Məhkəmə qərarları › İş №2-1(102)-1860/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1860/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1860/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AE S-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-227/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond unun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 dekabr 2017-ci il tarixli, 2-1(85)4292/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 yanvar 2018-ci il tarixli, 2-1(105)-97/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi nin 8 dekabr 2017-ci il tarixli, 2-1(85)4292/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 21(102)-650/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 yanvar 2018-ci il tarixli, 2-1(105)-97/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 5. 30.06.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sum qayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi DSMF-nin Abşeron rayon şöbəsinin əsl ərizəçi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1995-ci il tarixli, 344 nömrəli qərarı ilə iddiaçıya İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2017-ci il tarixdə Abşeron rayon şöbəsinə müraciət edərək 1987-ci il tarixli əməkhaqqı arayışı əsas götürülməklə pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Müvafiq məhkəmə qərarları əsasında iddiaçının əmək pensiyası 1987-ci il aprel ayı üzrə 4589,57 rubl, may ayı üzrə 6834, 46 rubl və iyun ayı üzrə 5489,43 rubl əməkhaqqı əsas götürülməklə yenidən hesablanmışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən yüksək məbləğdə pensiya alınması məqsədilə sonradan saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın müəyyən olunması üçün saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X2 müvafiq sorğu göndərilmişdir. X1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubunda X1 Çerniqov bölgəsindəki Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 1581 nömrəli akt tərtib olunduğu qeyd olunmuşdur. Həmçinin, aktda iddiaçının adına 1987-ci il aprel ayından iyul ayınadək verilmiş xx.xx.2017-ci il tarixli, 322-06 və 321-06 nömrə li arayışların Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən verilmədiyi və imzalanmadığı göstərilmişdir. Göründüyü kimi, iddiaçı əməkhaqqı arayışını saxtalaşdırmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmuşdur. İddiaçının müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə AR ƏƏSMN tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsində cinayət işi açılaraq istintaq aparılır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(085)-4292/2017 nömrəli qərardadı ilə (hakim L.E.Mirzəyeva) ərizə rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, ərizəçi hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür.

9. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-227/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və icraatın təzələnməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəll ənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı bi rinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. İPM-in 103.2-ci maddəsinin tələbinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

20. İPM-in 103.3-cü maddəsinin tələbi baxımından, bu Məcəllənin 103.1-ci və 103.2ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

21. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 dekabr 201 7-ci il tarixli, 2-1(85)4292/2017 nömrəli qərarı 1 may 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mübahisə edilən qərarda hər hansı ittiham hökmünə istinad olunmamışdır.

22. İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 21(105)-227/2023 nömrəli qərardadı ləğv edilir. Cavabdehin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar