Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1864/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina; tikilinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli 2-1(103)-732/2023 nömrəli, qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 aprel 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətindəki torpaq sahəsində olan fərdi yaşayış evinə dai r reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh 21 dekabr 2023-cü il tarixli **********51 nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsinin 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir, həmçinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolağı ilə bağlı "xxxx" ASC tərəfindən münasibət bildirilməsi məqsədəuyğun hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ünvan 2 ünvanında yerləşən f ərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları "xxxx" ASC-nin 6 fevral 2018-ci il tarixli arayışı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin arayışında onun istifadəsində olmuş fərdi yaşayış evinin və torpaq sahəsinin mühafizə zolağındakı 35 kV-luq YS “Zabrat” – YS 492, 6 kV-luq YS “Zabrat” – KTM 575 yüksək gərginlikli elektrik hava xəttinin istismarında çətinliyin yaranmadığı, fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz olunmadığı bildirilmişdir.
6. İddiaçı ilə X3 arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanındakı 0,069 ha ölçüdə torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsindəki fərdi yaşayış evi 1972-ci ildə inşa edilmişdir və reyestrdə qeydiyyata alınmamışdır. Bu səbəbdən də, yalnız 0,069 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur. İddiaçı mülkiyyətindəki torpaq sahəsində olan fərdi yaşayış evinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin İdarə məsələnin həllindən imtina etmiş və imtinada göstərilmişdir ki, torpaq sahəsinin 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir, həmçinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolağı ilə bağlı "xxxx" ASC tərəfindən münasibət bildirilməsi məqsədəuyğun hesab edilir.
7. Bundan sonra iddiaçı "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" MMC-nin mütəxəssisləri əraziyə baxış keçirmiş və baxış zamanı evin "xxxx" ASC-yə məxsus 110 kV-luq 3-cü Maştağa xəttinin 25 metr məsafəsində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 5-ci bəndinə əsasən 110 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası hava xəttinin keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metr qəbul edilmişdir. Bundan sonra iddiaçı evə hüquqların qeydiyyata alınması ilə bağlı təkrarən cavabdehə müraciət etmiş, lakin bu dəfə də imtina cavabı almışdır. Növbəti dəfə iddiaçı 13 iyun 2019-cu il tarixdə qaldırılan məsələ ilə əlaqədar yenidən cavabdehə müraciət etsə də, eyni səbəblər göstərilməklə müsbət nəticə əldə olunmamışdır. Bütün hallarda imtina əsassız olaraq verilmişdir. Belə ki, "xxxx" ASC yalnız 110 kV-luq yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonası keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metrdir. 1000, 6000, 10000 və 35000 kVluq yüksək gərginlikli hava elektrik xətlərinə cavabdehliyi isə, "xxxx" ASC daşıyır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində “real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır” qeyd olunmuşdur Cavabdehin etirazları:
8. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-5553/2022 nömrəli qərarı ilə iddia rəd d edilmişdir. 10 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə etsə də, həmin ünvanda mövcud olan tikiliyə, yəni evə dair qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərdən hər hansı birini, məsələn alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi, evin inşa olunduğu tarixdən asılı olaraq digər müvafiq sənədləri, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan başqa əsaslardan biri təqdim etmədiyindən (həmin sənədlər mövcud deyil), onun həmin tikiliyə mülkiyyət hüququ yaranmış olmur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-732/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ünvan 2 ünvanındakı 0,069 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətinə verilməsinə dair X3 arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək, sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsini tələb etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Re spublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən (alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) hər hansı birini təqdim etməmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cavabdehin imtinasına istinad edərək hüquqmüəyyə nedici sənədlərin olmamasını göstərərək gəldiyi nəticə əsassız olmuşdur. Ən əsası məhkəmə "xxxx" ASC-nin arayışlarını nəzərə almamışdır. Dövlət qeydiyyatına alınmalı olan iddiaçıya məxsus (istifadəsində və sahibliyində) fərdi yaşayış evinin üzərində tikildiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddianın təmin olunmaması iddiaçının hüquqlarını pozmuşdur. b) kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:... 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsinin əsası kimi iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-c i maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən (alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) hər hansı birinin təqdim edilmədiyinə istinadı əsaslı olmamışdır. Belə ki, işdən göründüyü kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.9-cu maddələrinin müddəalarının tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sa həsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Başqa sözlə, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməklə, həmin torpaq sahəsində yerləşən və hündürlüyü 12 metrədək olan yaşayış evinə mülkiyyət hüququnun qeyd alınmasını tələb edə bilər.
24. Hazırkı halda, cavabdehin imtinasının əsasını torpaq sahəsinin yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən 25 metr ara məsafəliyində 110 KV-luq, 4 metr ara məsafəliyində 35 KV-luq və hasarın üzərindən 6 KV-luq elektrik xə ttinin keçməsi təşkil edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr müəyyən edilmişdir.
26. Həmin Qaydaların 5-ci bəndinin (a) yarımbəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları (hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində) aşağıdakı göstərilən məsafələrdə müəyyən edilir: 120 KV – 10 metr, 35 KV – 15 metr, 110 KV 20 metr və s.
27. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi 6 və 35 KV-luq elektrik xətlərinin mühafizə zonasında yerləşir.
28. Torpaq sahəsinin və tikilinin yüksək gərginliklə elektrik xətlərinin mühafizə zonasında yerləşdiyini "xxxx" ASC də təsdiq edir. İddiaçı da həmin faktı mübahisələndirmir. Lakin o, "xxxx" ASC-nin arayışlarına istinadla fərdi yaşayış evinin həmin elektrik xətlərinin istismarına heç bir maneçilik törətmədiyini bildirir.
29. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, "xxxx" ASC-nin arayışlarında fərdi yaşayış evinin həmin elektrik xətlərinin istismarına heç bir maneçilik törətmədiyinə dair məlumatı normativ aktla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə) təsdiq edilmiş Qaydalarda təsbit olunmuş tələblərin qüvvəsinə təsir etmir. Həmin tələblər hər bir halda gözlənilməlidir.
30. İddiaçı öz tələbinin əsası kimi, həmçinin qeyd edir ki, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldığı halda, həmin torpaq sahəsi üzərindəki tikiliyə dair mülkiyyət hüququnu qeyd almaqdan cavabdehin imtinası qanunsuz olmuşdur.
31. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı o lan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasını n Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.
33. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.
34. Beləliklə, cavabdehin imtinası əsassız olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğvinə əsas vermir.
36. İPM-in 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli 2-1(103)-732/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.