Məhkəmə qərarları › İş №2-1(102)-1860/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1860/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1860/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1963; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələlər i Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(105)-415/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2014-cü il tarixli, 2(060)-3539/2014 nömrəli qətnaməsi əsasında 0,02 ha torpaq sahəsi üzərində icarə hüququ, ümumi sahəsi 315,10 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə Quliyev Əhməd Feyruz oğlunun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiy yat nömrəli çıxarış verilmişdir.

2. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2014-cü il tarixli 3M-926 reyestr nömrəli ipoteka müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış, sonradan xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi və xx.xx.2019-cu il tarixli 47/02 nömrəli hərracın yekun protokolu əsasında qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır.

3. Bakı şəhəri 14 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə796 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən iddiaçıya satılmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx. 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi üzərində 315.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)- 804/2015 nömrəli qərarı ilə Sumqayıt şəhəri, 10-cu məhəllə, Heydər Əliyev prospekti 21 ünvanında yerləşən Quliyev Əhməd Feyruz oğlunun mülkiyyətində olan 315.10 kv.m qeyri-yaşayış obyektinə bitişik inşa etdirdiyi tikili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 6. 14.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış binas ı mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 7. 22 iyun 2020-ci il tarixli 4Ə-352 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X1 825.10 kv.m qeyri-yaşayış binasını X7 bağışlamışdır. 8. 07.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırda, ünvan 3 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

9. İddiaçı cavabdehə müraciət edərək Heydər Əliyev prospekti, 10-cu məhəllə, ev 21 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü və 4-cü mərtəbələrinə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh 5 may 2021-ci il tarixli, **********51 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizədə qeyd edilən qeyri-yaşayış bi nasının 3-cü və 4-cü mərtəbəsi qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sözügedən daşınmaz əmlaka dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sözügedən daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünv an 4 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 5 ünvana aid olan üçüncü şəxs X5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının 1-ci və 2-ci mərtəbəsi İddiaçı mülkiyyətindədir. Araşdırma nəticəsində iddiaçıya məlum olmuşdur ki, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 3-cü və 4cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxs Nazilə Yolçiyevanın adına çıxarış verilmişdir. Hesab edir ki, həmin çıxarış əslində Heydər Əliyev prospekti, 10-cu məhəllə, 21 saylı ünvana aid olmaqla düzgün olmayaraq Heydər Əliyev prospekti, 10-cu məhəllə, 23 saylı ünvana ve rilmişdir. Qeyd edir ki, mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin üzərində, 3-cü və 4-cü mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin olması ona maneə yaratmaqla mülkiyyət hüququnu pozur. Həmin məsələ ilə bağlı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan tərəfindən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

13. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-135/2022 nömrəli qərardadı ilə (hakim V.Əzizova) iddia mümkün sayılmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin adına mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər bələdiyyənin torpaq sahəsini ayırmasına dair qərar, məhkəmə qərarı, alqı-satqı və bağışlama müqavilələri olmuşdur. ünvan 6 ünvanda yerləşən obyektlərin hər ikisi ilkin ol araq Quliyev Əhməd Feyruz oğluna məxsus olmuşdur. Daha sonra o, 21 saylı ünvanda yerləşən obyektin 1-ci və 2-ci mərtəbəsini (315 kv.m.) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, sonunda tutma ipoteka predmetinə yönəldilmiş və həmin əmlak bank tərəfindən İddiaçı satılmışdır. 23 saylı ünvanda yerləşən obyekt və 21 saylı ünvanda yerləşən obyektin 3-cü və 4-cü (mansard) mərtəbəsi alqı-satqı müqaviləsi əsasında F.Yolçiyevaya satılmış və daha sonra onun tərəfindən N.Yolçiyevaya bağışlanmışdır. Həmin obyektlər bir-birinə bitişik yerləşsə də, bir-birindən asılı olmamışlar, 21 saylı ünvanda yerləşən 3-cü və 4-cü (mansard) mərtəbələrin 23 saylı ünvanı altında N.Yolçiyevanın mülkiyyətinə verilməsi iddiaçının hər hansı hüququna toxunmur. İddiaçının həmin mərtəbələrə dair hər hansı hüquqmüəyyəned ici sənədi olmamışdır. O, özünə məxsus obyekti (1-ci və 2-ci mərtəbələri) əldə edərkən artıq üzərində 3-cü və 4-cü mərtəbələr mövcud olmuş, yəni sonradan inşa edilməmişdir və o, həmin tikililərin ona məxsus olmadığını da bilmişdir. O, bankdan yalnız 315,1 kv. m. qeyri-yaşayış sahəsini əldə etmişdir.

15. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(105)-415/2022 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva – sədrlik edən və məruzəçi, F.Məmmədov, Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-135/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, hətta iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsəydi belə, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməzdi. Belə ki, üçüncü şəxsin adına qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas mülki hüquqi əqd, yəni bağışlama müqaviləsi əsas olmuşdur. Bundan əlavə həmin qeyri-yaşayış sahəsinə dair Quliyev Əhməd Feyruz oğlunun adına ilkin qeydiyyatın aparılmasına əsas isə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin hazırda qanuni qüvvədə olan xx.xx.2015-ci il tarixli, 2-1(85)804/2015 nömrəli qərarı olmuşdur.

18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hazırda qanuni qüvvədə olan 14 aprel 2015-ci il tarixli, 2-1(85)-804/2015 nömrəli Qərarının inzibati işin materialına kim tərəfindən daxil edilməsi iddiaçı və cavabdehə qaranlıq məsələ kimi qalır. Çünki həmin Qərarın mövcudluğunu Sumqayıt İnzibati Məhkəməsinin hakimi tərəfindən deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri tərəfindən e lan edilmişdir və bu da ədalətsiz məhkəmə araşdırmasına sübutdur. Qeyd edilən qərar üzrə iddiaçı - Quliyev Əhməd Feyruz oğlunun ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasına bitişik olan ünvan 8 ünvana aid olan hissə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlıdır, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə aid olan hissədə 3-cü və 4-cü mərtəbə üçün isə heç bir məhkəmə Qərarı mövcud deyildir. ünvan 10 ünvanı ilə H.Əliyev prospekti, 10-cu məhəllə, ev 21 ünvanı ayrı-ayrı ünvanlardır, lakin məhkəmə bu fakta əhəmiyyət verməmişdir.

20. İddiaçı ünvan 7 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasını Bankdan əldə edərkən sənədə əsasən həmin ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının üzərində 3-cü və 4-cü mərtəbələrin yerləşməsi göstərilməmişdir. Sonrada n Bankın rəhbərliyindən 3-cü və 4-cü mərtəbələrin mövcud olması barədə soruşduqda həmin mərtəbələrin sənədinin olmamasını və istəsə həmin sahəni də özəlləşdirə bilməsini ona bildirmişlər.

21. Eyni zamanda, məhkəmələr iddiaçının məhkəmə iclasında təqdim etdiyi və tədqiq edilmiş sübutlara əhəmiyyət və qiymət verməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-193/2018 saylı hökmündə və Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli,1(105)-405/2018 saylı Qərarında da sübuta yetirilmiş nəticədən də aydın görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi məhkum edilmiş Quliyev Əhməd Feyruz oğlu ünvan 8 ünvana aid olan 2 (iki) mərtəbədən ibarət 300 (üç yüz) kvadrat metr qeyri-yaşayış binasını İddiaçı və bacısı X8 etibardan suiistifadə etmək lə aldatmış və onlardan ələ keçirtdiyi 303.970(üç yüz üç min doqquz yüz yetmiş) manat pullarına tikinti başa çatdırıldıqdan sonra həmin tikintini onların adına sənədləşdirəcəyinə söz versə də, verdiyi sözə əməl etməmiş və sonradan onların razılığı olmadan 3-cü və 4-cü mərtəbələri inşa etdirmiş və X4 alqı-satqı müqaviləsi ilə satmış və o, da öz növbəsində qızı 3-cü şəxs: X5 adına sənədləşdirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zərur i ilkin şərt onun mümkün olmasıdır Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə ü zrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğunun müəyyən edilmədiyinə dair apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli 825.10 kv.m qeyri-yaşayış sahəsi əvvəllər Quliyev Əhməd Feyruz oğlunun mülkiyyətində olmuş, daha sonra o, həmin qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi ilə X2, ondan sonra Fatma Yolçiyeva onu bağışlama müqaviləsi ilə üçüncü şəxs X7 bağışlamış və üçüncü şəxsin mülkiyyət hüquq u daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən 825.10 kv.m qeyri-yaşayış sahəsi hazırda X5 mülkiyyətindədir

31. Həmçinin işin hallarına görə, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 315 kv.m qeyri-yaşayış binası ilə üçüncü şəxsin mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış sahəsi ayrı-ayrı obyektlərdir. Belə ki, iddiaçının mülkiyyətində olan 315 kv.m qeyri-yaşayış binası 2 mərtəbədən, üçüncü şəxsin mülkiyyətində olan 825.10 kv.m qeyri-yaşayış sahəsi isə 4 mərtəbədən ibarət olmaqla, 825.10 kv.m obyektin bir hissəsi 315 kv.m obyektin üzərində 3 və 4-cü mərtəbələrdə yerləşir. Bundan başqa, həmin qeyri-yaşayış sahələri ayrı-ayrı sənədlər əsasında iddiaçı və üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

32. Belə olan halda, 825.10 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyat nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Bu isə iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olmadığı nəticəsinə gətirib çıxarır.

33. Kollegiya həmçinin apellyasiya məhkəməsinin gəldiyi digər bir qənaəti də əsaslı hesab edir ki, hətta iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsə belə, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyinə görə də iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, üçüncü şəxsin adına qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas mülki hüquqi əqd, yə ni bağışlama müqaviləsi əsas olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(105)-415/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar