Məhkəmə qərarları › İş №2-1(102)-1863/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1863/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1863/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1299/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şik ayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 16.08.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 22.06.2019-cu il tarixli şikayət ərizəsindəki tələblərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilməsi; 21.04.2014 və 03.04.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmununu daşıyan qərarın (əmrsərəncam-rəyi) verildiyi tarixdən ləğv edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin üzərinə cavabdeh-Sabunçu rayonu İcra Hakimiyyətinə qarşı xüsusi icraat qaydasında mülki icraat üzrə məhkəmədə iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması və bununla Sabunçu rayonu İcra Hakimiyyətinin 21.04.2014 və 03.04.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmununu daşıyan qərarı-aktının (əmr qərar- sərəncam-rəy- aktı) məhkəmə yolu ilə verildiyi tarixdən ləğv edilməsi; hazırkı iddia ərizəsində birləşdirdiyi cinayət tərkibli mülki qanun pozuntuları üzrə qanunsuz olaraq yolu və torpağı zəbt edən qanuni sahib olmayan Vəkil oğluna qarşı yolun açılması və qanunsuz tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin üzərinə mülki icraat qaydasında iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması; Vəkil oğlunun qanunsuz istifadəsində olan torpağa, yolun qalan ərazisini qanunsuz özgəninkiləşdirən digər şəxslərin istifadəsində olan torpaqlara həbs qoyulması üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırmasına məcburetmə barədə q ətnamə çıxarılması; bir-biri ilə bağlı hallar üzrə və qanunsuz qərar və hərəkətləri ilə dövlət mülkiyyətinin özgəninkiləşdirilməsində iştirak edən bir-biri ilə bağlı olan: a) Sabunçu rayonu polis idarəsinin, b) Sabunçu rayonu prokurorluğunun; c) Sabunçu rayonu İcra hakimiyyətinin; d) Nardaran qəsəbəsi Bələdiyyəsinin məsul şəxsləri; e) dövlətə məxsus torpaqları zəbt edərək ayrı-ayrı şəxslərə satan X1 barəsində cinayət xarakterli hərəkətlərini araşdırmaq üçün Bakı şəhər İcra Hakimiyyətini hüquq mühafizə orqanları qarşısında iddia qaldırmağa məcburetmə barədə qərar çıxarılması; məcburetmə haqqında iddia vasitəsi kimi Bakı şəhər İcra Hakimiyyətinin öhdəliklərinin icrası haqqında müddət müəyyən edən qərar qəbul edilməsi; iddiaçının təqdim etdiyi konkret faktları hüquqi əhəmiyyəti olan faktlar k imi qəbul edilərək, cavabdehə əsas faktlar kimi təqdim edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3671/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-3671/2019 saylı və 2-1(81)-3626/2019 saylı inzibati işlər 2-1(81)3626/2019 sayı altında bir icraatda birləşdirilməsi qərara alınmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3626/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 4. 01.11.2019-cu il tarixdə iddiaçı qərardaddan apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2882/2019 saylı, 04 dekabr 2019-cu il tari xli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 21(81)- 3626/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 5. 21.01.2020-ci il tarixdə iddiaçı qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-759/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı ilə kasasiya icraatına xitam verilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1099/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Qərardaddan narazı qalan iddiaçı 03.03.2021-ci il tarixdə apelyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin olunmasını, Bak ı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətə hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə baxılmasını, vəsatətlərin nəzərə alınmasını xahiş etmişdir.

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(103)-1299/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1099/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 9. 27.05.2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(103)1299/2021 nömrəli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilməs i üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 iyun 20121-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qərardad icra edilməsi üçün 4 saylı Vəkil Bürosuna həvalə edilmiş, vəkil F.L.Rəfibəyli tərəfindən kasasiya şikayəti tərtib edilərək imzalanmış və orderi şikayətə əlavə edilmişdir. Lakin vəkilin tərtib etdiyi kasasiya şikayətini iddiaçı imzalamamışdır. Tətbiq edilən hüquq

11. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsin in müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

12. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü

13. Apelyasiya məhkəməsinin qərardadından vəkil kasasiya şikayəti tərtib etmiş, kasasiya şikayəti iddiaçı tərəfindən imzalanmamışdır. Kasasiya məhkəməsinin mövqeyi 14. 4 saylı Vəkil Bürosunun vəkili F.L.Rəfibəyli tərəfindən tərtib edilmiş kasasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığından bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 17 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 15 oktyabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, şikayətin imzalanmadığı barədə xəbərdar olunmuşdur.

15. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkilin tərtib etdiyi kasasiya şikayətini təqdim etməmişdir.

16. İşdə olan sənədlərdən görünür ki, kasasiya şikayəti vəkil tərəfindən tərtib edildikdən sonra 4 saylı Vəkil Bürosu və apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı məlumatlandırılaraq kasasiya şikayətinin imzalanması barədə ona məlumat verilmiş, lakin iddiaçı vəkilin tərtib etdiyi kasasiya şikayətini imzalamamışdır.

17. Kasasiya şikayətini iddiaçı imzalamadığından həmçinin verilən müddətdə nöqsan aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

18. Məhkəmə kollegiyası yuxarıda gös tərilənləri və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1299/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar