Məhkəmə qərarları › İş №2-1(102)-1865/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1865/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1865/2020 13.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: “Şəhid” statusu verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi) qarşı “şəhid adı ve rilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-907/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının oğlu X3 xx.xx.1995-ci il tarixində döyüş bölgəsində aldığı xəsarətlərdən kəskin ürək qan-damar çatışmazlığından vəfat etmiş, İddiaçı mərhum oğlu X2 “şəhid” statusunun verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla mərhum Ə.C.Ə.-yə “şəhid” statusu verilməsindən imtina etmişdir.

2. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 19 nömrəli Qərarının 1.2.6-cı yarımbəndində hansı kateqoriya şəxslərin şəhid hesab edilməsi öz əksini tapmışdır. Mövcud qanunvericilikdə müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların “şəhid” hesab edilməsi nəzərdə tutulmadığı üçün mərhum Ə.C.Ə. “şəhid” statusu verilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 1994-cü il tarixdə döyüş bölgəsində yerləşən hərbi hissədə xidməti vəzifəsini yerinə yetirən zaman İİ dərəcəli yanıq xəsarətləri almış və bunun nəticəsi olaraq “ürək qandamar” xəstəliyinə tutulması nəticəsində xx xxxxxx 1995-ci il tarixdə kardioloji xəstəxanada vəfat etmiş o ğlu X1 şəhid hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlü yünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4002/2019 nömrəli qərarı ilə (hakim – Ş.Ə.Süleymanova) iddianın rədd edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilirlər. İddiaçının mərhum oğlu xx.xx.1994-cü il tarixində N saylı hərbi hissədə yanıq xəsarətlə ri almış və xx.xx.1995-ci il tarixində xəstəxanada vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum oğlu şəhid hesab olunmur və cavabdehin imtinası qanuni və əsaslıdır.

7. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4002/2019 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-907/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – E.C.Kazımov və R.M.Nəcəfquliyev) ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4002/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan N saylı hərbi hissənin komandirinin Cəbrayıl Rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.1995-ci il tarixli, 596 saylı arayışında göstərilən səbəbdən mərhum X1 “şəhid” hesab edilməsi AR Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şahid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndində nəzərdə tutulmadığından inzibati orqan haqlı olaraq həmin statusun verilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

10. Məhkəmə qərarını iddiaçı xx.x x.2020-ci il tarixində almışdır.

11. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-907/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə iddiaçının mərhum oğlunun xx.xx.1995-ci il tarixində döyüş bölgəsində aldığı xəsarətlərin nəticəsi ilə onun ölümü arasında səbəbli əlaqənin mövcudluğu aşkar olduğu halda apelyasiya instansiyası məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəfləri n münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qərarını lazımi qaydada əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Həmçinin, işin faktiki hallarını tam aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxs məhk əmə iclasında iştirak etməmişər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci maddəsinə əsasən, şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

17. Həmi n Qaydaların 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 18. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında ” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şikayətinin dəlillərində İddiaçının mərhum oğlunun xx.xx.1995-ci il tarixində döyüş bölgəsində aldığı xəsarətlərin nəticəsi ilə onun ölümü arasında səbəbli əlaqənin mövcud olduğunu bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.

26. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən olunmuşdur ki, N saylı hərbi hissənin çavuşu X4 xx.xx.1994-cü il tarixində öz xidməti borcunu yerinə yetirərkən gecə onların çadırına od düşmüş və yanğı n nəticəsində çavuş X4 İİ dərəcəli yanıq almış, həmin vaxt çavuş X4 bərk qorxu keçirmiş, bu isə onun “ürək qan damar” xəstəliyinə tutulmasına səbəb olmuşdur. Çavuş X4 hərbi hissəsinin hospitalından Gəncə şəhər hospitalına göndərilmiş, 3 ay müalicə olunmuş, müalicə olunduğdan sonra hərbi xidmətini davam etdirmişdir. Lakin xəstəliyin tam müalicə olunmaması onu xidmətdən ayırmışdır və o, xəstəliyi ilə əlaqədar məzuniyyətə göndərilmişdir. Çavuş X4 hərbi komissarlığın göstərişi ilə xx.xx.1994-cü ildə kardioloji xəstəxanada müalicə olunmağa başlamış, lakin xəstəliyin ağırlaşması onun müalicəsini qeyri-mümkün etmiş, nəticədə çavuş X3 xx.xx.1995-ci ildə vəfat etmişdir.

27. Göründüyü kimi hazırkı qərarın 16-19-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının mərhum oğlunun ölüm şəraiti qanunvericiliklə “şəhid” statusunun verilməsi nəzərdə tutulmuş hallara aid edilə bilməz.

28. Belə ki, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. İddiaçı oğlu xx.xx.1994-cü il tarixində N saylı hərbi hissədə yanıq xəsarətləri almış və xx.xx.1995-ci il tarixində xəstəxanada vəfat etmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, id diaçının mərhum oğlu “şəhid” hesab olunmur və cavabdeh orqanın imtinası qanuni və əsaslıdır.

29. Eyni zamanda, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçının oğlunun “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtləri n mövcudluğunu sübut edə bilməmişdir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-907/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar