Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1865/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(105)-331/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 06 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul olunmuşdur. Həmin vaxtdan müxtəlif vəzifələrdə çalışmışdır. 2. 24.04.2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 8 saylı region üzrə X2 rəisi vəzifəsinə təyin olunmuşdur. Sonradan struktur dəyişikliyi ilə əlaqədar olaraq 2019-cu ildə X3 Xidmətinin Yevlax regional ərazi şöbəsinin, 2020-ci ildə Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirinin 30 iyun 2020-ci il tarixli, **********8 nömrəli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq, həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən intizam tənbehi qaydasında 30 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş və onunla əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 30 iyun 2020-ci il tarixlli, **********8 nömrəli əmrinin ləğv edilməsi, X3 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş maddi və mənəvi ziyana görə 100000 manat məbləğində təzminatın ödə nilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 06 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul olunmuşdur və Xanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müavinətlər üzrə müfəttiş vəzifəsinə təyinat almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X2 Aparatının əməyin sosial-hüquq və tibbisosial məsələlər üzrə nəzarət sektoruna məsləhətçi-əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 24.05.2011-ci ildə vəzifədə irəli çəkilərək X3 Xidmətinin Aparatının əmək qanunvericiliyinə dövlət nəzarətinin planlaşdırılması, analitik təhlil və operativ nəzarət sektoruna baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 24.04.2017-ci il tarixdə vəzifədə irəli çəkilərək X3 Xidmətinin 8 saylı region üzrə X2 rəisi vəzifəsinə keçirilmişdir. 2019-cu ildə X3 Xidmətində aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 Xidmətinin Yevlax regional ərazi şöbəsinin, 2020-ci ildə isə Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 30 iyun 2020-ci il tarixli, **********8 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsas göstərilərək onunla bağlanmış 24 may 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixdən xitam verilmiş və X3 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdur. Eyni zamanda X3 Xidməti rəisinin 29 iyun 2020-c i il tarixli yazılı məruzəsinə əsasən, dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmrdə öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyi və etik davranış qaydalarını pozduğu iddia olunur. İddiaçı cavabdeh tərəfindən dövlət qulluğuna və onunla bağlanmış 24 may 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız sayır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə, ölkədə tətbiq olunan karantin rejimi müddətində ezamiyyətdə olan işçinin, həmkarlar təşkilatının razılığı olmadan və hər hansı araşdırma aparılmadan intizam tənbehi qaydasında işdən azad olunması yolverilməzdir. İddiaçıya bildirilmişdir ki, feysbuk sosial şəbəkəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini gözdən salan paylaşım etmişdir. Ona qarşı atılan bu if tira qəbuledilməz və qərəzlidir. İddiaçı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, nazir müavinləri Anar Kərimova, Anar Əliyevə və digər rəhbər şəxslərə müraciət edərək ailə vəziyyətini və yaşayış yerinin Abşeron rayonunda olmasını nəzərə alaraq, xidmətin Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən şöbələrindən birinə rotasiya qaydasında keçirilməsini xahiş etmişdir. Nazirliyin cavab məktublarında qanunvericiliyə istinad olunmamış və həmin məktublarla iddiaçıya qarşı qərəzlilik və ayrıseçkilik nümayiş olunmuşdur. Əmək müqaviləsinə xitam verilməklə yanaşı, eyni zamanda karantin rejimində ona verilmiş icazə də nazirlik tərəfindən ləğv edilmişdir. Məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə işçiyə in tizam tənbehi verilə bilməz. İddiaçı Mingəçevir regional ərazi şöbəsinin rəis müavini Məmməd Bayramovun 29 iyun 2020-ci il tarixli, **********7 nömrəli əmri ilə xidməti işlə əlaqədar Bakı şəhərinə ezam olunmuşdur. Ezamiyyətdə olduğu müddətdə, yəni 30 iyun 2020-ci il tarixdə onunla əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı bütün əmrlər və sənədlər real vaxt rejimində X3 Xidmətinin rəisi Fuad Heydərov tərəfindən elektron imza ilə imzalanmış və vaxt möhürü ilə təsdiqlənmişdir. İntizam tənbehi işə götürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, iddiaçı işəgötürən tərəfindən əmrlə tanış edilməmiş və əmrin surəti ona verilməmişdir. Əmrin ksero surəti 1 iyul 2020-ci il tar ixdə X3 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini M.Bayramov tərəfindən iddiaçıya verilmiş və təhviltəslim dövründə əmək kitabçasını almasına dair akt imzalanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya alınan icazə ləğv olunduğuna görə, Mingəçevir şəhərində təcrid həyatı yaşamış və bu səbəbdən əmək kitabçasını ala bilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(118)-227/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi dövlət qulluğu ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
8. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbini n təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2-1(105)-331/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və İlqar Dəmirov ) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(118)-227/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəli lləri
12. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunaraq, şikayətin təmin edilməməsi və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdi yi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keç irilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keç ənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlah iyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə
34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 15. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə
3. Xidməti davranışın hüquqi tənzimlənməsi 3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davra nış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır. Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə
6. Loyallıq 6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəa liyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. 6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. 6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. Maddə 7.1 Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirmə yə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə
9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 23.1 Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
16. Əmək Məcəlləsi: Maddə
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-). Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).
2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və i cra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (-). Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, ha belə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar http://frameworks.e-qanun.az/46/f_46943.html
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarl ar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
17. İnzibati Pr osessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosia l Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamə 5.7.9. Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir.
19. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirinin 26.10.2018-ci il tarixli əmrinə əsasən, nazirliyin yerli bölmələrinin rəhbərlərinin ezamiyyə əmrinin imzalanması yalnız nazirin səlahiyyətlərinə aiddir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Kassasiya şikayəti formal tələblərə uyğundur, lazımi qaydada ə saslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Məhkəmə koll egiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifa yətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı mübahisə iddiaçının dövlət qulluğu vəzifəsindən azad edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır.
26. Belə mübahisələrə baxılması zamanı nəzərə almaq lazımdır ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gə lən tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur.
27. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs həm də qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejiminə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur.
28. Baxılan mübahisəyə münasibətdə iş üzrə materiallar dan görünür ki, iddiaçının əmək müqaviləsinə cavabdehin 30 iyun 2020-ci il tarixli, **********8 nömrəli əmri ilə 30 iyun 2020-ci il tarixindən xitam verilmiş və bu qərarın 14-16-cı bəndlərində nəzərdə tutulmuş normalara istinadən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi zamanı X3 Xidməti rəisinin 29 iyun 2020-ci il tarixli, **********3 nömrəli yazılı məruzəsinə istinad olunmuşdur. Həmin sənəddə qeyd olunur ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı 21 iyun 2020-ci il tarixində özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, nazirliyin sosial sahədə gördüyü işlərin, aparılan islahatların perspektivsiz olduğunu, bunun nazirliyin və xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi ilə bağlı olduğunu, xidmətin fəaliyyətini qeyri-qə naətbəxş hesab etdiyini bildirmiş, xidmətin vəzifəli şəxsləri haqqında böhtan xarakterli ifadələrə yol vermişdir. Xidmət tərəfindən bununla əlaqədar daxili nəzarət qaydasında araşdırma aparılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin müddəalarını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 27.11.2019-cu il tarixli, **********3 nömrəli əmrilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları”nın 2.4-cü bəndində nəzərdə tutulmuş loyallıq (Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz f əaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir) qaydalarını pozmuş və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. İddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü (dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) və 18.0.12-ci maddələrinin tələblərinin (etik davranış qaydalarının) pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında X3 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən onun barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 14-16-cı bəndlərində istinad edilmiş normalara görə intizam tənbehi tədbirinin tətbiqi zamanı cavabdeh diskresion səlahiyyətə malikdir. Belə ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu tərəfindən qeyd olunan normaların tələbləri pozulduqda, onun barəsi ndə həmin normalarda nəzərdə tutulmuş intizam tənbehi tədbirindən biri tətbiq edilə bilər.
30. Göründüyü kimi, qanunverici tərəfindən konkret halda intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı inzibati orqana seçim imkanı, yəni diskresion səlahiyyət verilmişdir. Bununla belə, inzibati orqan intizam tənbehi tədbirinin tətbiqi zamanı konkret işin hallarından çıxış etməyə və diskresion səlahiyyətlərini qanunun məqsədlərinə uyğun həyata keçirməyə borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati məhkəmələr yalnız inzibati orqanın hərəkətlərini diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunması yaxud diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsi baxımından yoxlayır. Məhkəmə tərəfindən inzibati orqanın hərəkətlərinin məqsədəuyğunluq baxımından yoxlanılmasına yol verilmir.
31. Yuxarıda istinad olunan normaların müddəalarına görə, intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. İş üzrə materiallardan görünür ki, dövlət qulluqçularının etik davranış qaydalarını pozduğuna və qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol verdiyinə görə barəsində intizam tənbehi tədbirinin tətbiq olunmasına dair təqdimatla əlaqədar iddiaçı müvafiq izahatın a lınması üçün cavabdeh tərəfindən dəvət edilmişdir. Lakin iddiaçı izahat verməkdən yayınaraq inzibati binadan çıxmış, sonradan 30.06.2020-ci il tarixində, saat 10:42 radələrində ona məxsus 050 ***-**-** mobil nömrəsinə vurulmuş zəng nəticəsində nömrənin bağlı olduğu müəyyən edilmişdir. Daha sonra, 30.06.2020-ci il tarixində, saat 10:45 radələrində Mingəçevir regional ərazi şöbəsinin (02427) 4-41-11 nömrəsinə zəng edilərək şöbə müdirinin müavininə məsələ ilə əlaqədar məlumat verilmiş və iddiaçı şöbəyə gəldiyi halda, cavabdehlə əlaqə saxlamasının təmin edilməsi ondan xahiş edilmişdir. İddiaçı 30.06.2020-ci il tarixində, saat 11:31 radələrində cavabdehə məxsus 055 ***-**-** mobil nömrəyə zəng vuraraq izahat verməkdən imtina etdiyini bildirmişdir. (30.06.2020-ci il tarixli akt. s.180)
32. Bu qə rarın 14-16-cı bəndlərində istinad olunan normalar görə, dövlət qulluğu ilə bağlı həmin Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Qeyd olunmuş həmin normalara görə məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
33. Bununla bağlı nəzərə almaq lazımdır ki, həmin norma qanunvericiliklə müəyyən olunmuş qaydada ezamiyyətə və ya məzuniyyətə göndərilmiş şəxsləri nəzərdə tutur. Başqa sözlə, şəxsin ezamiyyətdə və ya məzuniyyətdə olması normativ qaydalara uyğun rəsmiləşdirilməli, o cümlədən ezamiyyət və ya məzuniyyət bar ədə sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Hazırkı mübahisəyə münasibətdə İddiaçının ezamiyyətə göndərilməsi barədə əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən olunmuşdur.
34. Belə ki, X3 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi olan iddiaçının xidməti işlə əlaqədar 29.06.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək Bakı şəhərinə ezam olunması barədə 29.06.2020-ci il tarixli, ********** nömrəli əmrin surətindən görünür ki, əmr Xidmətin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini tərəfindən imzalanmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə 26.10.2018-ci il tarixli, **********3 nömrəli əmr”dən çıxarışdan görünür ki, nazirliyin yerli bölmələrinin rəhbərlərinin ezamiyyə əmrinin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin səlahiyyətlərinə aiddir.
35. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin 29.06.2020-ci il tarixli, 09 nömrəli məktubunda X3 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair məsələ X1 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir.
36. Beləliklə, iddiaçıya münasibətdə intizam icraatının qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun aparıldığı, iddiaçıya intizam tənbehi tədbirinin tətbiqi zamanı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə və diskresion səlahiyyətlərin qanuni məqsədlərinə uyğun həyata keçirildiyi, iddiaçının dövlət qulluğu vəzifəsindən qanunvericiliyin tələblərinə uyğun qaydada azad edildiyi iş üzrə materiallarla təsdiq olunur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məh kəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(105)-331/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.