Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1867/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; rəngsazlar, mütəxəssislər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni xx.xx.2021-ci il tarix dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-876/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur (2 il 27 gün).
2. Həmçinin iddiaçıya məxsus 18 may 1984-cü il tarixli diplomda qeyd edilənlərə əsasən 1979-cu ildə Bakı Neft Texnikumuna daxil olmuş və 1984-ci ildə neft və qaz çıxarılması ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona neft-texniki ixtisası verilmişdir (4 il 7 ay 27 gün).
3. İddiaçıya məxsus x x.xx.1984-cü il tarixli əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək “Xəzərdənizneftqazçıxarma” İB-də çilingər, mühəndis (21 il 4 ay 22 gün), xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək "xxxx" Birgə Müəssisəsində 3-cü dərəcəli, 4-cü dərəcəli boyaçı (3 il 6 ay 25 gün), xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək işsizlik statusu (5 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli boyaçı (2 il 5 ay 22 gün), xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək "xxxx" MMC-də rəngsaz (3 ay 2 gün), xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli, 5-ci dərəcəli, 6-cı dərəcəli boyaçı (4 il 9 gün), xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək “X4 və Ticarət Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayə ndəliyində rəngsaz işləmiş (1 il 7 ay), xx.xx.2020-ci ildən "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli boyaçı vəzifəsində işləyir.
4. X2 xx.xx.2021-ci il tarixli güzəştli iş stajı barədə arayışından və məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı "xxxx" BM-in layihələrində boyaçı peşəsində çalışmışdır. X5 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi olmuşdur: xx.xx.2005-xx.xx.2009-cu ilə qədər X2 AZF-058 layihəsində boyaçı peşəsində 03 il 06 ay 25 gün (üç il altı ay iyirmi beş gün) çalışmışdır; xx.xx.2011xx.xx.2013-cü ilə qədər X2 AZF081 layihəsində boyaçı peşəsində 02 il 05 ay 22 gün (iki il beş ay iyirmi iki gün) çalışmışdır; xx.xx.2014-xx.xx.2018-ci ilə qədər X2 AZF-086 layihəsində boyaçı peşəsində 04 il 09 gün (dörd il doqquz gün) çalışmışdır; xx.xx.20 20-ci il tarixdən hal-hazıra qədər X2 AZF-100 layihəsində boyaçı peşəsində 1 il 5 ay 24 gün (bir il beş ay iyirmi gün gün) çalışmışdır. xx.xx.2022-ci il tarixinə cəmi 11 il 6 ay 25 gün (on bir il altı ay iyirmi beş gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və həmin qərarın 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. 5. “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin layihəsində rəngsaz peşəsində çalışmışdır. Onun “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin layihəsində rəngsaz peşəsində 01 il 06 ay 29 gün çalışmışdır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
6. İddiaçı 19 oktyabr 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmi şdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının 15 avqust 1984-cü il tarixli əmək kitabçasında və “Azfen" Birgə Müəssisəsinin ona dair 10 avqust 2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında onun xx.xx.2005-ci il tarixindən bu günədək adıçəkilən müəs sisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin ona dair yuxarıda qeyd olunan arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq məlumatlar iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 25 yanvar 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. İddiaçı 1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə qədər Bakı Neft Texnikumunda "neft texniki" ixtisası üzrə əyani təhsili almışdır. Göründüyü kimi istər onun təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, o həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin, ona əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Beləliklə, onun xx.xx.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən artıq ümumi iş stajı mövcuddur. Bundan əlavə, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2-ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün onun xx.xx.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, o, 1992-ci il tarixdən 2001-ci il tarixədək “Azərneft” İB-də usta, mühəndis, təmirçi-çilingər vəzifələrində çalışmışdır. "xxxx" Birgə Müəssisəsinin AZF-2021/35K nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, o, cəmi 11 il 0 ay 19 gün həmin müəssisədə boyaçı vəzifəs ində çalışmış və hal-hazırda da həmin vəzifədə çalışır. “X4 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli güzəştli arayışından da görünür ki, o, həmin şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində rəngsaz vəzifəsi üzrə 1 il 6 ay 29 gün çalışmışdır. Göründüyü kimi o, 25 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 il 6 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə də, cavabdehin imtina məktubu əsassız hesab olunmalı və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları:
10. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iş materiallarından da aydın olduğu k imi iddiaçının "xxxx" BM şirkəti və X4 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövrlərdə əmək funksiyalarını icra edərkən tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edilməsinə dair məlumat, müəssisələr tərəfindən təqdim edilmiş güzəştli iş stajına dair arayışlarda öz əksini tapmamışdır. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək güzəştli iş stajı mövcud olmadığından ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 11. “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 045/22 nömrəli məktuba əlavə edilmiş xx.xx. 2022-ci il tarixli, 172 nömrəli və xx.xx.2022-ci il tarixli, 189 nömrəli güzəştli arayışlarından görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Sumqayıt EP300 X1 layihəsində rəngsaz peşəsində 1 il 6 ay 29 gün çalışmışdır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə və “Bina, qurğu və digər obyek tlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) “mütəxəssislər” bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Onun işlədiyi maddələrin tərkibi: N-butil asetat; Ksilen; Etilbenzin; Hidrokarbonlar; Nafta (benzin) hidrogen təsirli; Hekzanoik-2 etil, çinko duzu.
12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında 04 mart 2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19001,79 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 52384,49 manat olmaqla, cəmi pensiya kapitalı 71386,28 manat təş kil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 23 il 4 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19001,79 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 52384,49 manat pensiya kapitalı qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5581/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş yerlərindən verilmiş ətraflı arayışlardan görünür ki, iddiaçının xx.xx.2005-xx.xx.2009; xx.xx.2011-xx.xx.2013; xx.xx.2014-xx.xx.2018 və xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci ilədək "xxxx" Birgə Müəssisəsində və xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Sumqayıt EP-300 X1 layihəsində işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə uyğundur.
15. Bundan əlavə, təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının rəngsaz kimi işlədiyi “ksilen; etilbenzin” maddələri “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (TEH)”ndə nəzərdə tutulmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər dörd halın mövcud olması, yəni qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatması, 25 ildən çox (38 il 10 ay 22 gün) ümumi iş stajına, o cümlədən 12 il 6 aydan (12 il 7 ay 1 gün) çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olması və onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulması və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayışların təqdim edilməsi, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci ildən güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız hesab edilməklə iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-876/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti işin hallarına və iddiaya dair etiraza uyğun tərtib edilmişdir.
22. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına ma lik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qəra rı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 35-ci bənd - “Ümumi peşələr”, “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar”.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
31. İddiaçının pensiya yaşına çatması, ümumi staja və tələb edilən pensiya kapitalına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir.
32. Cavabdehin əsas dəlili "xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair verdiyi 10 avqust 2021-ci il tarixli, AZF-2021/35K nömrəli arayışında onun xx.xx.2005-ci il tarixindən bu günədək adıçəkilən müəssisədə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasından ibarətdir.
33. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, iddiaçının işlədiyi X2 xx.xx.2021-ci il tarixli, AZF-2021/49/K nömrəli və məhkəməyə ünvanlanmış AZF2022/242/L №-li, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçı hal-hazırda Azfen BM-in X3 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boyaçı peşəsində çalışır. Onun Azfen BM-in layihələrində xx.xx.2005-xx.xx.2009; xx.xx.2011xx.xx.2013; xx.xx.2014-xx.xx.2018 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur. Boyaçının əsas əmək funksiyaları: - Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və e stetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, şüşə qırıntıları əlavə olunmuş epoksid mastik boyaların, sinkle zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-üzvi sinklə zənginləşdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafiq xüsusiyyətləri bilmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq. - Boyadılan səthlərin lazımi keyfiyyətdə saxlamaq və ehtiyac olduqda təmir etmək. - Boya işlərinin həcmi, yeri haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tanımaq, onlardan düzgün istifadə etmək. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-cİ il tarixli, 12 saylı Qərarın 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
34. Həmin məktublara əlavə edilmiş Azfen BM ilə BP Exploration (Caspian Sea) Ltd. Arasında sağlamlıq üçün təhlükəli maddələr haqqında qiymətləndirmədə qeyd edilir ki, sağlamlığa təhlükəli maddələr: ksilen; etilbenzin. karbohidrogenlər, C9, aromatiklər, (<0,1%Benzin), b utan-1-yağ; n-Butil asetat. Sikloheksanon. 1-metoksi-2-propanol. İş fəaliyyəti emalatxana daxilində boya püskürtmə. Riskin dərəcəsi - orta.
35. Odur ki, iddiaçının iş yerlərindən verilmiş ətraflı arayışlara əsasən iddiaçının xx.xx.2005-xx.xx.2009; xx.xx.2011-xx.xx.2013; xx.xx.2014-xx.xx.2018 və xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci ilədək "xxxx" Birgə Müəssisəsində və xx.xx.2018-xx.xx.2020-ci ilə qədər “X4 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Sumqayıt EP-300 X1 layihəsində işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarın 35-ci maddəs ində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndinə uyğundur. Bundan əlavə, təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının rəngsaz kimi işlədiyi “ksilen; etilbenzin” maddələri “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (TEH)”ndə nəzərdə tutulmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir.
36. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi stajı 25 ildən, güzəştli stajı isə 12 il 6 aydan çoxdur.
37. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 1 9.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
38. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
39. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.
40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 apre l 2023-cü il tarixli, 21(103)-876/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.