib, o, N-ci ilin növbəti məzuniyyətindən 20 (iyirmi) gün istifadə edib, əlavə məzuniyyət pulu ilə təmin olunub.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-475/2023 nömrəli, 21 fevral 223-cü il qərardadı ilə (sədrlik edən İ.Burcayev) iddia mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata götürülməsi barədə qərardad edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-382/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan əmr haqqında məlumatlar iddiaçıya məxsus hərbi biletdə ətraflı və aydın şəkildə qeyd edilmiş, habelə iddiaçıya həmin Əmr haqqında məlumat verilmişdir. İddiaçının verdiyi izahatından aydın olur ki, hərbi bileti ona müvafiq əmrin verildiyi vaxtdan təxminən iki ay sonra təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin əmr haqqında artıq N-ci il tarixdən məlumatlı olmuşdur. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə 5 ildən artıq vaxt keçdikdən sonra iddia ərizəsi i lə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yeni baxışa qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim etmə ilə əsas götürüldüyü halda 30 günlük iddia qaldırılması müddəti ötürülməmişdir. Məhkəmə isə əmrin hərbi biletdə qeyd olunmasını inzibati aktın elan olunması kimi qiymətləndirməklə müddətin hesablanmasını həyata keçirir. Halbuki, inzibati aktın elan olunması onun hər hansı bir sənəd üzərində yazılması kimi başa düşülməməli, inzibati aktın qəbul edilməsi proseduruna uyğun olaraq inzibati aktı qəbul edən və ya buna səlahiyyətli olan şəxs tərəfindən onun tam məzmunda tərtib olunması və oxunması kimi başa düşülməlidir. İndiki halda tam məzmunlu əmr ona heç bir şəxs tərəfindən oxunmamış, elan olunmamışdır. 12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2.0, 2.0.2 və 2.0.6-cı maddələrinə əsasən inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, inzibati icraat dedikdə is ə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür.
13. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati akt bu Qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən inzibati icraat çərçivəsində qəbul edilməlidir ki, prosedur qaydalara əməl edilib-edilməməsi inzibati aktın qanuni olubolmamasını müəyyən edir.
14. Adıçəkilən qanunun prosedur qayda müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraq lı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
15. Adıçəkilən əmrin qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, onun qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, əmr elan olunmamış, araşdırma iştirakı olmadan aparılmışdır ki, bu həmin qərarın qanunsuz hesab edilməsini hesab edir ki, bi r-neçə əsasından sadəcə biridir. Göründüyü kimi inzibati icraat zamanı iştirakının təmin edilməməsi əmrin ona elan olunmasını istisna etmişdir. Bu əsasdan çıxış etsək demək olar ki, elan etmə anından hesablansa da onun üçün iddia müddətinin axımı başlana bilməz. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: a) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklər in icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan Hüquqları Məhkəməsini n “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarı.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessu al hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
29. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
30. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olma ması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır/
31. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətb iqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün təl əblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 34. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, id diaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında idd ianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
36. Yuxarıda qeyd olunan məhkəmələrin mövqeyi və İPM-in 35.1 və 38.1-ci maddələrində qeyd olunanlar prosessual hüquq normaların tələbləri baxımından hazırkı işdə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddiaçı N may N-ci il tarixli əmrin ləğvinə dair 5 avqust 2022-ci il tarixdə iddia qaldırmışdır.
37. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən olunur ki, mübahisə predmeti olan əmr haqqında məlumatlar iddiaçıya məxsus hərbi biletdə ətraflı və aydın şəkildə qeyd edilmiş, habelə iddiaçıya həmin Əmr haqqında məlumat verilmişdir. İddiaçının verildiyi izahatından aydın olur ki, hərbi bileti ona müvafiq əmrin verildiyi vaxtdan təxminən iki ay sonra təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin əmr haqqında artıq N-ci il tarixdən məlumatlı olmuşdur. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə 5 ildən artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, inzibati prosessual qanunvericiliyin müvafiq normasının tələbinə əsasən inzibati aktın mübahisələndirilməsi ilə bağlı başlanğıc müddət inzibati aktın təqdim edilməsi və elan edilməsi vaxtı əsas götürülməklə müəyyən edildiyindən, indiki halda isə iddiaçı müvafiq inzibati akt barəsində məlumatlı olma vaxtı (N-ci ildən) artıq aşkar olduğundan, iddia müddətinin axımı da məhz həmin tarixdən (N-ci il tarixdən) hesablanmalıdır.
39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının ləğv edilməsini tələb etdiyi əmri qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməməsi, hazırda isə belə hüququnu itirməsini qeyd etməklə düzgün qənaətə gəlmişdir.
40. Odur ki, hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-382/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.