Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1862/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın bərpa olunması; ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), hakimlər Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə i ddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pensiyanın bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2-1(103)-1910/2022 nömrəli qərarından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 12 aprel 1977-ci il tarixdə açılmış əmək kitabçasın ın surətindən görünür ki, o, 1 sentyabr 1976-16 avqust 1977-ci illərdə təhsil almış, 16 avqust 1977-cı il tarixdən 6 oktyabr 1977-ci il tarixədək işləmiş, 21 oktyabr 1977-15 oktyabr 1979-cu illərdə hərbi xidmətdə olmuş, 19 noyabr 1979-cu il tarixdən 21 fevral 1980-ci il tarixədək, 6 mart 1980-ci il tarixdən 7 iyun 1980-ci il tarixədək şagird kimi qəbul edilmiş, 7 iyun 1980-ci il tarixdən 15 mart 1991-ci il tarixədək, 16 mart 1991-ci il tarixdən 11 yanvar 1993-cü il tarixədək, 15 yanvar 1993-cü il tarixdən 1 aprel 1996-cı il tarixədək, 9 yanvar 2006-cı il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir.
2. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/188 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışdan görünür ki, 5 yanvar 1959-cu il təvəllüdlü Cavabdeh həqiqətən, 6 mart 1980- ci il tarixində şit maşinisti peşəsi üzrə təhsil almaq üçün “Bakıtuneltikinti” İdarəsinin Tədris məntəqəsinə daxil olmuş, 7 iyun 1980-ci il tarixində təhsilini tunel-tikinti işlərində hərəkətdə olan şit maşinisti ixtisası üzrə bitirmişdir. 7 iyun 1980-ci il tarixdən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə yeraltı şəraitində 4-cü dərəcəli şit maşinisti (tunel-qazma işlərində yeraltı çuqun həlqələrin və beton həlqə blokların quraşdırılması və sökülməsi işləri üzrə) peşəsinə qəbul edilmişdir. İş şəraiti növbəli (4 növbəli, gecə və gündüz), 25 may 1981-ci il tarixdən 4-cü dərəcə ilə yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri peşəsinə keçirilmişdir, 1 avqust 1983-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində şit maşinisti p eşəsinə keçirilmişdir. 1 iyun 1984-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir, 1 avqust 1985-ci il tarixində 5-ci dərəcə verilmişdir.15 mart 1991-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 15 mart 1993-cü il tarixdən “Azərtunelmetrotikinti” İstehsalat Birliyinin 2 №-li Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcə ilə yeraltı qazmaçı peşəsinə qəbul edilmişdir. 1 aprel 1996-cı il tarixdən Əmək Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən (ştatların ixtisarı ilə) işdən azad edilmişdir. 9 yanvar 2006-cı il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsinə 5-ci dərəcə ilə yeraltı qaynaqçı peşəsinə qəbul edilmişdir 1 dekabr 2006-cı il tarixdən yerü stü əmək şəraitinə keçirilmişdir, 26 yanvar 2010-cu il tarixdən 6-cı dərəcə verilmişdir, 26 iyun 2012-ci il tarixdən 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir, 31 iyul 2014-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 1 avqust 2014-cü il tarixdən “Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə qəbul edilmişdir, 1 iyul 2017-ci il tarixdən 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir, 1 aprel 2021-ci il tarixdən Birləşmiş emalatxanaların Maşın və mexanizmlərin təmiri sahəsinə 6-cı dərəcə il ə çilingər peşəsinə keçirilmişdir və hal-hazırda həmin peşədə işləyir. Cavabdeh ağır və zərərli yeraltı şəraitində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı ”nın 1-ci Dağmədən işləri bölməsinə aid edilmişdir 31 iyul 1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li TunelQuraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1992-ci il tarixli 2 №-li Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında “Azərtunelmetrotikinti” İstehsalat Birliyi yaradılmışdır. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 2 noyabr 1993-cü il tarixli 77 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” istehsalat Birliyi “Azərtunelmetrotikinti" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 857 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” Dövlət şirkəti “Azərtunelmetrotikinti” SC adlandırılmışdır Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
3. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 40N-10/3-1328 nömrəli, 25 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırm a İdarəsində 25 may 1981-ci il tarixdən 1 avqust 1983cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, 1 iyun 1984-cü il tarixdən 15 mart 1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrində çalışdığı əmək şəraiti ağır və zərərli yeraltı şəraitinə aiddir. Quraşdırıcı çilingər peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış 5 mart 2021-ci il tarixli, **********6 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Departamenti tərəf indən araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayına güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 25 may 1981- 1 avqust 1983-cü il və 1 avqust 1985-15 mart 1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 1 fevral 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X1 Departamenti tərəfindən ona 1 fevral 2016-30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödə nilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı ona artıq ödənilmiş 16.738,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində n mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 25 may 1 981-1 avqust 1983-cü il və 1 avqust 1985-15 mart 1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixədək cavabdehin güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 1 fevral 2016-cı il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona 1 fevral 2016-30 noyabr 2020ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16.738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq 5 mart 2021-ci il tarixli **********6 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.
7. Cavabdeh isə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun güzəştli şərtlərlə pensiya təminatının 1 №-li siyahıya əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onu nla əsaslandırılmışdır ki, o, 1980-ci ildə Bakı Metro Tikintidə yeraltı işlərdə, tunel qazma işlərində işə başlamışdır. 80 metr dərinlikdə yeraltında ağır, xüsusilə ağır iş şəraitdə işlədiyi nəzərə alınaraq, 2016-cı ildə güzəştli şərtlərlə pensiya çıxmışdır. 2021-ci ildə onun güzəştli şərtlərlə verilən pensiyası ona xəbərdarlıq edilmədən dayandırılmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 9 fevral 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 5 mart 2021-ci il tarixli, **********6 saylı məktubla ona cavab göndərmişdir. Cavabda qeyd olunmuşdur ki, ona güzəştli şərtlərlə təyin olunan pensiya qanuni deyil və onun pens iyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2-ci siyahıya aid iş sahəsini əhatə edir. Halbuki, onun işlədiyi peşə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışda (14 iyul 2021, A/118) onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci siyahıya və hətta birinci başlığa aid edilən peşələr sırasındadır. Üstəlik güzəştli şərtlərlə pensiya təyinatı üçün tələb olunan əmək stajı artıqlaması ilə öz əksini tapır. Lakin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı israrla onun əmək fəaliyyətini 2-ci siyahıya daxil etməyə çalışır. Onun sosial sığorta şəhadətnaməsində 60.000 (altmış min) manat kapital yığımı var. Qanuna əsasən işçinin pensiya kap italı ona ödənilən məbləğdən çoxdursa, o halda işçiyə ödənilən artıq pensiya onun kapitalı hesabına geri qaytarılır. Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filial ona öz haqqı olan halal pensiyasını ödəməyi bir kənara, üstəlik onu məhkəməyə verib guya ona artıq ödənilmiş 17.000 (on yeddi min) manat vəsaitin geri qaytarılması tələbini qoyur. Görünən odur ki, onun haqqı olan pensiyası cavabdehin maraqları dairəsindədir. Məhz bu səbəblə, müxtəlif qeyri-qanuni yollara baş vuraraq, onun güzəştli şərtlərlə qazandığı pensiyasını əlindən almağa çalışır.
9. Sonradan qarşılıqlı iddia tələbi dəqiqləşdirilərək, ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi 25 may 1981-ci il tarixindən 1 avqust 1983-cü il tarixinədək yeraltı keçid mexanizm v ə komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, 1 iyun 1984-cü il tarixdən 15 mart 1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci hissəsinin müvafiq bəndlərində nəzərdə tutulmasa da, onun işlədiyi peşənin xarakteristikası və funksiyaları 1.1.2-ci hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil etdiyindən, həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Digər tərəfdən, Filial Cavabdeh 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasına istinad etsə də, iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən deyil, 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən əldə edilmişdir.
12. İlkin iddia üzrə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1910/2 022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: C.A.Yusifov, A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksi yası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması (-) 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: (-) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 19. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İn san Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2-703/20 saylı “Əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi nəticəsində belə mübahisələrə baxılarkən məhkəmələrdə aparılan araşdırmanın qaydasına və həcminə dair bir sıra məsələlərin dəqiqləşdirilməsi barədə” icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının görüdüyü iş, tutduğu vəzifə və mlaik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutuduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzi fələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
26. İşə baxan apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq müəyyən etmişdir ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində 25 may 1981-ci il tarixdən 1 avqust 1983cü il tarixinədək çalışdığı yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, həmçinin 1 iyun 1984-cü il tarixdən 15 mart 1991-ci il tarixəd ək çalışdığı yeraltı şəraitində quraşdırıcı çilingər peşələrinin xarakteristikası və funksiyaları hazırkı qərarın 18-ci bəndində qeyd olunan peşənin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir.
27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2-1(103)-1910/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2022-ci il tarixli 21(103)-1910/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.