Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1861/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dənizdə neft-qaz qazma qurğusunda xxxx montyoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı “52 yaşdan güzəştli şərtlərlə y aşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)808/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 22 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi müvafiq sənədlərin əslinin tam şəkildə təqdim edilməməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 17 sentyabr tarixdə 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxx 2018-ci il tarixindən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1966-cı il tarixdə doğulmuş, xx xxx 1984-cü il tarixdən xx xxxx 1986-cı il tarixədək hərbi xidmətdə olmuş, xx xxxxxxx 1983-cü il tarixdən xx xxx 1984-cü il tarixədək Bakı şəhəri 29 saylı texniki peşə məktəbində təhsil almış, xx xxxx 1986-cı il tarixdən xx xxxxx 1988-ci il tarixinədək Ordubad rayonu M.Qorki adına sovxozda fəhlə vəzifəsində, xx xxxxx 1988-ci il tarixdən xx xxxx 1990-cı il tarixinədək Kaluqa şəhərində İxtisaslaşmış Quraşdırma-tənzimləmə İdarəsində xxxx-qaz qaynaqçısı, xx xxx 1990-cı il tarixdən xx xxxxxx 1990-cı il tarixinədək “Şelf-1” üzən qazma qurğusunda xxxx-qaz qaynaqçısı, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1992-ci il tarixinədək həmin qurğuda xxxx montyoru, xx xxxxx 1992-ci il tarixdən xx xxxx 1996-cı il tarixinədək “Şelf-5” üzən qazma qurğusunda xxxx montyoru, xx xxxx 1996-cı il tarixdən xx xxxxx 1996-cı il tarixinədək “Şelf-1” qurğusunda takelajçı, xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 1998ci il tarixinədək “Şelf-5” qurğusunda xxxx montyoru, xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixinədək “Xəzər Qazma Şirkəti”nin “İstiqlal” qurğusunda takelajçı vəzifələrində işləmiş, xx xxxxxx 1999-cu il tarixdən bu günə kimi həmin qurğu da xxxx montyoru vəzifəsində işləyir. xx xxxxxx 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 24 il 4 ay 17 təşkil etmiş və həmin staj illərinin 15 il 18 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının işlədiyi peşələrdən “qazma qurğusunda xxxx-qaz qaynaqçısı”, “takelajçı”, “xxxx” və “böyük xxxx” peşələri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinet inin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4039/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə kimi qanunla tələb olunan 20 ildən artıq ümumi və 10 ildən artıq xüsusi iş stajına malikdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-808/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həm in qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
13. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddia çıya şamil edilə bilməsi üçün onun xx xxxxxx 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır:
1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması;
2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması
3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.
14. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən azdır. İddiaçının işləmiş olduğu peşəl ərin ağır və ya xüsusilə ağır (güzəştli) peşələr olub-olmaması əmək kitabçasındakı qeydlərin və iş yerindən təqdim edilmiş arayışların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına uyğunluğu ilə müəyyən edilir.
15. Məhkəmə qərarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının yalnız peşəsinə (kod 1100000a - 19861 - bilavasitə buruqlarda xxxx avadanlığının təmiri və xidməti ilə məşğul olan xxxx montyorları) istinad etmişdir. Halbuki, iddiaçı fərqli vəzifələrdə işləmişdir: takelajçı, xxxx, böyük xxxx, xxxx montyor və s. İşə əlavə edilmiş Arxiv arayışında və “X5” LTD tərəfindən təqdim edilmiş arayışda iddiaçının işləmiş olduğu peşələrin Nazirlər Kabinetinin qərarındakı siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
20. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. C avabdehin şikayətinin əsas dəlili ondan ibarədir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən azdır.
25. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir.
26. İddiaçıya məxsus əmək kitabçası, ARDNŞ “X7 Tresti” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, SOCAR**********80020115X00280 nömrəli arxiv arayışı, “X5 LTD” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışlarına əsasən müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1990-cı ildən x xxxxxx 2006-cı ilədək neft-qaz sahəsi üzrə üzən qazma qurğularında işlədiyi “buruqlara xidmət üzrə xxxx montyoru” (“Xəzərdənizneftqaz” İB-də xx.xx.1990-xx.xx.1996, xx.xx.1996-xx.xx.1998) və “xxxx” (Xəzər Qazma Şirkəti “İstiqlal” qurğusunda xx.xx.1999-xx.xx.2006) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sında nəzərdə tutulan X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı,
1. Qazma, “buruqlara xidmət üzrə xxxx montyoru” (1100000a—19838) və “bilavasitə buruqlarda xxxx avadanlığının təmiri və xidməti ilə məşğul olan xxxx montyorları” (1100000a-19861) peşələrinə uyğundur.
27. İddiaçının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün)...” bölməsində nəzərdə tutulan istehsalatlarda (hazırkı halda, bilavasitə üzən qazma qur ğularında/buruqlarda) çalışdığı nəzərə alındıqda, onun işlədiyi peşələrə (xxxx/xxxx montyoru) dair bu qənaət şübhə doğurmalı deyil. Belə ki, “xxxx/xxxx montyoru” peşəsi bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid olmaqla, özündə “xxxx avadanlıqlarına xidmət üzrə xxxx montyoru”, “xxxx avadanlıqlarının təmiri və xidməti üzrə xxxx montyoru”, “xxxx avadanlıqlarının təmiri üzrə xxxx montyoru” peşələrini ehtiva edir (bax: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli 10-2 saylı Qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X3”, 1-ci hissə, İİ fəsil, 35, 36, 37-ci bəndlər). Bu peşənin iddiaçıya aid xüsusiyyəti isə ondan ibarətdir ki, o, həmin peşəni dənizdə üzən qazma qurğularda icra etmişdir.
28. Məhkəmə koll egiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. İddiaçının əmək kitabçasındakı və işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışlardakı məlumatlar məhkəmələr tərəfindən icraat zamanı tədqiq olunmuşdur, onların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
30. Beləliklə, inzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-808/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov