Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1867/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçunun təminat xəcliyinin hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1 oğlunun, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “2008-ci ilin 20 sentyabr tarixindən 2013-c ü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsi daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-349/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun pensiyasının 5 il ərzində xidmət etdiyi əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsi daxil olunmaqla pensiyasının yenidən hesablanıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir.
2. Cavabdeh 08 noyabr 2019-cu il tarixli, 12/3424 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək yeni məlumat vərəqəsinin təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, “2008- ci ilin 20 sentyabr tarixindən 2013cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsi daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 14 sentyabr 1995-ci il tarixdən hərbi qulluğa Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargahının maliyyə hissəsinin rəis köməkçisi vəzifəsində başlamışdır. 30 sentyabr 1996-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvəl ərin Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunmuş və ştat dəyişikliyi ilə əlaqədar olaraq 19 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (aparatın) maliyyə hissəsinin rəisi vəzifəsinə, 05 iyun 2000-ci il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin inspektoru vəzifəsinə, 09 noyabr 2003-cü il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin baş inspektoru vəzifəsinə, 20 sentyabr 2008-ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarət - Təftiş şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin oktyabr ayından 4 il ərzində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsini icra etmişdir. 27 iyun 2013-cü il tarixdə Müdafiə nazirinin müvafiq əmr i ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 27 dekabr 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X2 Maliyyə-Plan şöbəsinin Nəzarət-Təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 21 dekabr 2015-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin pensiya təminatı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət Təftiş şöbəsinin rəis i- idarə rəisinin müavini vəzifəsi ilə deyil, Naxçıvan MR X2 Maliyyə Plan şöbəsinin Nəzarət-Təftiş bölməsinin rəisi vəzifəsinin maaşı ilə hesablanmış və «usta» məharət dərəcəsi nəzərə alınmamışdır.
5. Cavabdehin təqdim etdiyi i ddia ərizəsinə etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2-1(118)-79/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yeni məlumat vərəqəsinin verilməsinə dair əvvəlki iddia tələbinə münasibətdə yuxarı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində bir ildən az müddətdə xidmət etmiş, eləcə də həmin vəzifədən başqa vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsaslı olmuşdu r. Bundan başqa, iddiaçıya Müdafiə nazirinin müavini – X3 Komandanının 23 dekabr 2015-ci il tarixli, 0117 nömrəli əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Bu səbəbdən də DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilmiş “Məlumat vərəqi”ndə düzgün olaraq məharət dərəcəsinə görə əlavə məlumat iddia edildiyi kimi “usta” məharət dərəcəsinə görə deyil, məhz 1-ci məharət dərəcəsinə görə pul əlavəsi haqqında məlumat öz əksini tapmışdır.
8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-349/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2-1(118)-79/2021 saylı qərarı qismən – “usta” məharət dərəcəsi daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, «usta» məharət dərəcəsi daxil olunmaqla pensiyanın yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi hissəsində eyni predmet üzrə tələbə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, həmin tələbin qanuniliyinə məhkə mə qərarı ilə hüquqi qiymət verildiyindən, bu tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, iddia bu hissədə mümkün sayılmamalıdır.
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-349/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(118)-79/2021 saylı qərarı “2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb müv afiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsinə” dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iş materiallarında olan sübutlar və işin araşdırılmış halları əsasında iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinin tələblərini pozmuş, işə baxarkən bütün halla rı tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Bu prosessual pozuntu isə məhkəmənin iş üzrə düzgün olmayan qərar qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
16. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. təminat xərcliyi (pul tə minatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalış dıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» Bənd
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular- Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı 20 sentyabr 2008-ci il tarixdə Maliyyə İdarəsinin Nəzarət təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2009-cu ilin oktyabr ayından Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsini icra etmiş, 27 iyun 2013-cü il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 27 dekabr 2013-cü il tarixdə isə bir neçə pillə aşağı vəzifə olan Naxçıvan MR X2 Maliyyə-plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəs inə təyin edilmiş və 21 dekabr 2015-ci il tarixdə həmin vəzifədən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə müvafiq olaraq (öz arzusu ilə) Silahlı Qüvvələrin sıralarından, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
24. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və «usta» məharət dərəcəsi daxil olunmaqla yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İ qtisadi Məhkəməsinin 2-1(85)-226/2017 saylı, 13 mart 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşı və «usta» məharət dərəcəsi daxil olunmaqla pensiyanın yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-12/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-1(102)1213/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 12/2018 saylı iş üzrə 26 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində bir ildən az müddətdə xidmət etmiş, eləcə də həmin vəzifədən başqa vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsaslı olmuşdur. Ona görə də, apellyasiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün n əticəyə gəlmişdir.
25. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırkı iş üzrə iddiaçı Maliyyə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət keçdiyi zaman aldığı vəzifə maaşına uyğun olaraq pensiyanın yenidən hesablanması barədə məlumat vərəqəsinin verilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının daha az maaşlı vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsa slı olmuşdur. Ona görə də, apelyasiya instansiyası məhkəməsi bu hissədə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
27. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
28. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kass asiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-349/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.