Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1866/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təkrar doğum haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1642/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Doğum haqqında şəhadətnaməyə əsasən 11 mart 2020-ci il tarixdə Bakı şəhərində İddiaçı1 ilə İddiaçı2 övladı X3 anadan olmuşdur.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 11 mart 2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adının doğum haqqında şəhadətnamədə “Əbülfəzdən” “Əbəlfəzl”ə dəyişdirilməsini cavabdehdən xahiş etmişdirlər.
3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq ərizənin təmin edilməsindən imtina edilmiş və imtinanı bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4. bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların 11 mart 2020-ci il tarixində dünyaya gəlmiş övladlarına “Əbəlfəzl” adı vermək istəsələr də 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən övladlarına heç bir əsas olmadan doğum haqqında şəhadətnamədə “Əbülfəz” olaraq qeyd edilmişdir. Bununla bağlı olaraq, övladının adının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin orqandan verilən xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Adın ata adının və soyadın verilməsinin verilməsi və dəyişdirilməsi qaydalarının” 1.4- cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Göründüyü kimi inzibati orqan tərəfindən verilən imtinanın heç bir hüquqi əsası yoxdur.
6. Bakı İnzibati Məhkəməsi tərəfindən Nəsimi rayon qeydiyyat şöbəsinə və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə sorğu verilərək, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 doğum akt qeydinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilməsi bildirilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi həmin sorğuya cavab olaraq, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 11,03.2020-ci il təvəllüdlü X2 doğumunun xx.xx.2020-ci il tarixdə 1765 nömrəli akt qeydi ilə 1 saylı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. 7. 1 saylı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi sorğuya cavab verərək, X1 adına qeydə alınmış xx.xx.2020-ci il tarixli 1765 saylı doğum haqqında akt qeydinin surətini məhkəməyə göndərmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, valideynlər uşaqlarına ad qoymaqda sərbəst olsa da, bu sərbəstlik mütləq xarakter daşımır, bu zaman dövlətin mənafeyi də nəzərə alınmalıdır. Belə ki, azərbaycan dilində olmayan adların qoyulması məqsədəmüvafiq hesab edilmir. Hazırkı halda da iddiaçının uşağına qoymaq istədiyi “Əbəlfəzl” adı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilməmiş, həmin adın onomastik adlar sistemində “Əbülfəz” adı ənənə vi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu qeyd edilmişdir.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1642/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçılar həmin qərardan kassas iya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladlarına seçilmiş “Əbəlfəzl” adı 2018-ci ildə 8, 2019-cu ildə 9, 2020-ci ildə 12, 2021-ci ildə 9 və 2022- ci ilin ilk yarımilində isə bir Azərbaycan vətəndaşına verilmiş və Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən qeydə alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi onların bu faktla bağlı təqdim etdiyi dəlilə heç bir hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiy mətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışdır.
15. İddiaçılar Azərbaycan Respublikası Konstitusiyasının 25 və 60-cı, “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun 13.1-ci, Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 79 nömrəli qərarına, MPM-in 385 və İPM-in 7.1, 12.1, 12.2, 13, 48.1, 58.7-ci maddələrinə istinad edərək hesab etmişdirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25 Bərabərlik hüququ İ Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V Hüquq və vəzifəl ərlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərə findən həll olunur. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
19. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 297 №-li Fərmanına əsasən, Ailə Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulan müvafiq İcra Hakimiyyəti orqanın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: Bənd 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsi nə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
22. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfində n hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçılar 11 mart 2020-ci il tarixdə dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə dəyişdirilərək “Əbülfəz”i “Əbəlfəzl” kimi qeyd edilməsini tələb edirlər.
29. Ali Məhkəmənin kollegiyası hesab edir ki, cavabdehin imtinası hazırkı qərarın 18ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır.
30. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə valideynlər həmin normanın tələblərinə görə uşağın adının dəyişdirilməsi ilə bağlı qəyyumluq və himayə orqanına müraciət etməli və həmin orqan valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin ərizə müsbət həllini tapandan sonra, iddiaçılar uşağın adının “Əbülfəzdən” “Əbəlfəzl”ə dəyişdirilməsi barədə cavabdehə müraciət edə bilərlər.
31. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən olunur ki, iddiaçılar belə ərizə ilə müvafiq orqana müraciət etməmiş və müsbət cavab almamışdırlar.
32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 17-22 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1642/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.