Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1866/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, arayış əsasında güzəştli stajın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1680/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1981-ci il tarixdən hal hazırad adək əmək fəaliyyəti ilə məşğuldur.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “Azərbaycan X14” QSC-nin Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta, böyük sahə ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifələrinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2018-ci il tarixdən 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının xx.xx.2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, xx.xx.1981-ci ildən 1985-ci il tarixədək Azərbaycan X14ndə tərsanədə gəmi gövdəsinin seksiyalarının yığılması, nizamlanması və quraşdırılması (4 il 1 ay 19 gün), Cənub rayon X19 idarəsinin Gəmi Təmiri Emalatxanasına anbardar, xx.xx.2003-xx.xx.2014-cü il tarixinədək Gəmi Təmiri Emalatxanasına böyük sahə usta (gövdə təmiri və elektrik qaynaqçısı) qazanxana işləri (8 il 10 ay 20 gün), xx.xx.2014xx.xx.2014-cü il tarixədək Gəmi Təmiri Zavodunda gövdə təmirçisi (6 ay 1 gün) vəzifələrində işləmişdir. Azərbaycan Respublikası “X14" QSC-nin “Bibiheybət Gəmi Təmiri Zavodunun" xx.xx.2021-ci il tarixli, “X14" QSC-nin Xəzər X19nın xx.xx.2022-ci il tarixli, "X14" QSC-nin Zığ Gəmi Təmiri və Tikintisi Zavod unun xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11-ci bölmə 11.6a bəndinə əsasən təmirçi gəmi gövdəçiləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 №-li əlavəsi ilə təsdiq edilmiş Siyahısının Metal emalı 14-cü bəndinin 14.3 b yarımbənd i kod 2150300b-23187 gövdə təmiri elektrik qaynaqçısı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. 7.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən Xəzər X19nın xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arayışında iddiaçının xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta və böyük usta, xx.xx.2014-cü il tarixindən bu günədək Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi usta, böyük usta, mühəndis və mühəndis-texnoloq vəzifələri Siyahıda və arayışda adıçəkilən müəssisə tərəfindən istinad olunan qazanxana işləri ilə məşğul olan ustalar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 19 gün (xx.xx.1981- xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “15 fevral 2021-ci il tarixdən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-10064/2022 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati M əhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-1(112)-10064/2022 saylı qərarı ilə (hakim X2) iddiaçıya xx.xx.2021-ci il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur, 60 yaşının tamam olduğu tarixə, habelə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövr və ali təhsili aldığı dövr də nəzərə alınmaqla 25 ildən çoxdur, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.2003-xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixlərdə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Eyni zamanda iddiaçının xx.xx.2003-xx.xx.2014-cü il tarixlərdə “Azərbaycan X14” QSC-də işlədiyi vəzifələr Azər baycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”na uyğundur.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1824/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X6 və X7) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-1(112)-10064/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2553/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X1 və X3) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1824/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiy a instansiyası məhkəməsi iddiaçının qanunla tələb olunan yaş həddini, ümumi və güzəştli iş stajlarını nəzərə alsa da, fərdi hesabın sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə bağlı hər hansı araşdırma apardığına dair məlumat işdə yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməyib. Halbuki, işin bu halı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Həm də nəzərə alınmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduqda, o, əmək fəaliyyətini davam etdirdiyindən, bununla da pensiya kapitalının zəruri həddə toplanması və ya yeni qanunla həmin şərtin ümumiyyətlə aradan qalxması halları nəzərə alınmaqla, iddiaçının ərizəsinə əsasən, ona güzəştli şərtilərlə yaşa görə əmək pensiyası həmin halların baş verdiyi vaxtdan təyin oluna bilər. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1680/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X10 və X12) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-1(112)-10064/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az ol mayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bu şərt də ödənilir.
20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
22. Kassator bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 4 il 7 ay 19 gün təşkil edir. İddiaçının işlədiyi böyük sahə ustası (gövdə təmiri və elektrik qaynaqçısı) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş vəzifələrlə uyğunluq təşkil etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmi n işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onu nla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Kassasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə yeganə mübahisə edilən hal iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Hesab edilir ki, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Gəmi Təmiri Emalatxanasında böyük sahə ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 y anvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş vəzifələrlə uyğunluq təşkil etmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.
35. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan X14” QSC Xəzər X19nın təqdim etdiyi xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2001-ci il tarixində Cənub rayon X19 İdarəsinin Gəmi Təmiri Emalatxanasına (GTE) anbardar vəzifəsinə (xx.xx.2001-ci il tarixli 10-k nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.2003-cü ildən xx.xx.2014-cü il tarixinədək GTE-nin böyük sahə ustası (gövdə təmiri və elektrik qaynaqçısı) (xx.xx.2003-cü il tarixli 141-k nömrəli əmr), böyük usta vəzifələrində işləmiş və işlədiyi müddətdə tam iş günü ərzində, qaynaqçı sexində qazanxana işləri ilə məşğul olmuşdur. xx.xx.2014-cü il tarixində GTE-yə (Qaradağ sahəsi) 12-ci dərəcəli mühəndis vəzifəsinə (xx.xx.2014-cü il tarixi: 250-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndistexnoloq vəzifəsində çalışır. Onun işlədiyi usta, böyük usta vəzifələri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü bəndinin (Metal emalı) 14.3 “b” yarımbəndi (kod: 2150300b-23187) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir.
36. Eyni zamanda iş materiallarından görünür ki, iş birinci dəfə apelyasiya instansiyası məhkəməsinin icraatında olarkən məhkəmə “Azərbaycan X14” QSC Xəzər X19na sorğu ünvanlayaraq iddiaçının xx.xx.2003-xx.xx.2014-cü il tarixlərdə “Azərbaycan X14” QSC- də Gəmi Təmiri Emalatxanasında böyük sahə ustası (gövdə təmiri və elektrik qaynaqçısı) vəzifəsinin güzəştli şərtlərlə (Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının istinad olunan yarımbəndində (11.6) nəzərdə tutulan vəzifələr) nəzərdə tutulan qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi ilə uyğunluq təşkil edib-etməməsi, yəni həmin işlərin oxşar xarakterli işlər olubolmaması barədə ətraflı arayışın verilməsini tələb etmişdir. 37. “Azərbaycan X14” QSC Xəzər X1925 may 2023-cü il tarixli məktubla apelyasiya instansiyası məhkəməsinə bildirmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixindən Xəzər X19nın Gəmi Təmiri Emalatxanasında (Zığ sahəsi) anbardar, xx.xx.2003-xx.xx.2014-cü il tarixinədək böyük sahə ustası (gövdə təmiri v ə elektrik qaynaq sahəsi), böyük usta (qaynaqçı sexində) vəzifələrində işləmişdir və işlədiyi müddətdə tam iş günü ərzində, qaynaqçı sexində qazanxana işləri ilə məşğul olmuşdur. xx.xx.2014-cü il tarixində GTE-yə (Qaradağ sahəsi) 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndis texnoloq vəzifəsində çalışır. Onun işlədiyi usta, böyük usta vəzifəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11-ci (Metal emalı) bölməsinin 11.6 bəndinin "b" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 N-li əlavə ilə təsdiq verilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 14-cü (Metal emalı) bölməsinin 14.3 "b" yarımbəndi (kod: 2150300b-23187) ilə müəyyən verilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliy in göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
39. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətlənd irərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1680/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.