Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1866/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; müddətin üzrsüz səbəblərdən ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kom issiyasına qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı, Müdafiə Nazirliyinin Hüquq İdarəsi üçüncü şəxs qismində göstərilməklə) “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1510/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə (müddət bərpası barədə ərizəyə) yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiyasına qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı, M üdafiə Nazirliyinin Hüquq İdarəsi üçüncü şəxslər qismində göstərilməklə) “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 31 mart 1993-cü il tarixindən 31 yanvar 1997-ci il tarixinə qədər olan 3 il 10 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər, yəni 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olnduğu üçün ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: N.Abıyev) 2-1(112)-13462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-13462/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 02 may 2023-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
6. İddiaçının vəkili 31 may 2023-cü il tarixində kassasiya şikayəti verərək (elektron kabinet vasitəsi ilə ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1510/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qa ydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
8. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, vəkil X1 02.05. 2023-ci il tarixdə order yazılmasına baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti 31.05 2023-cü il tarixdə, vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür..
9. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə kassasiya şikayətinin müddət ötürülməklə verildiyi onun diqqətinə çat dırılmış, 18 sentyabr 2023-cü il tarixinədək bu nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim ediməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur
10. İddiaçının nümayəndəsi və vəkili M.Abdinov Ali Məhkəməyə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş və qeyd etmişdir ki, səhhətində yaranmış narahatçılıqla bağlı olaraq iş materialları ilə gec tanış olmuşdur. Odur ki, həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət üzürlü səbəbdən ötürülmüşdür.
11. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilən dəlil prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi çıxış edə bilməz. Belə ki, iddiaçının nümayəndəsi və vəkili M.Abdinov müddət bərpası barədə ərizə versə də, səhhətində yaranmış narahatçılığın nədən ibarət olması barədə məlumat verməmiş, nə də səhhətində narahatçılıq yaranması və bu narahatçılığın kassasiya şikayətinin vaxtında verilməsinə maneə törətməsinə dair heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, müddətin bərpası barədə ərizə verən şəxs müddətin buraxılmasına səbəb olmuş halları ərizəsində əsaslandırmalıdır.
12. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1510/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət ü zrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.