Məhkəmə qərarları › İş №2-1(102)-1866/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1866/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1866/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi müddətlərin sığorta stajına hesablanmaqla 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı işlədiyi müddətlərin sığorta stajına hesablanmaqla 5 uşaqlı ana kimi yaşa görə əmək pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-164/2021 nömrəli iş üzrə 02.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı cavabdehin 28.07.2020-ci il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və 03.10.1979-cu – 16.12.1981-ci il tarixədək M.Ə.Sabir adına sovxozda, 28.04.1982-ci ildən – 3 0.09.1993-cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01.11.1993-cü ildən – 31.12.2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi müddətlərin onun sığorta stajına hesablanmaqla ona 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı kimi əvəz olunmasını xahiş etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 19 63-cü il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş, 16 yaşından Sabir adına sovxozda əmək fəaliyyətinə başlamış, 03 oktyabr 1979-cu ildən 16 dekabr 1981-ci il tarixədək M.Ə.Sabir adına sovxozda, 28 aprel 1982-ci ildən 30 sentyabr 1993-cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işləmişdir. Bu illərə dair əmək kitabçasının olmaması isə onun günahı deyil. Əmək kitabçası ona Sabir adına sovxozda əmək fəaliyyətinə başlayarkən açılmalı idi, amma açılmayıb. Amma bu illərə dair sığorta haqqları da sovxoz tərəfindən ödənilib. Buna görə də cavabdehin imtinasını əsassız hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsin in 30.10.2020-ci il tarixli, 2-1(118)-1190/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi 08.10.2020-ci il tarixli, 143/99 №-li arayışında qeyd olan müddətləri sosial sığorta stajına daxil edilərək ona (5 uşaqlı ana kimi) 03.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMFnin Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun un 1.0.1, 1.0.2, 3.1 və 8.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə istinad etməklə belə hesab etmişdir ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək bir inci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(118)-1190/2020 nömrəli qərarının ləğv edilməsini, iddiaçının “yaşa görə pensiyanın təyin edilməsi” tələbinin təmin olunmamasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 02.06.2021-ci il tarixli, 2-1(105)-164/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 21(118)-1190/2020 saylı qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, İddiaçı 03.10.1979-cu ildən – 16.12.1981-ci il tarixədək M.Ə.Sabir adına sovxo zda, 28.04.1982-ci ildən – 30.09.1993-cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01.11.1993-cü ildən – 31.12.2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə iddiaçıya 03.04.2020-ci il tarixdən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 11 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-c i maddəsinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinadən belə hesab etmişdir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-2005-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmaqla 25 ildən çox sığorta stajı topladığını iddia etm işdir. Lakin o, bununla bağlı yalnız arxiv arayışı təqdim etmişdir. İddiaçı bildirmişdir ki, onun adına heç vaxt əmək kitabçası açılmamışdır və bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Halbuki işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Odur ki, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı əsassızdır.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(105)-164/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslərə lazımi qaydada xəbər edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Resp ublikası Konstitusiyası Maddə 38 Bənd

1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd

3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanun Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq su rətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 1979-2005-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmaqla 25 ildən çox sığorta stajı topladığını iddia etmişdir. Lakin o, bununla bağlı yalnız arxiv arayışı təqdim etmişdir. İddiaçı bildirmişdir ki, onun adına heç vaxt əmək kitabçası açılmamışdır və bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Halbuki işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Odur ki, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1 (105)-164/2021 nömrəli qərarı əsassızdır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki həmin dəlilləri əsassızdır.

23. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X2 filialının 29.06.2020-ci il tarixli 40 saylı arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı (Tağıyeva) 26.09.1979-cu il tarixdən M.Ə.Sabir adına sovxoza fəhlə işinə qəbul edilmiş, 16.12.1981-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar işdən azad edilmişdir. 28.04.1982-ci il tarixdə iddiaçı Xəqani adına sovxoza işə qəbul edilmişdir.

24. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X2 filialının 29.06.2020-ci il tarixli 40 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1979-1981-ci illərdə Şamaxı rayonu M.Ə.Sabir adına sovxozda 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 19932005-ci illərdə Quşçu kən d İcra nümayəndəliyində orta məktəbdə xadimə işləmiş və əmək haqqı almışdır.

25. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X2 filialının 08.10.2020-ci il tarixli 143/99 saylı arxiv arayışında qeyd etmişdir ki, İddiaçı 1979-1981-ci illərdə Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 19932012-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə xadimə işləmiş və əmək haqqı almışdır.

26. Münasibətlər yarandığı dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə əsasən arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

27. Həmin dövrdə qüvvədə olmuş “Vətənda şların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

28. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı il ə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

30. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazı lı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

31. Hal hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

32. Bununla yanaşı Ali Məhkəmənin İnzibati Kollegiyası kassasiya şikayətini nəzərdən keçirərkən şikayətdə arxiv arayışları sübut olaraq mötəbərliyini şübhə altına alan heç bir əsaslı dəlilə istinad etmədiyini müəyyən etmişdir.

33. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası arxiv arayışlarının iddiaçının işlədiyi dövrdə iş stajını təsdiq edən sənəd kimi çıxış etməsinin mümkün hesab etməsi ilə yanaşı onların iddiaçının 1979-1981-ci illərdə Şamaxı rayonu M.Ə.Sabir adına sovxozda, 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 1993-2005-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə işləməsi ilə bağlı Milli Arxiv İdarəsi X2 filialının arxiv arayışlarında göstərilən illərin onun sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edərək, iddiaçının 25 ildən artıq sığorta stajına malik olduğunu müəyyən edir.

34. Bununla yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 12.04.2021-ci il tarixli **********6 saylı məktubla sorğuya əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin Sığorta altsistemindən əldə edil ən məlumatlara əsasən sığortaedən Şamaxı RİH Quşçu kənd İcra nümayəndəliyi (SUN:**********9) tərəfindən təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən 01.01.2006-cı il tarixdən 01.01.2012-ci il tarixədək sığortaolunan İddiaçı **********281 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları barədə çıxarışları təqdim etmişdir.

35. Həmin çıxarışda qeyd edilmişdir ki, həqiqətən də, iddiaçı Quşçu kənd İcra nümayəndəliyində işləmiş və 01.01.2006-cı il tarixdən 2011-ci ilin dekabr ayınadək ona ödənilən əmək haqqından hər ay məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur.

36. Eyni zam anda Ali Məhkəmənin İnzibati Kollegiyası hazırkı mübahisə ilə bağlı öz hüquqi mövqeyini bəyan etmək məqsədi ilə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

37. Bu baxımdan da məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə işçinin işə götürəni tərəfindən qanunvericilikdə müəyyən öhdəliklərinin tam və ya hər hansı bir hissəsinin vaxtında və lazımınca yerinə yetirməməsi halı özü-özlüyündə işçinin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin qarşısı alına bilməz.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli 21(105)-164/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar