Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1867/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2236/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 25 may 2021-ci il tarixli, **********9 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3411/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseyn ov) iddia təmin edilmiş və iddiaçıya 65 yaşının tamam olduğu 21 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2236/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və C.A.Yusifov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan poçt xəbərnaməsindəki qeydlərə görə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3411 /2022 saylı, 07 fevral 2022-c i il tarixli qərarı cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixində təhvil alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən imzalanmış apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 29 aprel 2022-ci il tarixdə daxil olmuş və bununla da qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət buraxılmışdır. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir.
6. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
7. Bakı İnzibati Məhkəməsinin qərarı 07 fevral 2022-ci il tarixdə qəbul edilsə də, cavabdeh orqana 28 mart 2022-ci il tarixdə çatdırılmışdır.
8. Həmin qərardan, yəni 28 mart 2022-ci il tarixdə cavabdehə çatdırılmış Bakı İnzibati Məhkəməsinin qərarından 26 aprel 2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.
9. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunvericiliklə tələb olunan 30 gün müddətində verilmiş və apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessu al Məcəllə (İPM) Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır.
15. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3411 /2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
16. İş üzr ə iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsi səbəbi ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət cavabdeh tərəfindən ötürülmüşdür.
18. Məhkəmə kollegiyası iş üzrə materiallara istinadən apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan poçt xəbərnaməsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3411 /2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarının cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixdə təhvil alındığını qeyd ets ə də, "xxxx" MMC-nin elektron sistemindən təqdim olunmuş məlumatlara əsasən cavabdehin birinci instansiya məhkəməsinin qərarını 28 mart 2022-ci il tarixdə təhvil aldığı, 27 aprel 2022-ci il tarixdə isə həmin qərardan apellyasiya şikayəti verdiyi müəyyən olunmuşdur.
20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməmişdir.
21. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2236/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün yenidən həmin məhkəməyə göndərilir. Qərar qətidir.