Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1861/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 2-1(103)-1808/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 20 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 25 fevral tarixli, **********844400 saylı tələbinin icraya yönəldilməsi barədə qərarının; 2016-cı il 21 dekabr tarixli, **********631800 saylı qərarının; 2019-cu il 2 oktyabr tarixli, **********314300 saylı qərarının; 2016-cı il 3 oktyabr tarixli, **********045885 saylı qərarının; 2019-cu il 18 noyabr tarixli, **********558200 saylı qərarının v ə 2019-cu il 16 dekabr tarixli, **********865000 saylı qərarının ləğv edilmələrini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 mart tarixli, 2-1(112)-3193/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərarlar iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi qərarlardan həmin tarixlərdən xəbərdar olmuşdur. Lakin, bütün bunlara baxmayaraq, iddiaçının məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda, qa nunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 2-1(103)-1808/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini v ə işin birinci instansiya məhkəməsinə göndərilərək iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2017-ci il 27 iyun tarixli hökmünə əsasən iddiaçı məhkum olunmuş və fiziki şəxs kimi ona aid olan mühasibat və digər sənədlər 2016-cı il 27 aprel tarixdə Lokal gəlirlər Baş İdarəsi tərəfindən götürülmüş, fiziki şəxs kimi onun fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi 2016-cı il 21 dekabr tarixdən 2020ci il 25 fevral tarixə qədər qanunsuz yoxlamalar aparmış və küllü miqdarda pulun ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Barəsində vergi ödənil məsindən yayındığına görə istintaq aparıldığı müddət ərzində yoxlama sənədləri istintaqa təqdim olunmamış və istintaqdan gizlədilmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirmiş ki, birinci instansiya məhkəməsində, eyni zamanda Bakı Apellyasiya Məhkəməsində iddianın mümkünlük məsələsinə baxılan zaman iddiaçı iddia tələbini ümumilikdə tam, o cümlədən xüsusi olaraq “ Tələbin icraya yönəldilməsi haqqında” 2020-ci il 25 fevral tarixli, **********844400 nömrəli hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 2019-cu il 18 noyabr tarixli, **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 2019-cu il 16 dekabr tarixli, **********865000 nömrəli qərarların ləğv edilməsi hissələri üzrə inzibati orqan tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Bundan əlavə, iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli, **********045885 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Bundan əlavə, iddiaçı tərəfindən “Vergilərin hesablanması barədə” 2016-cı il 21 dekabr tarixli **********331800 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2019-cu il 2 oktyabr tarixli, **********314300 nömrəli qərarların ləğv edilməsi tələbi üzrə də qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. b. məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəll ə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qa nununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: Maddə 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); Maddə 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çər çivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 16. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli, **********045885 nömrəli qərarla bağlı qeyd olunur ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2016-cı il 24 sentyabr tarixli, **********012855 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 2016-c ı il 25 avqust tarixli, **********015751 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli, **********045885 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda, toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir. Həmin materiallar əsasında başlanmış və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işinin nəticəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2017-ci il 27 iyul tarixli, 1(004)182/2017 nömrəli hökmü ilə mülki iddia üzrə 98.928.81 manat məbləğində pulun İddiaçı tutulması qərara alınmışdır. Göründüyü kimi, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2 016-cı il 3 oktyabr tarixli **********045885 nömrəli qərarından məlumatlı olduğuna baxmayaraq, iddiaçı həmin qərarı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə mübahisələndirilməmişdir.
17. Eyni ilə, iddiaçı “Vergilərin hesablanması barədə” 2016-cı il 21 dekabr tarixli, **********631800 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2019-cu il 2 oktyabr tarixli, **********314300 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 2019-cu il 18 noyabr tarixli, **********558200 nömrəli, “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 2019-cu il 16 dekabr tarixli, **********865000 nömrəli və “Tələbin icraya yönəldilməsi haq qında” 2020-ci il 25 fevral tarixli, **********844400 nömrəli qərarları İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə mübahisələndirilməmişdir.
18. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının vergi öhdəlikləri ilə bağlı məlumatların ona aid şəxsi hesab vərəqəsində qeyd olunması ilə yanaşı, iddiaçı ona hesablanmış vergi borcları ilə bağlı cavabdehə 2020-ci il 24 aprel tarixdə müraciət etmiş, cavabdehin 2020-ci il 1 may tarixli cavab məktubu ilə iddiaçıya onun mövcud vergi borcları barədə məlumat verilmişdir. İddiaçı həmin vergi məbləğlərinin (məhkəmə hökmü ilə müəyyən edilən məbləğ istisna edilməklə) hesablanmasına əsas olmuş qərarları yalnız 2020-ci ilin dekabrında mübahisələndirmişdir.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayət i təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 21(103)-1808/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.