Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1860/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Kurbanau Roman Tellaroviçin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun tanınması, sonrakı naturalizasiya, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Kurbanau Roman Tellaroviçin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusu tanınmaqla onu n Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 21(103)-497/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10.03.1977-ci il təvəllüdlü Kurbanau (Qurbanov) X5 Federasiyasının Pskov vilayətində doğulmuşdur, atası X4, anası X1.
2. İddiaçı 1988-ci ildə babası Paşa Qurbanovun ailəsi ilə Ermənistan Respublikasından məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gəlmiş, babasının Ermənistan SSR, Kalinino rayonunda qalmış evi xx.xx.1988-ci il tarixdə qarşılıqlı razılaşma əsasında ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dəyişdirilmişdir.
3. İddiaçı xx.xx.1989-cu il tarixdən həmin ünvana qeydiyyata düşmüş, babası Paşa Qurbanov və nənəsi Qızxanım Qurbanova ilə birgə həmin mənzildə yaşamış, xx.xx.1988-ci il tarixdə M.Orucov adına 213 nömrəli məktəb-liseyin “5b” sinfinə daxil olmuş, xx.xx.1994-cü il tarixdə 11-ci sinifdən məktəbdən çıxmışdır.
4. İddiaçı xx.xx.1994-cü il tarixdə sözügedən ünvandan qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmişdir və hazırda da Belarus Respublikasının vətəndaşıdır.
5. İddiaçının babası Paşa Qurbanov xx.xx.1994-cü il tarixdə, nənəsi Qızxanım Qurbanova xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.
6. İddiaçı qaçqın statusu tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə cavabdehə müraciət etmişdir.
7. İddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyə tinin tanınmasından imtina haqqında cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının qaçqın kimi məskunlaşma faktı öz təsdiqini tapsa da, o, sonradan Belarus Respublikasının vətəndaşlığını qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən, şəxs digər dövlətin vətəndaşlığını qəbul edirsə, yəni başqa dövlətin himayəsindən istifadə edirsə, qaçqın statusunu itirir. Bu səbəbdən də onun mənsubiyyətinin tanınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu tanınmaqla o nun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öz ata babası və nənəsi ilə birgə Ermənistan Respublikasında yaşamış, babası Kalinino rayon X2 sədr müavini vəzifəsində işləmişdir. Sonradan məlum hadisələrlə bağlı 1988-ci il oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş, babası xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasındakı evini Azərbaycan Respublikasındakı mənzilə dəyişmişdir. Həmin hallar aidiyyəti sənədlərlə də təsdiq edilir. O, qaçqın statusu tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişd ir.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının tələbi ilə bağlı sözügedən məsələ cavabdehin səlahiyyətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamən in 2.4-cü və 2.9-cu bəndlərinə əsasən, Komitənin vəzifələrinə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək və qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla “qaçqın” və “məcburi köçkün” statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək daxildir. Eyni zamanda, həm “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun, həm də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarından görünür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşən şəxslərlə digər ölkələrdən qaçqın statusu almaq üçün müraciət etmiş şəxslər eyni deyildir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri birbaşa tanınsa da, digər qaçqınlar mütləq şəkildə Miqrasiya Məcəlləsinin müddəalarının və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ola bilərlər.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 14 iyul 2023-cü il tarixli, e2-1(112)-4384/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçının qaçqın statusunun və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətd ə qeyd etmişdir ki, iddiaçının ilkin tələbi qaçqın statusunun tanınması ilə bağlı olsa da, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, iddiaçının qaçqın statusunun tanınması tələbi onun mənsubiyyətinin tanınması ilə əlaqədardır və hazırda iddiaçının hüquqi marağı da məhz həmin mənsubiyyətin tanınmasına nail olmaqdan ibarətdir. Buna uyğun olaraq da iddiaçı icraat gedişində cavabdehə müraciət etmiş, lakin müraciətinin təminindən imtina edildiyindən qaçqın statusu tanınmaqla onun mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın predmet və əsasının eyni vaxtda dəyişdirilməsi ilə nəticələnmədiyindən, mahiyyəti üzrə eyni məsələ, eyni əsasla bağlı olduğundan hazırkı iddia tələbinin dəqiqləşdirilməsi prosessual qanunvericiliyə, o cümlədən iddiaçının hüquqi marağına uyğun olmuş, prosessual qənaət prinsipləri nəzərə alınmaqla da zəruri hesab edilmiş, bununla bağlı məhkəmənin təklifinə uyğun olaraq da iddia tələbinə dəqiqləşmə icraata qəbul edilməklə işə mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Xülasə, iddia mümkün, mahiyyəti üzrə baxılmalı olan iddiadır.
13. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla iddiaçının qaçqın statusundan yaranmış mənsubiyyətinin tanınmasına dair hüququnun pozulması ilə nəticələnmişdir. İddiaçının qaçqın kimi məskunlaşma faktı cavabdehin özü tərəfindən də mübahisələndirilməyən işin mübahisəsiz halıdır. İşin faktiki halları ilə də sübut olunur ki, iddiaçı babası və nənəsi ilə birlikdə məlum hadisələr nəticəsində ölkə ərazisinə gəlmiş, qeydiyyatda olmaqla yaşamış, 1994-cü il tarixdən sonra başqa ölkəyə getmişdir. İddiaçı mənsubiyyətinin tanınmasına dair müraciət edərkən qaçqın statusu dövlətin hər hansı bir qurumu tərəfindən tanınmayan şəxs olmuşdur. Cavabdeh isə həm qaçqın statusunun tanınmasından imtina etmiş, daha sonra isə tanımadığı qaçqın statusunun itirilməsi barədə mövqe nümayiş etdirərək mənsubiyyətin tanınmasından imtina etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 06 mart 2024cü il tarix li, 2-1(103)-497/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi qaçqın statusu tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədədir. Hazırkı işdən görünür ki, iddiaçı 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin sonradan, xx.xx.1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. “Azərbaycan Respublikasının v ətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas olan hallardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 14-cü maddəsinə əsasən, qaçqın statusunun itirilməsi hallarından biri kimi şəxsin digər dövlətin vətəndaşlığını qəbul etdiyi və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdiyi hal nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya qaçqın statusu tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edərək, onun mənsu biyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun 1998-ci ildə, yəni iddiaçının Belarus Respublikasına getməsi və həmin ölkənin vətəndaşlığını qəbul etməsindən 4 il sonra qəbul olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, yalnız şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Halbuki, həmin dövr də qüvvədə olmuş Konstitusiya şəxsin vətəndaşlıqdan məhrum edilməsini, yaxud vətəndaşlığın itirilməsini (başqa ölkənin vətəndaşlığını qəbul etmiş olsa belə) birmənalı olaraq istisna edirdi. Apellyasiya instansiyası məhkəməsi isə, iddiaçının vətəndaşlıq hüququndan məhrum edilməsinə rəvac verən cavabdehin qərarını qanuni hesab etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublik asının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 21. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ə razisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfində n müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 a vqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini d üşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbayc an Respublikasının Qanunu Maddə
14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir: vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə; öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə; Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə; təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda; qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina e tmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla); müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla). Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsu biyyətinin müəyyənləşdirilməsi Qaydası” 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri i sə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbayca n Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdır sa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi qaçqın statusu tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaç ının qaçqın statusu tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla y anaşı, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə, 1988ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 14-cü maddəsinə görə, şəxs Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə qaçqın statusunu itirir. Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.
34. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı məhz qaçqın statusuna malik olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı sayılmış, lakin bundan sonra 1994-cü ildə Belarus Respublikasına daimi yaşamaq üçün getmiş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Hazıradək həmin dövlətin vətəndaşıdır və onun himayəsindən istifadə edir. Bu qərarın 33-cü bəndində istinad olunan normaların təfsiri baxımından, iddiaçı başqa dövlətin vətəndaşlığını qəbul etdiyi və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdiyi andan qaçqın statusunu itirmiş sayılır. Belə yanaşma istinad olunan normalarda təsbit olunmuş imperativ tələbdən, eləcə də BMT-nin “Qaçqınlar ın statusu haqqında” xx.xx.1951-ci il tarixli Konvensiyasının 1-ci maddəsinin “C” bəndinin 3-cü yarımbəndindən irəli gəlir.
35. Bundan əlavə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə görə, həmin qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olduqları təqdirdə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşmış, lakin xx.xx.1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmiş və həmin ölkən in vətəndaşlığını qəbul etmişdir. Yəni istinad olunan Qanunun qüvvəyə mindiyi xx.xx.1998-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır.
36. Hazırkı mübahisəyə münasibətdə naturalizasiya mərhələsini keçmiş, hər hansı dövlətin vətəndaşlığını qəbul etmiş və həmin dövlətin himayəsindən istifadə edən şəxsə münasibətdə hər hansı təhlükənin və təqib qorxusunun mövcud olmadığı da nəzərə alınmalıdır.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
38. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 21(103)-497/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.