Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1867/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 14.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazi rliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-893/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2006-ci ildə X13 Orsk filialına qəbul olmuş (qiyabi forma) və 2012-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmiş, ona X9 Hüquq İnstitutunu “hüquqşünaslıq” ixtisası üzrə bitirməsinə dair xx.xx.2012-ci il tarixdə KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplom verilmişdir.
2. X6 X16 “hüquqşünaslıq” ixtis ası üzrə bitirməsinə dair xx.xx.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli Q-471/04ANİ nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.2013-cü il tarixli ərizəsinə baxılmış, X20 tərəfindən adına verilmiş xx.xx.2012-ci il tarixli KB 56704 saylı ali təhsil haqqında sənəddə tədrisin müddəti 2006-2012-ci illər qeyd olunmaqla hüquqşünaslıq ixtisası üzrə qiyabi formada təhsil aldığı bildirilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, X13 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani 5 il, qiyabi 1 il artıq) iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının adına X20 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli KB 56704 saylı diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X9 Hüquq İnstitutunu “hüquqşünaslıq” ixtisası üzrə bitirməsinə dair xx.xx.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-ci ild ə X13 Orsk filialına (qiyabi forma) qəbul olmuş və 2012-ci il tarixdə həmin təhsil müəssisəni bitirmişdir. X5 Hüquq İnstitutu tərəfindən ona “hüquqşünas” ixtisası üzrə xx.xx.2012-ci il tarixli KB 56704 saylı diplom verilmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, diplomun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəldiyindən cavabdeh tərəfindən imtina edilməsi əsassızdır.
6. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, təqdim etdiyi diplomun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Eks pert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X9 Hüquq İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qısa müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X18) xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-762/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə diplomun tanınmasından imtina edilməsi üçün nəzərdə tutulan əsaslar olmadığından, həmçinin Qaydaların 3.7-ci maddəsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdehin imtinası formal tələblərə əsaslandığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X14-məruzəçi, X17 və X10, 2-1(103)-1393/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarını ləğv etmiş və iddia tələbini təmin etməmişdir.
11. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2003-cü ildən Rusiya vətəndaşı olaraq RF Orenburq vilayətini n Yasnıy rayonunda qeydiyyata alınmış, xx.xx.2008-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İddiaçıya xx.xx.2011-ci ildə P4269129 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportu verilmişdir. İddiaçı barəsində sərhədkeçmə məlumatına əsasən onun 2011-2012-ci illəri əhatə edən tədris illəri ərzində qiyabi təhsil forması üçün nəzərdə tutulan hər il üzrə aylıq tədris müddətinə uyğun olan təhsil alma davamiyyəti (RF olma müddəti) müəyyən olunmur. Belə ki, 2011-ci tədris ilində onun RF olma müddəti 1 gün (02 iyun), 2012-ci tədris ilində 10 gün (16-27 iyun) təşkil etmişdir. Belə olan halda onun tərəfindən diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsəməsi istisna edilir.
12. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından kasasiya şikayəti verərək l əğv edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat
13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X3-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X11 2-1(102)-3005/19 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1393/19 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.
14. Kasasiya instansiya məhkəməsi hesab etmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bu nunla bağlı hansı meyarların rəhbər tutulduğu aydın deyildir. Təkrar apelyasiya baxışı zamanı müddətin yetərliliyinə iddiaçının qiyabi formada təhsil alması, semestr müddətləri və s. konkret meyarlar nəzərə alınmaqla əsaslandırılmış qiymət verilməlidir. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X8-məruzəçi, X12 və X15, 2-1(103)-893/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin şikayətini təmin etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını ləğv etmiş və iddia tələbini təmin etməmişdir.
16. Apelyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,52 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir (5.5-ci bənd); tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər (8.7.4); əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o c ümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir (8.7.5); təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir (8.7.6); hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq) (8.7.7); ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir (8.7.8). Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Lakin iddiaçı 2011-ci ildə cəmi 41 dəqiqə, 2012-ci ildə isə 11 g ün Rusiya Federasiyasında olmaqla, qiyabi təhsilin müddəti ilə bağlı tələb onun tərəfindən yerinə yetirilməmiş olmuşdur.
17. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Kasasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
19. Kasasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixədək Rusiya Federasiyası vətəndaşı olmuş, Orenburq vilayəti Yasnıy rayonu, Asbestikov küçəsi ev 1, mənzil 23 ünvanında yaşamışdır. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığını yalnız xx.xx.2011-ci il tarixdə almışdır. Belə olan halda isə imtinada qeyd olunduğu kimi giriş-çıxışına münasibət təhsilin sonuncu ilinə təsadüf edir. Deməli iddiaçının həmin tarixdən xx.xx.2012-ci ilədək olan müddət ərzində yalnız əvvəllər vətəndaşı olduğu ölkəyə gediş-gəlişinə Təhsil Nazirliyi tərəfindən münasibət bildirilə bilərdi. Daha əvvəllər Rusiya Federasiyası vətəndaşı olan və orada yaşayan şəxsə gedişgəlişlə bağlı qiymət v erə bilməzdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Təhsil haqqında” Qanun: Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
24. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”: 8.27-8.28-ci bəndlər. Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edi lməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2ci bəndinə əsasən, qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdiri lir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında x xxxx 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respubl ikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndi nə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
31. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. İddiaçının əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
36. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilini əsaslı hesab etmir.
37. İddiaçıya məxsus 2012-ci ildə verilən diploma əsasən o, X5 Hüquq İnstitutunu hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəni bitirmişdir.
38. Ap elyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qiyabi təhsil dövründə sessiyalar zamanı ali təhsil ocağının yerləşdiyi Rusiya Federasiyasında bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən iddiaçının təhsil dövrü müddətində sessiyalar zamanı təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır.
39. Azərbaycan Respublikasının qanunvericiliyinə görə qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur.Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
40. İşdə olan sənədlərlə iddiaçının q iyabi təhsil forması üzrə həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər il 32 həftəlik tədris dövrü ərzində təhsil aldığı şəhərdə olması sübuta yetməmişdir.
41. Nəticədə iddiaçının X5 Hüquq İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, diplomlar o halda tanınır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsil i davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
43. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının aldığı təhsilin məzmunu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlməmişdir.
44. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
45. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-893/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.