Məhkəmə qərarları › İş №2-1(102)-1863/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1863/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1863/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun ölümü barədə ilkin arayışda “hərbi xidməti yerinə yetirərkən vəfat etmişdir” sözlərinin “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözləri ilə əvəz edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı h ərbi hissə tərəfindən verilmiş N saylı, N iyun 2002-ci il tarixli arayışda yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözləri ilə əvəz edilərək ölüm barədə ilkin arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-988/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 138130 saylı ölüm haqqında Şəhadətnaməyə əsasən X7 N yanvar 2002-ci il tarixdə hərbi xidməti yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silah güllə yarası səbəbi ilə ölmüşdür.

2. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli İ37/2002 nömrəli hökmünə əsasən müəyyən edilir ki, X3 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində aldığı yaradan ölmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 1 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək N saylı hərbi hissə tərəfindən verilmiş N saylı N iyun 2002-ci il tarixli arayışda yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözləri ilə əvəz edilərək ölüm barədə ilkin arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması nı xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X7 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. İddiaçının mərhum oğlu əvvəlcə Sədərək döyüş bölgəsində sonra isə Havuş postuna manqa komandiri vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. N yanvar 2002-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsində aldığı güllə yarasından şəhid olmuşdur. Ekspert təyin edilmədən dəfn hərbi hissə komandirləri tərəfindən gecə həyata keçirilmişdir. Culfa rayon İcra Hakimiyyəti tərəfindən 1 iyul 2002-ci il tarixli 66 saylı sərəncamla mərhum X6 şəhid statusu verilmişdir. 2002-ci il tari xdən 2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan təqaüd ödənilmişdir. Lakin 2007-ci il tarixdən həmin təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdün dayandırılmasına səbəb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon İcra Hakimiyyətinin 1 iyul 2002-ci il tarixli 66 saylı sərəncamının etibarsız hesab edilməsinə dair Culfa Rayon Məhkəməsində iddia qaldırılması olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddianı onunla əsaslandırmışdır ki, Culfa rayon İcra Hakimiyyəti sərəncam verərkən heç bir sənədə əsaslanmamışdır. Məhkəmə prosesində izahatlar dinlənilərək müəyyən olunmuşdur ki, X1 döyüş mövqeyində hərbi xidmətini yerinə yetirən zaman 6 yanvar 2002-ci ildə saat 23-30 radələrində əsgər yoldaşı X13 tərəfindən odlu silahla öldürülmüşdür. X5 həmin silahdan atəş açaraq özünü öldürmüşdür. Bununla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda bu hadisə ilə cinayət işi açılmışdır. Culfa rayon hərbi komissarı Culfa rayon İcra Hakimiyyətinə məktub göndərərək iddiaçının mərhum oğlunun N saylı hərbi hissənin tərkibində hərbi xidməti vəzifəsini yerinə yetirərkən N yanvar 2002-ci ildə həlak olması barədə ona şəhid statusunun verilməsi üçün vəsatət qaldırmışdır. N saylı hərbi hissənin N iyun 2002-ci il tarixli, N saylı məktubu əsas götürülmüşdür. Ölüm haqqında şəhadətnamədə də iddiaçının mərhum oğlunun hərbi xidmətini yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silahlı güllə yarasından həlak olması qeyd edilmişdir. İddiaçının oğlu X7 döyüşən ordunun tərkibində Havuç döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. X12 ölüm səbəbi xidməti vəzifəsini yerinə yetirərkən zaman həlak olması olmuşdur.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən “Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.” N nömrəli hərbi hissə komandanlığının N yanvar 2002-ci il tarixli, 8 nömrəli bildirişdə kiçik çavuş X3 həmin tarixdə əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəşlə yaralanması və aldığı sol döş nahiyəsindəki yaradan vəfat etməsi göstərilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı hə lak olmuş şəxslər şəhid hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli, İ-37/2002 nömrəli hökmünün surəti, Naxçıvan Hərbi Prokurorluğunun 3 aprel 2002-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin 1 iyul 2002-ci il tarixli, 66 saylı sərəncam ilə mərhum X6 şəhid adının verilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən sərəncamın etibarsız hesab edilməsinə dair iddia ərizəsi Culfa Rayon Məhkəməsinin 28 dekabr 2007-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Culfa Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. X3 ölümü şəxsi münasibətlər nəticəsində əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində olmuş istintaq aparıldığından, hərbi hissəsinin arayışında düzəliş edilərək “döyüş tapşırığını yetirərkən həlak olmuşdur” sözlərinin yazılması tələbin təmin edilməsi AR MPM-nin 82.4-cü maddəsinə ziddir.

6. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il ta rixli, 2-1(112)-4675/2021 nömrəli qərarı ilə (hakim X4) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli, İ37/2002 nömrəli hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçının oğlu X3 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, o, əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində aldığı yaradan ölmüşdür. Bu halda ona şəhid statusu verilməsi üçün əsas ola bilməz.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 a prel 2022-ci il tarixli, 2-1(103)-988/2022 nömrəli qərarı ilə (hakimlər: X16 - sədrlik edən və məruzəçi, X8 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və araşdırmanın aparılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tə tbiqi qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarına 2009cu ildə edilən dəyişiklikdən sonra daxil edilən 1.2.6. maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Qanunda aşkar şəkildə göstərilmişdir ki, cəbhə bölgəsində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluq çuya şəhid adı verilir. İddiaçının oğlunun cəbhə bölgəsində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. İddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 58.8-ci maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 23 may 2002-ci il tarixli, İ-37/2002 nömrəli hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçının oğlu X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış, qarşılıqlı münasibətlər zəm inində əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində aldığı yaradan ölmüşdür.

23. Beləliklə, iddianın əsassızlığına dair məhkəmələrin gəldikləri düzgündür, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-988/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar