Məhkəmə qərarları › İş №2-1(102)-1865/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1865/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1865/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh (xx.xx.1961-ci il təvəllüdlü, FİN: xxxxxxx) qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” barədə tələbinə dair; idd iaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” qarşılıqlı tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1179/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarından ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF Nizami rayon şöbəsinin 1727 nömrəli, 27 noyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh 19 yanvar 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********2 nömrəli, 18 fevral 2021-ci il tarixli qərarı i lə (DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli 2 sentyabr 2020-ci il tarixli məktuba əsasən) Cavabdeh əmək pensiyası dayandırılmışdır. Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2020-xx.xx.2020; məbləğ 233,20 manat olmuşdur.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış **********9 nömrəli 4 mart 2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” bildirişdə qeyd edilmişdir ki, araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyi tibb bacısı vəzifəsi uş aq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrinin orta və kiçik tibb heyətinə uyğun deyildir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2013-cü il tarixindən DSMF Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF-nin Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15937,91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Vətəndaşa artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması təklif olunmuş və əks halda həmin məbləğin qaytarılması üçün qanunvericiliyin tə ləblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, 9266 nömrəli arayışa əsasən, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 20 avqust 1981-ci il tarixdən (əmr № 167/xx.xx.1981) xx.xx.1999-cu il tarixə kimi (əmr № 32 a/xx.xx.1999) psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş 19-cu və 24-cü psixiatrik şöbələrində tibb bacısı vəzifəsində çalışmışdır. Cavabdeh işlədiyi müddət ərzində sağlamlıq üçün xüsusilə təhlükəli ağır olan əmək şəraitində çalışmasına görə hər ay vəzifə (tarif) maaşının 20 faizi miqdarında əlavə haqq ödənilmiş, “Əmək şəraitinə və əmək funksiyasının xarakt erinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən orta tibb heyətində çalışdığı üçün 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmişdir. Cavabdeh xəstəxanada işlədiyi dövrdə əmək fəaliyyətini həyata keçirdiyi tibb bacısı vəzifəsinin güzəştli şərtlərlə pensiya təyin etmək hüququ və güzəştli iş stajının olub-olmamasının təyini DSMF-nin səlahiyyətləri çərçivəsindədir.

5. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 19 may 2022-ci il tarixli 195 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1981-ci il tarixdən xx.xx.1999cu il tarixədək psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş 24-cü, 19-cu, 6-cı şöbələrdə sağlamlıq üçün təhlükəli və a ğır olan əmək şəraitində tibb bacısı vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləği” qərarının 2.2.1 Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr bəndinə əsasən hər ay vəzifə maaşının 20 faizi miqdarında əlavə haqq ödənilmişdir. İşlədiyi müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” Qərarına əsasən Psixiatriya müəssisələrində orta tibb heyətində çalışanl ara 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmiş, ödənilmə aparılmışdır. 167 saylı 22 avqust 1986-cı il tarixli əmrdən çıxarışa əsasən o, 20 avqust 1981-ci il tarixdən 1 nömrəli Ruhi xəstəxanaya 24-cü şöbəyə tibb bacısı vəzifəsinə qəbul edilmiş; 74 saylı 19 may 1986-cı il tarixli əmrdən çıxarışa əsasən 1 nömrəli Ruhi xəstəxanaya 19-cu şöbəyə tibb bacısı vəzifəsinə köçürülmüş; 32-a saylı 3 aprel 1999cu il tarixli əmrdən çıxarışa əsasən 6-cı şöbədə tibb bacısı işləmiş və 1 aprel 1999-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə iddiaçı 9 iyul 2021-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 15.937,91 manat pensiya məbləğinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF-nin Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Cavabdehin işlədiyi tibb bacısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) bəndində göstərilən orta tibb heyəti və kiçik tibb heyətinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2013-cü il tarixindən DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF-nin Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.937,91 manat artıq pul vəsaitinin ödənildiyi müə yyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar yazılı razılığın Filiala təqdim edilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Filiala təqdim olunmamışdır.

8. İddiaçı Cavabdeh 4.10.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü ildən ona təyin olunmuş, lakin xx.xx.2020-ci il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, çalışdığı müəssisədə vəzifəsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Çalışdığı müəssisə və vəzifəsi araşdırılmış, xx.xx.1981-ci ildən xx.xx.1999-cu il tarixədək 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “tibb bacısı” vəzifəsi üzrə fəaliyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun şəkildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd etmişdir ki, ona pensiya təyin olunarkən 52 yaşı tamam olmuşdur. Ümumi iş stajı və güzəştli şərtlərə görə nəzərdə tut ulmuş əmək fəaliyyəti sözügedən pensiya növünün təyin edilməsi üçün ona əsas vermişdir. 2013-cü ildən pensiya təyin olunması üçün müraciət etmiş və həmin ildən də pensiya almağa başlamışdır. Bildirmişdir ki, uzun illər zərərli şəraitdə xəstələrə qulluq etmiş, tibb bacısı kimi işlədiyi xəstəxanada həm böyük, həm də azyaşlı psixi xəstələrlə işləmişdir. İlkin iddia üzrə iddiaçının ondan artıq ödənilmiş vəsaitin tələb edilməsini əsassız hesab etmişdir.

10. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının day andırılması haqqında” **********2 nömrəli 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi, 2013-cü ildən ona təyin olunmuş, lakin 30 noyabr 2020-ci il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

11. İlkin iddia üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi ilkin iddiaya dair yazılı etirazında qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlillərə istinad etməklə, məhkəmədən ilkin iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8354/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddiaçı Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********2 nömrəli, 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh 2013-cü ildən təyin edilmiş və 30 noyabr 2020-ci il tarixindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li Respublika Psixiatriya Xəstəxanasında digər şöbələrlə yanaşı “Uşaq və yeniyetmə Psixiatrik Şöbə”ləri də fəaliyyət göstərir və Cavabdeh həmin Xəstəxanada xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi orta tibb heyətində işləmişdir.

14. Cavabdeh 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş, lakin pensiya ödənişini həyata keçirən inzibati orqan ona əsassız olaraq pensiyanın ödənilməsini dayandırmış və ötən müddət ərzində ödənilmiş pensiyanın geri qaytarılmasını tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən, bu Qanun la təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.

15. Məhkəmə araşdırması zamanı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, ilkin iddia ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məbləğin cavabdehdən alınaraq, ona geri qaytarılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır və bu barədə iddia təmin oluna bilməz.

16. İlkin iddia üzrə iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1179/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.V.Tanrıverdiyev) ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8354/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İlkin iddia üzrə iddiaçı həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.İlk iddia üzrə cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiy i kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur 29. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

30. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabd eh haqlı sayıla bilməz.

31. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqq ında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

32. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1179/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar