Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-186/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyasnın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3907/2017 saylı, 08 avqust 2017-ci il tarixli qərarı ilə Iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında hərbi xidmətinin 01 avqust 2015-ci il dövründən 2016-cı ilin dekabr ayının 30-dək olan dövr üçün verilməli olan, lakin indiyədək verilməmiş müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət müddəti ərzində almadığı əşya əmlakı əvəzinə 1144,52 manat məbləğində pul kompensasiyasının Iddiaçı ödənilməsi, Iddiaçı təyin olunmuş pensiyanın “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Radiasiya və kimya laboratoriyasının rəisi” vəzifəsində xidmət edərkən iş şəraiti zərərli, xüsusilə ağır olan kimyaçı mütəxəssislərə verilən müalicə profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların əvəzinə verilən gündəlik 2 manat kompensasiya nəzərə alınmaqla yenidən hesablanması üçün yeni “məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2463/2017 saylı, 19 oktyabr 2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3907/2017 saylı, 08 avqust 2017-ci il tarixli qərarı iddianın “Iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında hərbi xidmətinin 01 avqust 2015-ci il dövründən 2016-cı ilin dekabr ayının 30-dək dövr üçün verilməli olan, lakin indiyədək verilməmiş müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət müddəti ərzində almadığı əşya əmlakı əvəzinə 1144,52 manat məblə ğində pul kompensasiyasının Iddiaçı ödənilməsi” tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə Iddiaçı iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Radiasiya və kimya laboratoriyasının rəisi” vəzifəsində xidmət edərkən iş şəraiti zərərli, xüsusilə ağır olan kimyaçı mütəxəssislərə verilən müalicə profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların əvəzinə verilən gündəlik 2 manat pul kompensasiyası nəzərə alınmaqla yeni “məlumat vərəqi” 2018-ci ilin yanvar ayında cavabdehə göndərilmişdir. İddiaçı cavabdehə müraciət edərək yeni “məlumat vərəqi” əsasında pensiya hesablanmasını xahiş etsə də cavabdeh bundan imtina edərək bildirmiş dir ki, iddiaçının iddia etdiyi süd pulu ilə bağlı “məlumat vərəqi”ndə qeyd edilən qanunamüvafiq deyildir, ümumilikdə süd pulu “məlumat vərəqi”ndə qeyd edilən ərzaq payı əvəzinə verilən pul kompensasiyasına daxildir, bu isə “məlumat vərəqi”ndə ayrıca qrafa olaraq göstərilmiş və faiz dərəcəsi qeyd edilməmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2-1(81)-3907/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş yeni məlumat vərəqinə uyğun olaraq hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(81)2540/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(81)2540/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericliyin tələblərinə əsasən hərbi qulluqçuların təminat xərcliyinə ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa vəzifə maaşından hesablanan digər əlavələrdə daxildir. Pensiyaçılara əmək pensiyasının əsassız səbəblərdən təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə vətəndaşların pensiya təminatı "Əmək pen siyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında" Azəıbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən bııraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazitiər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qə rarı ilə təsdiq edilmiş "təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına" əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanl ar tərəfındən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafıə Fonduna təqdim olunur. İddiaçının iddia etdiyi süd pulu ilə bağlı "məlumat vərəqində" qeyd edilən qanunamüvafiq deyildir, ümumilikdə süd pulu "məlumat vərəqində" qeyd edilən ərzaq payı əvəzinə verilən pul kompensasiyasına daxildir. Həmin məbləğ məlumat vərəqində ayrıca qrafa olaraq göstərilmiş və faiz dərəcəsi qeyd edilməmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2 və 87.6cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan məhkəmə kollegiyası işə onun izahatı alınmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qul luqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlarını təqdim olunması Qaydaları”nın 2-ci bəndində “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gü nə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlarını təqdim olunması Qaydalar”a əsasən sabiq hərbi qulluqçular və onların ailə üzvləri əmək pensiyasının təyin olunması və yenidən hesablanması ilə bağlı ilkin müraciətləri hərbi xidmət keçdikləri orqanların müvafiq strukturuna müraciət etməlidirlər. Bu qaydalarda nəzərdə tutulan hallarda həmin orqanlardan Dövlə t Sosial Müdafiə Fonduna müraciət edən pensiya hüququ olan şəxslər barəsində pensiya təyin olunması üçün məlumat vərəqəsi göndərilir. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3907/2017 saylı, 08 avqust 2017-ci il tarixli qərarına əsasən iddiaçıya təyin olunmuş pensiyanın “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Radiasiya və kimya laboratoriyasının rəisi” vəzifəsində xidmət edərkən iş şəraiti zərərli, xüsusilə ağır olan kimyaçı mütəxəssislərə verilən müalicə profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların əvəzinə verilən gündəlik 2 manat kompensasiya nəzərə alınmaqla yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim olunması vəzifəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qərarın icrası ilə bağlı yeni məlumat vərəqini 2018ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim etməsinə baxmayaraq cavabdeh məlumat vərəqində göstərilmiş dəyişikliyi nəzərə almadan iddiaçıya pensiya hesablamışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericliyin tələblərinə əsasən hərbi qulluqçuların təminat xərcliyinə ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa vəzif ə maaşından hesablanan digər əlavələrdə daxildir. Pensiyaçılara əmək pensiyasının əsassız səbəblərdən təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati-Prosessual Məcəllənin 68.2 -ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsa sən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/18 saylı 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-186/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-186/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver