Məhkəmə qərarları › İş №2-1(102)-1864/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1864/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1864/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2017-ci il tarixdən sonra təyin edilmiş əmək pensiyasının əvvəlki illər üzrə ödənilməsi; mübahisənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03 nömrəli qərardadındakı hüquqi mövqeyə uyğun həlli) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və B ədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “yaşa görə təyin edilmiş əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-874/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2019-cu ilin fevral ayından yaşa görə əmək pensiyası təyin edilmiş, ona 2016-cı ilin fevral ayından ödənilməmiş 3 ilin pensiya məbləği ödənilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər almadığı pensiya məbləğinin ona ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 12 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə riayət olunmaqla ötən dövr üçün hesablanan pensiyanın məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı 2019-cu il 31 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ödənilməmiş 12 illik pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ona əvvəlki dövrlərin yalnız 3 ilinin ödənişi edilmişdir. İddiaçı hesab edir ki, ona qalan illərin də ödənişi edilməlidir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)2649/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi ilə əvəz edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)2649/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2003cü il tarixdən yarandığından, hazırda qüvvədə olan normalar ona münasibətdə tətbiq oluna bilməz.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-874/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. İddiaçıya 2019-cu ilin fevral ayından yaşa görə əmək pensiyası təyin edilmiş, 2016-cı ilin fevral ayından ödənilməmiş 3 illik pensiya məbləği ödənilmişdir. İddiaçı 2019cu ilin aprel ayında keçmiş dövr üçün (pensiya hüququnun yarandığ ı tarixdən) ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Belə olan halda isə cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlan masını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu ma ddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. İşin materiallarına görə, iddiaçı pensiya təyini üçün xx.xx.2017-ci il tarixdən sonra cavabdehə müraciət etmiş, ona 2019-cu ilin fevral ayından yaşa görə əmək pensiyası təyin edilmiş və əvvəlki 3 il üçün ödənilir.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017 -ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

25. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, on lardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

27. İddiaçı xx.xx.2006-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün pensiyanın ödənilməsini tələb etsə də, o, pensiya təyini üçün ilk dəfə 2018-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonra müraciət etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

28. Beləliklə, şikayətin dəlilləri əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi rədd edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il ta rixli 21(103)-874/2020 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar