Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1860/2020 20.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq; İPM-in 12 və 58.7-ci maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsinə (üçüncü şəxs: X5) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1131/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X2 Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı ilə Ünvan1də ayrılmış 500 m2 torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir
2. Ünvan 2-də yerləşən 1200 m2 torpaq sahəsinə dair iddiaçını n atası X4 ilə aralarında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X12 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın l əğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, X2 Bakı şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli, 11/387 №-li qərarı ilə Ünvan1-də 500 m2 torpaq sahəsi ayrılmışdır. Nazilə Ağabəyova həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” almışdır. Həmin sənəd əsasında isə məhkəmə qərarı ilə bağ sahəsinə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda, Ünvan2-də yerləşən 1200 m2 torpaq sahəsinə dair iddiaçının atası X4 arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X12 öldükdən sonra iddiaçı həmin torpaq sa həsinə sahiblik etmişdir. A.A.A. iddia edir ki, ona ayrılmış bağ sahəsi iddiaçının sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu əsasdan iddiaçı hesab edir ki, X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilməlidir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)272/2018 nömrəli qərardadına əsasən iddianın “torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının qeydiyyatının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq torpaq sahəsinə adir qeydiyyat qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli məhkəmə qərarı əsasında aparıldığından, onun mübahisələndirilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, hazırkı iddiaçının müvafiq məhkəmə icraatı üzrə işə cəlb olunması barədə ərizəsi təmin edilməmişdir. Lakin mərhum X4 ilə Kürdəxanı bələdiyyəsi arasında müvafiq torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığından və hazırkı iddiaçının ərizəsi əsasında atası mərhum X9 miras qalmış əmlaklarla bağlı vərəsəlik işi açılaraq İddiaçı vərəsələrin dairəsinə (tək vərəsə kimi) daxil edildiyindən “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən iddiaçının həmin müqavilə ilə icarəyə verilmiş 1200 m2 torpaq sahəsinə hüquqları yaranır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1144/2020 saylı qərardadı ilə (hakim Ş.A.H əsənova) iddia tələbi mümkün saylımaması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməli olduğu halda bunu etməmişdir
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1131/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi barədə nə birinci instansiya məhkəməsinə, nə də iddia tələbinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsində baxılarkən hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
12. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1131/2020 nömrəli qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının ekspertiza keçirilməsi barədə vəsatətlərinə, inzibati orqana müraciət etməsi ilə bağlı sübutlara, Mülki Prosessual Məcəllənin 53-cü və İnzibati Prosessual Məcəllənin 54cü maddələrinə əsasən dəqiqləşdirmə ilə bağlı təqdim etdiyi ərizələrə qiymət verməmişdir.
15. Ünvan2-də 1200 m2 torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 1424 nömrəli torpaq icarəsi müqaviləsi ilə mərhum atası X6 adına qeydiyyata alınmışdır ki, işə baxan məhkəmə bu halı da nəzərə almadan əsassız olaraq iddia tələbini mümkün saymamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kass asiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansi yası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
23. Həmin Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılı r.
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
25. Həmin qərarın 4.1-ci bəndində görə İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması ü çün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
26. Həmin qərarın 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
27. Həmin qərarın 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
31. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən iddiaçının hazırkı tələblə cavabdeh orqana müraciət etmədiyinə istinad etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı Ünvan1-də yerləşən 40 saylı və 41 saylı bağ sahələrinin sənədləşdirilməsini qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli məktubla (bax: iş materialları 1-ci cild, səh.41) iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 40 saylı bağ sahəsinə “X1” bağçılıqyoldaşlığının xx.xx.1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1 559/2014 nömrəli qərarı əsasında 41 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Belə olan halda göstərilən əsasla, yəni iddiaçının hazırkı tələblə cavabdehə müraciət etməsi barədə mümkünlük şərti ödənildiyindən məhkəmənin istinad etdiyi əsasla iddianı mümkün saymaması əsassızdır və apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almayaraq hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların tələblərini pozmuşdur.
33. Bundan başqa qeyd edilməlidir ki, Ali Məhkəmə Plenumunun iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyindən göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir (bax: hazırkı qərarın 24-27-ci bəndləri).
34. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Göründüyü kimi, iddianın digər mümkünlük şərti iddiaçının subyektiv hüququnun olub-olmamasıdır. Hazırkı halda iddiaçı ona ayrılmış bağ sahəsi ilə X3 ayrılmış bağ sahələrinin üst-üstə düşdüyünə istinad etdiyindən, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün ilk növbədə sözügedən torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyi araşdırılmalı idi. Məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmadığından, i ddiaçının iddia etdiyi hüquq pozuntusunun mövcud olub-olmadığı, dolayısıyla hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olubolmaması da müəyyən edilə bilməz.
36. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, bununla da hazırkı qərarın 19-21-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.
37. İddiaçı kassasiya şikayətində qərardadın ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etsə də, əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməldir.
38. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddiaçının hüququnun pozulma sının nədən ibarət olduğunu müəyyən etməli, bu məqsədlə ekspertiza təyin edərək sözügedən torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməli, iddianın mümkünlük şərtləri ödənildiyi halda işə mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(103)-1131/2020 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1131/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.