Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1862/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çernobıl əlili kimi pensiya təyin edilərkən əmək haqqının 4 qat məbləğinin nəzərə alınmaması; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı c avabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1962-ci il təvəllüdlü iddiaçı xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək İİ qrup əlil olmuşdur.
2. İddiaçıya xx.xx.1992-ci il tarixdə Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi pensiya təyin edilmişdir.
3. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə müraciət edərək ona təyin edilmiş pensiyanın məbləğinin Ç ernobılda aldığı əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanmasını xahiş etmişdir.
4. Şöbənin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, 12/10511 №-li məktubda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanuna xx.xx.2010-cu il tarixdə edilmiş dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat
5. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı ildən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə əlil olmuşdur. İddiaçıya pensiya təyini zamanı həmin dövrdə alınmış yüksək əmək haqqı yox, müxtəlif dövrlərin orta aylıq əmək haqqı nəzərə alınmışdır.
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-859/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının pensiyasının məbləğinin xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş hesablama qaydasında hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx. 1994-cü il tarixdən əlil kimi tanındığını və həmin dövrdən əlilliyə görə əmək pensiyaçısı olduğunu nəzərə alaraq, cavabdehin imtinası AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri baxımından əsaslı olmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1261/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi xx.xx.2010-cu il tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2006-cı il tarixdən əmək pensiyası almaq hüququna malik olmuşdur.
13. Cavabdeh qərardan kassasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1865/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaçıya artıq təyin edilmiş pensiyanın yenidə n hesablanmasına yönəldiyindən məhkəmə işin hallarını dəqiq müəyyən etmək üçün pensiya işini cavabdehdən tələb edib tədqiq etməli olduğu halda, bunu etməmişdir. Həmçinin iddiaçının pensiya işi tələb olunub tədqiq edilmədiyindən ona hansı vaxtdan pensiya təyin edildiyi, eləcə də həmin pensiyanın hansı qaydada hesablandığı qeyri-müəyyəndir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-21/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2018-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birin ci instansiya məhkəməsi qərar qəbul edərkən pensiyanın yenidən hesablanması ilə bağlı heç bir sübut araşdırmadan yekun məhkəmə aktı qəbul etmişdir. d) birinci instansiya məhkəməsindəki ikinci icraat
18. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)-2081/2019 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi ilə əvəz edilmişdir.
19. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən İİ dərəcə Çernobıl əlili kimi pensiya təyin edilmiş, xx.xx.2013-cü ildən pensiya işi Yasamal rayon Şöbəsinə təhvil verilmişdir. xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsin dəki pensiya kapitalı az olduğuna görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2011-ci il tarixdən onun ümumi iş stajı əmsallaşdırılaraq (hər tam il üçün x 1.94 manat) pensiyası yenidən hesablanmışdır. xx.xx.2019-cu ildən iddiaçının pensiyasının məbləği artırılaraq 200 manata çatdırılmışdır. 20. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)2081/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1995-ci il tarixə olan redaksiyasının 83.2-ci maddəsinin tələblərini pozaraq, iddiaçıya pensiya hesablanan zaman 4 qat əmək haqqını nəzərə almamışdır.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 71, 80, 81 və 83.2-ci maddələrini tətbiq etmişdir.
25. Cavabdeh qərardan kassasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi x ahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqına istinad olunmasını istisna etmişdir. İddiaçıya 1992-ci ildə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbəlinə uyğun olaraq pensiya hesablanmışdır. Bu səbəbdən yenidən eyni qaydada pensiya təyin edilməsinə ehtiyac yoxdur.
27. Bundan əlavə, təqdim edilmiş pensiya işində əmək haqqının məbləği müəyyən edilmədiyi halda cavabdeh orqanın üzərinə əmək haqqının 4 mislini müəyyən etmək öhdəliyi qoyulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İd diaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi.
30. İddiaçı və vəkili şikayətə qarşı etiraz edərək şikayətin təmin olunmadan və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq 31. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 31.1. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna ma likdirlər. 31.2. 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 32. 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: - 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; - 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şə hərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES- də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən.
33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 118 saylı xx xxxxxxxx 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalı dır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür.
34. İnzibati Prosessual Məcəllə: Maddə
12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
35. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
37. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
38. İddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar əlil olması və ona Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi xx.xx.1992-ci il tarixdə pensiya təyin edilməsi işin mübahisəsiz hallarına aiddir.
39. İş in tərəflər arasında yeganə mübahisələndirilən halı iddiaçıya ilk dəfə pensiya təyini zamanı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ona ödənilən 4 qat əmək haqqı məbləğinin nəzərə alınıb-alınmaması ilə bağlıdır.
40. Bu məsələ ilə bağlı aşağı instansiya məhkəmələrində icraat zamanı müvafiq sorğu ünvanlanaraq iddiaçının pensiya işi, habelə, iddiaçının pensiyaya çıxdığı dövrdəki əmək haqqı məbləği barədə, eləcə də xx.xx.2006-cı il tarixdən sonra əmək haqqına uyğun yenidən hesablanıb-hesablanmaması barədə məlumat tələb edilmişdir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən İİ dərəcə Çernobıl əlili kimi pensiya təyin edilmiş, xx.xx.2013-cü ildən pensiya işi aidiyyəti üzrə Nizami rayon Şöbəsindən Yasamal rayon Şöbəsinə təhvil verilmişdir. xx.x x.2006-cı il tarixədək təyin olunmuş pensiya işləri arxivə təhvil verildiyindən iddiaçının pensiyaya çıxdığı dövrdəki əmək haqqının məbləği barədə məlumat yoxdur (İ cild: iş v.171).
41. Bununla belə, iddiaçıya pensiya təyini zamanı 4 qat məbləğin nəzərə alınıbalınmaması ilə bağlı cavabdehin mövqeləri hazırkı iş üzrə fərqli olmuşdur. Belə ki, ilk növbədə, cavabdehin imtina məktubunda “Əmək pensiyaları haqqında» Qanuna xx.xx.2010-cu il tarixli dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmadığı qeyd edilmişdir. Digər tərəfdən, DSMF Yasamal rayon şöbəsinin məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiyası hesablanan zaman ÇAES qəzası zamanı aldığı mükafatlar 4 qat mislində orta aylıq əmək haqqı formasında hesablanmış v ə pensiyasına əlavə edilmişdir. xx.xx.2006-cı ildən sonra sosial sığorta kapitalı olmadığından pensiyasına əlavə edilməmişdir (İ cild: iş v. 154). Cavabdeh yenidən kassasiya şikayətində 4 qat məbləğin nəzərə alındığına dair mövqeyini təkrarlamışdır.
42. Göründüyü kimi, cavabdehin müxtəlif məhkəmə icraatlarında təqdim etdiyi məktublarda və şikayətin dəlillərində iddiaçının tələb etdiyi məbləğin nəzərə alınması ilə bağlı qeyd etdikləri arasında ziddiyyət var. Belə ki, bir tərəfdən həmin dövrə aid məlumatların olmadığı qeyd olunsa da, digər tərəfdən əminliklə, həmin məbləğin ödənilməsinə dair dəlilləri irəli sürülmüşdür.
43. İş materiallarında iddiaçıya ödənilmiş məbləğlə bağlı sənədlərdəki məlumatlar arasında da uyğunsuzluq var. Belə ki, İş materiallarında olan arxiv arayışında (İ cild: iş v.42) iddiaçıya həmin dövrdə əmək haqqının (1800 rubl) 4 qat məbləğdə ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan digər bir arayışda ( İ cild: iş v. 131) iddiaçıya 1784 rubl məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Başqa bir arayışda isə (İ cild: iş v. 133) iddiaçıya 4 qat əmək haqqı (4309.50 manat) hesablandığı və ödənildiyi qeyd edilmişdir. 1992-ci ilə aid olan bu sonuncu arayış pensiya işinə aid materiallarda (pensiya işinin tərkibi kimi) olduğu halda, həmin arayışdakı məlumatın pensiya təyin edilərkən həqiqətən də nəzərə alınmadığına dair qənaəti təsdiq edən əsaslar məhkəmə qərarında göstərilməmişdir.
44. Digər tərəfdən, iddiaçı öz tələbinin əsası kimi iddia ərizəsində təsdiq edir ki, o, pensiyaya çıxarkən əmək haqqına dair arayış təqdim etməmiş, yalnız 2017-ci ildə həmin ara yışı X1 Nazirliyinin Mərkəzi Arxivindən əldə etmişdir. Lakin iddiaçıya məxsus pensiya işinin materiallarında iddiaçıya hesablanmış və ödənilmiş əmək haqlarına dair (o cümlədən, 4 qat məbləğdə) 1992-ci ilə aid arayışlar vardır.
45. Göründüyü kimi, hazırkı iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün işin halları apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamış, ziddiyyətli hallar aradan qaldırılmamışdır.
46. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edil məsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir.
47. Öz növbəsində, cavabdeh pensiya işində olan və iddiaçıya 4 qat əmək haqqının (4309.50 manat) hesablandığına və ödənildiyinə dair məlumatı əks etdirən arayışdakı həmin məbləğin nəzərə alındığını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməlidir. Belə ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (İPM-in 14.3-cü maddəsi).
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci, 58.7-ci və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin n ormaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov