Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1863/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; cavabdeh inzibati orqana müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızının və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyya ta alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 2-1(103)-1094/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2005ci il tarixli, 1753/1 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində 1200 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alğı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanda yerləşən 45,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. İddianın əsaslarına görə, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətsizliyi onun konstitusion hüquqlarını pozur. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4471/2019 nömrəli 2019cu il 28 dekabr tarixli qərarı ilə iddia rədd edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan sənədləri cavabdehə təqdim etsə də, cavabdeh həmin sənədləri nəzərə almamış, qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərərək onun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 2-1(103)-1094/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarın ləğv edilmiş, iddianın mümkün sayılmamışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl mübahisə predmeti ilə bağlı cavabdehə rəsmi qaydada müraciət etməmişdir.
9. Məhkəmənin qərardadı iddiaçıya xx xxxxxx 2020-ci il tarixində təqdim edilmişdir.
10. İddiaçı həmin qərardaddan xx xxxxxx 2020-ci il tarixində kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri 11.Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan qərardad qəbul etmişdir. Belə ki, məhkəmə formal imtinanın olub-olmamasına diqqət yetirərək işə mahiyyəti üzrə baxmamış, iddiaçının mülkiyyət hüquqlarının təminatı ilə bağl ı məsələlərə ümumiyyətlə diqqət yetirməmişdir.
12. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələbinə görə məhkəmənin tərəflərə yardım etmək vəzifəsi olsa da, məhkəmə formal çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya yardım etməmişdir. İPM-in 81.3-cü maddəsinə görə formal çatışmazlıqların aradan qaldırılması üçün tərəflərə yardım göstərilməsi ilə bağlı müddəalar həm də apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat zamanı hakimin vəzifəsidir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdeh məhkəmə icla sında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İPM: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində on un hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. İddiaçı kassasiya şikayətinin dəlillərində ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq iddiaya mahiyyəti üzrə baxmamış, yardım etmək vəzifəsini yerinə yetirməyərək iddianı mümkün saymamışdır.
20. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddianın mümkünlüyünə iddianın əsaslılığının yoxlanılmasından əvv əl qiymət verilir. Apellyasiya instansiyası məhkəməsi də bu mövqeni əsas götürmüş, haqlı olaraq ilk növbədə iddianın mümkünlüyünü qiymətləndirmiş və iddianı mümkün saymadığına görə iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə də ehtiyac qalmamışdır.
21. Kassasiya şikayətinin digər dəlili olan məhkəmənin yardım etmə vəzifəsinə əməl etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli bildirişdən (iş v. 42) göründüyü kimi iddiaçıya cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etməsini təsdiq edən sənədin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən də hüquqlarının cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz.
22. Beləliklə, iddiaçının cavabdehə qarşı hazırkı məz munda iddiası İPM-in 35.1ci maddəsində təsbit olunmuş şərtlərə uyğun olmadığından iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 21(103)-1094/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov