Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1865/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraat zamanı nümayəndənin iştirakının mübahisə olunmaması, iddiaçının davranışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə qarşı “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə” qərarın ləğv edilməsi” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(103)-1045/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida məhsulları, meyvə, tərəvəz idxal edir. Cəmiyyətin qanuni təmsilçisi Zeynəb Abdullazadədir. xx.xx.2021-ci il tarixdə ölkəyə idxal etdiyi kartof məhsulu yük avtomobilində gömrük postunu keçərək ölkəyə daxil olmuşdur.
2. Buna qədər iddiaçı 12 sentyabr 2021-ci il tarixdə elektron qaydada cavabdehə müraciət edərək idxal olunacaq ərzaqlıq kartof məhsulunun sertifikatının verilməsini xahiş etmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində kartof məhsuluna qida təh lükəsizliyi sertifikatının alınması ilə bağlı cavabdehə müraciət edilmişdir.
4. Cavabdeh tərəfindən 25 sentyabr 2021-ci il tarixli “məhsul nümunələrinin götürülməsinə dair” akt tərtib edilmişdir. Aktı Z.Abdullazadənin notarial qaydada təsdiq etdiyi etibarnamə əsasında nümayəndəsi iddiaçının adından təmsil etmiş və aktı imzalamışdır.
5. Cavabdeh tərəfindən 5 oktyabr 2021-ci il tarixində AZ-21010603/LAB0321026-T-026 nömrəli sınaq protokolu tərtib edilmişdir.
6. Cavabdeh 7 oktyabr 2021-ci il tarixli 12/FN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə” qərar qəbul edilmişdir.
7. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ölkəyə daxil olmuş kartof məhsulu yük avtomobilində uzun müddət, yəni 14 gün saxlanıla bilmədiyindən, ka rtof məhsulu 4 gün saxlandıqdan sonra satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, qərarın tərtibi zamanı formal tələblərə riayət edilməmiş, qərarın sayı, onun kim barəsində qəbul edilməsi, məhsulun ölkəyə daxil olduğu tarix, nümunənin götürüldüyü tarix bəlli olmamış, həmçinin sınaq protokolu tərtib olunan zaman nümunənin harda, nə vaxt, kimin iştirakı ilə götürülməsinə d air hər hansı bir sübut yoxdur.
10. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sınaq üçün götürülmüş kartof məhsullarında laboratoriya nəticələrinə əsasən karantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar edildiyindən “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” qərar qəbul edilmişdir. Cavabdeh bildirir ki, iddia ərizəsində qeyd olunanlar əsassızdır. Belə ki, iddia ərizəsində sınaq üçün nümunələrin harada, nə zaman və kimin iştirakı ilə götürülməsinə dair sübutların olmamasına istinad edilsə də, “məhsul nümunələrinin götürülməsinə dair” tərtib edilmiş aktda iddiaçının səlahiyyətli nümayəndəsi Gülnarə Abdullayevanın nümunələrin g ötürülməsi zamanı iştirak etdiyi, həmçinin nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etməyə imkan verən məlumatlar, o cümlədən nəqliyyat vasitəsi ilə bağlı məlumat göstərilmişdir. Həmçinin 2021-ci il 25 sentyabr tarixli “mallara (məhsullara) toxunulmaması barədə” aktda nümunələrin götürüldüyü yer ilə bağlı məlumatlar da qeyd edilmişdir. Cavabdeh bildirir ki, iddia ərizəsində qeyd edilən digər əsas olan “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə” qərarına dair formal tələblərin pozulması halı işə əlavə edilən sənədlərdən də aydın olduğu kimi mövcud deyildir.
11. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-3419/2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə əsasən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı imperativ tələb kimi müəyyən edilsə də, məhsuldan nümunənin götürülməsində iştirak edən Gülnarə Abdullayeva iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Belə ki, Gülnarə Abdullayevaya verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə Zeynəb Abdullazadə tərəfindən, iddiaçı müəssisənin qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi verilmişdir. Belə olan halda isə həmin sənəd hüquqi şəxs olan iddiaçı tərəfindən verilmiş etibarnamə kimi, Gülnarə Abdullayeva isə iddiaçının səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, formal hüquqi tələblərin pozulmasına görə inzibati aktın ləğvi həmin pozuntunun qərara təsir etməsi halında mümkün olduğundan və işdə sə lahiyyətli nümayəndənin iştirakının olmaması fərqli qərar qəbul edilməsini istisna etmədiyindən qərar ləğv edilməlidir. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı qəbul etməsinə əsas olan AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda onun məhz iddiaçıya məxsus məhsulun sınağı barədə olmasını göstərən heç bir eyniləşdirici rekvizit yoxdur. Həmçinin iddiaçıya məxsus olduğu iddia edilən məhsuldan nümunələr xx.xx.2021-ci il tarixli akt əsasında götürülsə də, həmin sınaq protokolunda nümunələrin xx.xx.2021-ci il tarixli akt əsasında götürüldüyü qeyd olunmuş, habelə mübahisələndirilən qərarda iddiaçıya məxsus məhsulun sınağına dair cavabdeh tərəfindən təqdim edilən AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokoluna deyil, AZ-21010603/LAB03-21026-T- 026 saylı sınaq protokoluna istinad olunmuşdur, hansı ki həmin sınaq protokolu iş materiallarında mövcud deyil və həmin nömrəli protokolun (sınağın) nəticəsi də məhkəməyə məlum deyil. Belə olan halda isə “Ralstonia solanaceraum”un aşkar edilməsi barədə AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda göstərilən nəticələrin məhz iddiaçının idxal etdiyi məhsuldan götürülən nümunə əsasında əldə edilməsi əsaslı şübhələr yaranır. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə cavabdeh mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirməməklə yanaşı, yaranmış əsaslı şübhələri təkzib edən mötəbər sübutlar təqdim edə bilməmişdir.
13. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2-1(103)-1045/2023 nömrəli qərarı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-3419/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə Gülnarə Abdullayevanın iddiaçı müəssisənin icraçı direktoru kimi tanınmasına istinad edərək “məh sul nümunələrinin götürülməsinə dair” 2021-ci il 25 sentyabr tarixli aktın qanuna uyğun olaraq, yəni iddiaçı müəssisənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərtib edilməsi dəlilinə münasibətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilən 15 dekabr 2021-ci il tarixli qərarda X1 iddiaçı müəssisənin icraçı direktoru kimi qeyd edilməsi, onun hazırki iş üzrə həqiqətən də iddiaçı müəssisənin icraçı direktoru kimi tanınmasına əsas vermir. Belə ki, İPM-nin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hi ssəsində məcburidir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlamış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericilik normalarına və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh qeyd etmişdir ki, Zeynəb Abdullazadə iddiaçı müəssisənin direktoru olduğu üçün o, vəzifəli şəxs hesab edildiyindən və Gülnarə Abdullayevaya cavabdeh tərəfindən aparılan prosess ual hərəkətlərdə Zeynəb Abdullazadəni təmsil etmək üçün şəxsən verildiyindən sözügedən idxal müraciətləri üzrə sənədlərdə Gülnarə Abdullayeva həmin etibarnamə əsasında iştirak etmiş və sənədləri imzalamışdır.
18. Cavabdeh əlavə olaraq qeyd edir ki, məhkəmələrin qeyd etdiyi digər əsas olan iddiaçıya məxsus olduğu iddia edilən məhsuldan nümunələr xx.xx.2021-ci il tarixli akt əsasında götürülməsinə baxmayaraqvhəmin sınaq protokolunda nümunələrin xx.xx.2021ci il tarixli akt əsasında götürüldüyü qeyd olunması halı, həmçinin mübahisələndirilən qərarda iddiaçıya məxsus məhsulun sınağına dair cavabdeh tərəfindən təqdim edilən AZ21010733/LAB03-21026-T-026 saylı sınaq protokoluna deyil, AZ-21010603/LAB03-21026T-026 saylı sınaq protokoluna istinad olunması halı texniki səhvlərlə bağlıdır. Belə ki, id diaçının 23 sentyabr 2023-cü il tarixli idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı elektron müraciətinə və AZ-21010733/LAB03-21026-T-026 nömrəli sınaq protokolun nəzər yetirdikdə aydın olar ki, məhsulların partiya nömrəsi (202121) eynidir. Bununla da müəyyən etmək olar ki, laboratoriyaya təqdim edilmiş nümunələr iddiaçı tərəfindən idxal edilən məhsullardan götürülmüşdür. Sözügedən texniki səhvin aşkar səhv olduğu və qanunvericiliyə uyğun olaraq istənilən zaman düzəldilməsinin mümkün olduğu isə məhkəmələr tərəfindən istisna edilmişdir.
19. Cavabdeh həmçinin bildirmişdir ki, məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmələr mübahisə üzrə nə Zeynəb Abdullazadəni, nə də etibarnamənin verildiyi Gülnarə Abdullayevanı di ndirməmiş, onların izahatlarını almadan yalnız iddia tərəfinin mülahizələrinə əsasən qərar qəbul etmişdir. X4 verilmiş etibarnamə əsası ilə iddiaçı adına cavabdehə müraciətlər etmiş, izahatlar vermiş və sənədlər imzalamışdır. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları" 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(bundan sonra-Agentlik) tərəfindən ve rilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. 2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. 2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. 2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və nuğulnuğyU“ qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. 2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Re spublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası” 3.1. Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (ığanıs) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir. 3.5. Mallar nuğulnuğyU“ qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbayc an Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (nığanıs) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul olunur.Həmçinin yeyinti məhsullarından götürülən nümunələrin tədqiqi (ığanıs) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki laboratoriyalarda aparılır. 3.6. Malların tədqiqinin (nınığanıs) nəticələri protokolla rəsmiləşdirilir. 3.7. Malların tədqiqinin (nınığanıs) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir: 3.7.1. birbaşa təyinatı üçün istifadəyə yararlılığı; 3.7.2. birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsızlığı; 3.7.3. təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlər üçün yararlılığı. 5.1. Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir.
24. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” 5.1. Nümunə götürülməsi, səlahiyyətli orqanın müfəttişləri tərəfindən aparılan baxış və ya ekspertiza üçün nümunə vahidlərinin seçilməsi prosesidir. Yüklərə və ya partiyalara fitosanitar baxış zamanı nümunələrin götürülməsi, seçilmiş vahidi əvəz etmədən aparılır. Aşağıdakı nümunəgötürmə üsullarından istifadə edilir: 5.1.1. əl ilə; 5.1.2. xüsusi texniki avadanlıq və ya vasitələr ilə (mexaniki və yaxud silindrik nümunəgötürücülər, çalovlar, şuplar, sınaq şüşələri, kağız paketlər, zərflər və ya qutular və s.) 6.1. Yüklərin karantin tətbiq edilən zərərli orqanizmlər, eləcə də, təhlükəli zərərvericilərlə yoluxmasının aşkarlanması üçün əvvəlcə nəqliyyat vasitələrinin içərisinə, yəni yükün daşındığı hissələrə və ümumi sahəsinə, qapılara, o cümlədən qablaşdırma və arakəsmə materiallarına və yükün səthinə baxış həyata keçirilir. Müfəttiş ilk növbədə zərərvericilərin rast gəlinməsi ehtimalı yüksək olan yerlərdən,rəlütnüköt) ovuntular, çatlardakı toz yığınları, yarıqlar, nisbətən çox isinən yerlər və s.) nümunələr götür ülməlidir. 6.5. Yüklərdən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməlidir.
25. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istin ad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdi m olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məəhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qərfar qəbul etdiyindən qərar ləğv edilməlidir.
29. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən İran İslam Respublikasından idxal olunması nəzərdə tutulan ümumi çəkisi 23.800 kq olan ərzaqlıq kartof məhsulunda xx.xx.2021-ci il tarixli, AZ-21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokoluna əsasən karantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar olunmuş, həmin kartof məhsulunun Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi qərara alınmışdır
30. İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirərək bildirmişdir ki, 23 sentyabr 2021-ci il tarixdə İran İslam Respublikasından ölkəyə kartof idxal etmişdir, yəni, kartof məhsulu yük avtomobilində həmin tarixdə gömrük postunu keçərək ölkəyə daxil olmuşdur. Cavabdeh müəssisənin əməkdaşlarının sınaq üçün kartof məhsulunu haradan, kimin yanında, hansı maşından götürdükləri iddiaçıya bəlli deyil. Həmçinin, cavabdeh müəssisənin xx.xx.2021-ci il tarixli, AZ-21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokolunun tərtibatı üçün sınaqdan keçirdikləri kartofu haradan almaları da məlum deyil.
31. Apelyasiya məhkəməsinin mövqeyinə görə məhsuldan nümunənin götürülməsində iştirak edən Gülnarə Abdullayeva iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Cavabdeh bununla bağlı məhkəməyə iddiaçının qanuni nümayəndəsi tərəfindən Gülnarə Abdullayevaya verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməni təqdim etsə də, həmin etibarnamədən görünür ki, etibarnamə Zeynəb Abdullazadə tərəfindən, iddiaçı müəssisənin qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi verilmiş dir. Belə olan halda həmin sənəd hüquqi şəxs olan iddiaçı tərəfindən verilmiş etibarnamə kimi, Gülnarə Abdullayeva isə iddiaçının səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz. Cavabdehin mübahisələndirilən qərarı qəbul etməsinə əsas olan AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda onun məhz iddiaçıya məxsus məhsulun sınağı barədə olmasını göstərən heç bir eyniləşdirici rekvizit yoxdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanuni təmsilçisi və təsisçisi Z.Abdullazadə fiziki şəxs kimi öz adından X3 onu təmsil etmək üçün 10 il müddətinə notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Etibarnamədə dövlət orqanlarında təmsil etmə də nəzərdə tutulmuşdur.
33. İddiaçı MMC 12 sentyabr 2021-ci il tarixdə elektron ərizə ilə cavabdehə müraciət edərək İran İslam Respu blikasından idxal etdiyi 23800 kq ərzaqlıq kartofa qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmişdir (səh.67).
34. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin baş məsləhətçisi X6 və İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi kimi göstərilmiş X5 iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ********** nömrəli məhsul nümunələrinin götürülməsi haqqında aktdan görünür ki, İran mənşəli “ərzaqlıq kartof” adlı məhsuldan zərərli orqanizmlərin molekulyar bioloji üsulla (real vaxtda PZR üsulu ilə) təyini məqsədi ilə nümunə götürülmüşdür. Aktı tərtib edənlər öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər (səh.19). 35. 25 sentyabr 2021-ci il tarixdə həmçinin eyni şəxslərin iştirakı ilə mallara toxunmama barədə akt tərtib edilmişdir (səh.72). 36. 4 oktyabr 2021-ci il tarixl i e-Mədaxil qəbzində iddiaçı sınaqların aparılmasına görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutuna 262,71 manat elektron ödəniş etmişdir (səh.78).
37. İddiaçı 4 oktyabr 2021-ci il tarixdə sınaqların aparılmasına görə elektron ödəniş edərkən iddia ərizəsində göstərdiyi dəlilləri ilə bağlı heç bir etirazı, narazılığı, iradı olmasını bildirməmiş, G.Abdullayevaya etibarnamə vermədiyini, G.Abdullayevanın onun nümayəndəsi olmadığını, cavabdeh müəssisənin əməkdaşlarının sınaq üçün kartof məhsulunu haradan, kimin yanında, hansı maşından götürdüklərinin ona bəlli olmadığını bildirməmişdir.
38. İddiaçı 4 oktyabr 2021-ci il tarixdə sınaqların aparılmasına görə elektron ödəniş etdikdən sonra 5 oktyabr 2021-ci il tarixdə cavabdeh sınaq protokolu tərtib etmiş, ərzaqlıq kartof məhsulunda k arantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar olunduğundan həmin kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi qərara alınmışdır.
39. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən 7 oktyabr 2021-ci il tarixdə qərar qəbul edilənə qədər iddiaçı MMC iddia ərizəsində göstərdikləri barədə cavabdehə etirazı olmamışdır. Yəni iddiaçı MMC cavabdehə 12 sentyabr 2021-ci ildə elektron qaydada müraciət etdikdən sonra cavabdeh həmin müraciətlə bağlı icraat apararkən iddiaçı öz adınadan G.Abdullayaevaya etibarnamə vermədiyini, başqa şəxsə etibarnamə verdiyini, kartof nümunəsinin nümayəndəsinin iştirakı olmadan götürülməsini bildirməmişdir. Odur ki, 7 oktyabr 2021-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslar həmin qərar qəbul edilənə qədər bildirilmədiyindən və hətta iddiaçı etirazsız və mübahisəsiz olaraq könüllü qaydada 4 oktyabr 2021-ci il tarixdə sınaqların aparılmasına görə elektron ödəniş etdiyindən iddiaçının dəlilləri və məhkəmənin gəldiyi nəticə əsaslı sayıla bilməz.
40. Məhkəmənin mövqeyinə görə cavabdehin təqdim etdiyi sənədlərdə bir sıra uyğunsuzlar müəyyən edilmişdir və həmin uyğunsuzluqlar cavabdehin qəbul etdiyi inzibati aktın ləğvi üçün əsasdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində sənədlərdə olan qüsurlarla qismən razılaşaraq texniki səhvə yol verdiyini təsdiq etmişdir. Bununla belə cavabdeh apelyasiya şikayətinə əlavə edilmiş sənədlərə istinad edərək laboratoriyaya təqdim edilmiş nümunələrin iddiaçı tərəfindən idxal edilən məhsullardan götürüldüyünü bilirmiş, apelyasiya məhkəməsi həmin sənədləri nəzərə almamışdır.
42. İddiaçı ərzaqlıq kartof məhsuluna sertifikat verilməsi barədə cavabdehə müraciət etməsi, bununla bağlı onu təmsil etmək üçün fiziki şəxs kimi G.Abdullayevaya etibarnamə verməsi, G.Abdullayevanın 25 sentyabr 20221-ci il tarixli məhsul nümunələrinin götürülməsi haqqında akta imza etməsi, 4 oktyabr 2021-ci il tarixdə sınaqların aparılmasına görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutuna 262,71 manat elektron ödəniş etməsi barədə mübahisə açmamışdır.
43. İddiaçı həmçinin iddiasında ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar olunması ilə bağlı cavabdehin hərəkəti barədə mübahisə açmamışdır.
44. Cavabdeh 7 oktyabr 2021-ci il tarixli qərarı qə bul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na əməl etdiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
45. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
46. Məhkəmə kolleg iyası şərh olunanları rəhbər turaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 4 aprel 2023-cü il tarixli 21(103)-1045/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 12/FN nömrəli qərarının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərar qətidir.