Məhkəmə qərarları › İş №2-1(102)-186/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-186/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-186/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə çıxarış verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1350/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 347 B №li “Qeydiyyat Vəsiqəsi”nə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11 A saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 27 kv. metr olan mağaza iddiaçının adına mülkiyyət hüququ əsasında 01.11.2003-cü il tarixdə qeydə alınmışdır. 2. "xxxx" MMC tərəfindən tərtib olunmuş memarlıq layihəsi əsasında iddiaçı ya məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov/C.Xəndan küçəsi 11a, binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi bir mərtəbəli ofis binasından ibarətdir.

3. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 01.05.2018-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla iddiaçının ünvan 1 ünvanında mülkiyyətində olan 90 kv. metr torpaq sahəsində, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında inşa edilmiş bir mərtəbəli, ümumi sahəsi 63,8 kv. metr qeyri-yaşayış sahəsinin layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmışdır. 4. 52 nömrəli 24 avqust 2018-ci il tarixli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədə n görünür ki, tikinti obyektinin istismarına icazə verən orqan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti olmaqla, Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11a saylı binanın qarşısında yerləşən (yeni qaydalarla: Binəqədi rayonu C.Xəndan küçəsi 11a) qeyri-yaşayış sahəsinin ümumi sahəsi 63,8 kv. metr, faktiki 63,8 kv. metr olan 1 mərtəbə, 1 girişi olan 2 otaqdan ibarətdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən ünvan 2 ünvanında iddiaçıya məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında keçirilmiş texniki baxışın nəticəsi haqqında müayinə aktının nəticə hissəsində göstərilmişdir ki, ünvan 2 ünvanında iddiaçıya məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsinə əsasən aparılan texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinmədi.

6. İddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq 06.03.2020-ci il tarixli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin qeyd edilmədiyi və faktiki sahə ilə konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Bundan başqa qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil və yaxınlığı yaşıllıq ərazisidir. Həmçinin torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK-i tərəfindən təsdiq edilmədiyi, tikintiyə icazənin əlavə olunmadığı, layihənin və istismara icazənin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin ic rası mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 26,7 kv. metr qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi 17.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 6953 nömrəli vərəqində qeydiyyat aparılmış və sonuncunun adına 17.03.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 16 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına texniki pasport və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə, bir neçə dəfə qəbul olunmamışdır. Müraciətlərinə imtina səbəbinin biri FHN-yi tərəfindən “İstismara qəbul aktının” olmaması göstərilmişdir. FHN bu tələbin əsassız olduğunu bildirərək, obyektin 100 kv. metrdən artıq, on iki metrdən hündür olduğu halda akt verilirdiyini bildirsələr də, müraciətini nəzərə alıb, bütün texnikiekspertiza işləri apararaq, “İstismara qəbul aktı”nı vermişlər. Yenidən cavabdehə müraciət etdikdə, bələdiyyə sənədinin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən qeydə alınmadığı bildirilmişdir. Obyekt 1990-cı illərdə, aidiyyəti qurumların icazəsi ilə tikilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən çıxarış verilmişdir. Bir neçə il öncə çıxarışın yenilənməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, qeyd olunan Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdində Baş X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Kadastrı İdarəsi qanunsuz fəaliyyət göstərib və onun verdiyi “çıxarış”lar etibarsızdır. 16.03.2018-ci ildə aidiyyəti üzrə Binəqədi rayon İcra hakimiyyətinə müraciət edərək, obyektdə müəyyən təmir-quraşdırma işləri aparmaq məqsədi ilə yeni layihə və digər sənədləri təqdim etmiş və rəsmi icazə aldıqdan sonra yenidənqurma işləri aparmışdır. Binəqədi rayon İcra hakimiyyəti, mövcud tikilidə layihəyə uyğun, yeni üslubda işlərin aparılması üçün müvafiq sənədləşməni aparmış, çıxarış alınması üçün lazım olan sənədləri tam hazırlayaraq təqdim etmişdir. Tələb edilən sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh yeni bəhanələrlə çıxarış verməkdən imtina edərək əlavə səbəblər göstərmişlər.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-821/2021 saylı iş) 3 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 63 kv. metrdən ibarət qeyri- yaşayış sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, tikilinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının müvafiq qərarı (sərəncamı) ilə tikilinin yeni layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq özünə məxsus daşınmaz əmlakın mövcud layihə əsasında yenidən qurulmuş vəziyyətinə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki p asportun verilməsini tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X2 və X6, 2-1(103)-1350/2021 saylı iş) 11 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarı ləğv edilmi ş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göstərilən qeyri-yaşayış sahəsinin istismarına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara icazə sənədi verilmədiyindən, həmçinin iş materiallarında olan müvafiq sərəncam kserosurət olduğundan, sərəncamla memarlıq layihəsi arasında ziddiyətlər mövcud olduğundan və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

15. İddiaçı 12 avqust 2021-ci il tarixdə qərarın surətini almış, 7 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlillə ri a) Kasasiya şikayətlərinin dəlilləri

16. Şikayət işin hallarına uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 24 avqust 2018-ci il tarixli 52 saylı “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına” icazədən görünür ki, icazə verən orqan Binəqədi rayon İcra Hakimiyyəti olmaqla, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küç. 11a saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 63,8 kv.metr, faktiki 63,8 kv.metr olan 1 mərtəbəli, 1 girişi olan 2 otaqdan ibarətdir.

17. Qərarda qeyri-yaşayış sahəsinin tikintisinə və istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilməməsi göstərilir.

18. Mübahisəli obyekt yeni tikinti deyil və 30 ildən artıqdır ki, müxtəlif təyinatla istismar və istifadə olunur. 2018-ci ildə həmin qeyri-yaşayış sahəsi mövcud ölçüləri daxilində nisbətən müasir üslubda, müvafiq layihə əsasında təmir edilmiş və istismar edilir.

19. Sərəncamla memarlıq layihəsi arasında ziddiyyət olması ilə bağlı qeyd edilməlidir ki, adı çəkilən iki sənəddə olan xırda anlaşılmazlıq texniki səhvdir və həmin ünvanda 11g ünvanı mövcud deyil. Əgər apelyasiya kollegiyası bu halı ciddi uyğunsuzluq hesab edirdisə, onda icra hakimiyyətinin nümayəndəsini məhkəməyə dəvət etməklə və ya sorğu göndərməklə bu məsələni obyektiv həll edə bilərdi.

20. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci, 12.1-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. K asasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

22. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir... (-). Maddə

101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan rek lam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. (-). Maddə

102. Tikinti obyektinin istismarına icazə verilməsi (-). 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş təl əblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 23. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 963 nömrəli Fərmanı: 1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006) aşağıdakı dəyişikliklər edilsin: 1.2. aşağıdakı məzmunda 4.7-1-ci bənd əlavə edilsin: “4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 82.1-ci (birinci halda) maddəsində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsi ndə, 86.3-cü maddəsinin birinci cümləsində, 101.2-ci maddəsində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: (-); 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə-yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə-həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə)”.

24. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə b ağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı:

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.

2. Müəyyən edilsin ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. 3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilmə si, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 4.7-1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 7 5.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə verilməklə): 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;” (-).

25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərvaycan Respublikası prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına 12 avqust 2021-cu il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 avqust 2021-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 915) ilə 4.7-1.2.1-ci yarımbəndində və 4.7-4-cü, 4.12-ci bəndlərində “inzibati ərazisində” sözləri “və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilmişdir. 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 met rdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (-); 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-).

27. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin səlahiyyətlərinə aiddir.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindi rə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelya siya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayət çinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq hüququn qeydə alınmasını xahiş edir.

33. Cavabdehin imtinasının dəlillərinə görə qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədi təqdim edilməmiş, surəti təqdim edilmiş eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmamış, surəti təqdim edilmiş istismara icazə sənədi isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmiş və tam tərtib olunmamışdır. Bundan başqa, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi yoxdur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir və faktiki sahə ilə konfiqurasiya fərqi var. Həmçinin, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aid deyil (dövlət torpağıdır) və yaşıllıq ərazisində yerləşir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlakın dövlət reyestirndə qeydə alınması üçün əsasdır.

35. Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 12 may 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi 11 a saylı yaşayış binasının qarşısında 90 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə m əşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş, 12 may 2006-cı ildə iddiaçı ilə bələdiyyə arasında torpağın alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixdə iddiaçı 450 manat bələdiyyənin hesabına ödəmişdir.

36. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yarandığından, həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən 90 kv.m torpaq sahəsinə iddiaçının hüququ daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasa da, 12 may 2006-cı il tarixli bələdiyyə qərarı, torpaq sahəsinin alqı-satqı müqaviləsi və kassa mədax il orderi həmin torpaq sahəsinin ən azından iddiaçının qanuni istifadəsində olmasını təsdiq edir.

37. Cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaqlara aid deyil, dövlət mülkiyyətində olmasını bildirmiş, lakin bununla bağlı etirazını hər hansı mötəbər sübutla əsaslandırmamışdır. 38. "xxxx" MMC tərəfindən tərtib olunmuş memarlıq layihəsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov/C.Xəndan küçəsi 11a, binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi bir mərtəbəli ofis binasından ibarət olmuş, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 01.05.2018-ci il tarixli sərəncamı ilə həmin layihə əsasında inşa edilmiş birmərtəbəli, ümumi sahəsi 63,8 kv. metr qeyri-yaşayış sahəsinin layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmış, 1 may 2018-ci il tarixdə həmin tikilinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Tikinti obyektinin istismarına icazə verən orqan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti olmaqla, Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11a saylı binanın qarşısında yerləşən (yeni qaydalarla: Binəqədi rayonu C.Xəndan küçəsi 11a) qeyri-yaşayış sahəsinin ümumi sahəsi 63,8 kv. metr, faktiki 63,8 kv. metr olan 1 mərtəbə, 1 girişi olan 2 otaqdan ibarətdir.

39. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ ünvan 2 ünvanında iddiaçıya məxsus qeyriyaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında keçirilmiş texniki baxışın nəticəsi haqqında müayinə aktının nəticə hissəs ində göstərilmişdir ki, ünvan 2 ünvanında iddiaçıya məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasən aparılan texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinməmişdir.

40. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1ci bəndinə əsasən Bakı Şəhər icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməs ini 1 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

41. Məhkəmə kollegiyası vurğulayır ki, apelyasiya instansiyası məhkəməsinin isitnad etdiyi Fərman 1 avqust 2018-ci il tarixlidir və iddiaçıya məxsus torpaq sahəsində tikiliyə icazə və istismara icazə 1 avqust 2018-ci il tarixə qədər rayon icra hakimiyyətinin başçısı tərəfindən 1 may 2018-ci il tarixdə verilmiş, yuxarıda bəhs olunan qanunvericiliyə görə 1 may 2018-ci il tarixdə tikiliyə icazə və istismara icazə yerli icra hakimiyyətlərinin səlahiyyətində olmuşdur.

42. Odur ki, tiki liyə icazə və istismara icazənin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid olması barədə apelyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

43. Cavabdeh tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət torpağı olduğunu bildirmiş, etirazının əsası kimi hər hansı dəlilə istinad etməmiş, bu barədə məhkəmələrə sübut təqdim etməmişdir.

44. İddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olmasını Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 12 may 2006-cı il tarixli qərarı, həmin tarixli alqı-satqı müqaviləsi və iddiaçının bələdiyyənin hesabına ödədiyi sənəd vardır. Bəhs olunan sənədlər torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edir.

45. Torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya ayrılarkən aidiyyəti dövlət orqa nlarının rəylərinin alınmaması barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 46. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aş ağıdakıları qeyd edir. 46.1. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 46.2. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati a kt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 46.3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 46.4. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı m emarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). 46.5. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. 46.6. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. 46.7. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) h esab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. 46.8. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). 46.9. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu pr insipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. 46.10. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. 46.11. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunm ası hüququna malik olmur”.

47. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə Konstitusiya Məhkəməsi Plenumunun qərarı işığında münasibət bildirərək qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

48. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq rəylər alınmasa da, torpaq s ahəsinin iddiaçıya ayrılması barədə inzibati akt qüvvədə olduğundan rəylərin alınmaması tikiliyə hüququn qeydə alınmaması üçün əsas ola bilməz.

49. Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində olan əsaslar olduğundan, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1350/2021 saylı 11 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 63 kv.m metrdən ibarət qeyri-yaşayış sahəsinə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar