Məhkəmə qərarları › İş №2-1(102)-1867/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1867/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1867/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1420/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 43 saylı mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi, yeni çıxarışın verilməsini xahiş etmişdir.

2. İddiaçının müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqlar ın dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin onun adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1996-cı il tarixdə X3 iddiaçının mərhum həyat yoldaşı X4 tərəfindən alınmışdır. Mərhum həyat yoldaşı Kamil Quliyev Bakı qeydiyyatı olmadığı üçün mənzili özünə rəsmiləşdirə bilməmişdir. Buna görə də ünvan 2 ünvanında yerləşən mənzili ailəyə yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun qohumu Babaşova Rəna Rəsul qızının adına rəsmiləşdirmişdir. Çünki həmin vaxt Babaşova Rəna Rəsul qızı Bakı qeydiyyatı idi. Həmin mənzil 1996-cı ildən bu günə kimi istifadələrində olmuş, Rəna Babaşova heç vaxt həmin mənzildə yaşamamış və təsərrüfat fəaliyyəti ilə məşğul olmamışdır. Lakin iddiaçının mərhum həyat yoldaşı xx.xx.2016-cı ildə vəfat etdikdən sonra onun vərəsəsi olaraq İddiaçı həmin evə sahiblik və istifadə edə rək mülkiyyət hüquqlarını reallaşdırmış və mərhum həyat yoldaşı Kamil Quliyevin vərəsəsi olduğunu təsdiq edən “Qanun üzrə Vərəsəlik Hüququ haqqında” Şəhadətnamənin surətini də hazırkı ərizəyə əlavə edir.

5. Həmçinin bütün qonşular tərəfindən də sözügedən mənzilin mülkiyyətçisi kimi iddiaçı və mərhum həyat yoldaşı tanınmış, hətta bu barədə qonşular tərəfindən AKT da tərtib edilmişdir və həmin aktın surətini də hazırkı iddia ərizəsinə əlavə edir. Bu günə kimi bütün kommunal ödənişlər mərhum həyat yoldaşı və iddiaçı tərəfindən ödənilmişdir.

6. Son zamanlar Babaşova Rəna Rəsul qızı iddiaçının ailəsi tərəfindən ona göstərilmiş etibar və etimaddan, həmçinin ünvan 2 ünvanında yerləşən mənzili üzərindəki formal mülkiyyət hüququndan istifadə edərək əsassız iddialar irəli sürmüşdür. Lakin həmin mənz ilin qanunu sahibi iddiaçıdır, Rəna Babaşova heç vaxt həmin mənzildə yaşamamış, mənzili aldıqları ildən, yəni 1996-cı ildən bu günə kimi həmin mənzildə iddiaçının ailəsi yaşamışdır və ünvan 2 ünvanında yerləşən mənzilin dəyəri olan 15000000 (on beş milyon) manat məbləğində pul vəsaiti də iddiaçının mərhum həyat yoldaşı Kamil Quliyev tərəfindən xx.xx.1996-cı ildə həmin mənzilin satıcısı və keçmiş mülkiyyətçisi olmuş Vidadi Əhmədova tam şəkildə ödənilmişdir. Bu da Rəna Babaşovanın iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinə qarşı qanunsuz və əsassız tələb irəli sürdüyünün və həmin mənzil üzərindəki formal mülkiyyət hüququndan istifadə etməklə əsassız varlanmaq istədiyinin açıq-aşkar göstəricisidir. Rəna Babaşova tərəfindən yol verilən qanunsuz və hüquqazidd əməl lərin qarşısının alınması üçün ünvan 2 ünvanında yerləşən mənzil barəsində Babaşova Rəna Rəsul qızı adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsi ləğv edilməli və iddiaçının adına yeni Qeydiyyat Vəsiqəsi verilməlidir. Həmçinin bunun üçün tərəfindən Əmlak Xidmətləri Məkanına müraciət edilmiş, lakin tərəfindən edilmiş müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı:

7. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü ildə ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil 0 04777 saylı, xx.xx.1996-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X7 tərəfindən Babaşova Rəna Rəsul qızına özgəninkiləşdirilmiş və hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə sonuncuya məxsusdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin Babaşova Rəna Rəsul qızının adına olan 04390 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin etirazı:

8. Üçüncü şəxs iddiaya etirazında bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia həm əsassızdır və həm də ki, aidiyyət qaydası pozulmaqla məhkəməyə müraciət edilmişdir, belə ki, iddianın mahiyyətindən də göründüyü kimi iddiaçı əmlakın alqı-satqı müqaviləsi əsasında alındığını qeyd etsə də və al qı satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi üzrə səlahiyyətli məhkəmənin ümumi məhkəmələr olduğu halda məqsədli şəkildə vaxt uzatmaq, üçüncü şəxsin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındakı e-2(005)-2513/2023 saylı işi süründürməçiliyə salmaq üçün bu cür iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edir.

9. İddiaçı əsassız iddia tələbi təmin edilməməli, ən əsası da aidiyyət qaydası pozulduğun mümkün hesab edilməməlidir. İddiaçı özünə sərf edən şəkildə qeydlər edərək, mötəbər sənəd kimi qəbul edilməyəcək akt və arayışı işə əlavə edərək onun mülkiyyət hüququnu pozmaq, Nərimanov Rayon Məhkəməsində qanuni tələbini qanunsuz və məqsədli şəkildə süründürməçiliyə salmaq niyyətindədir.

10. Belə ki, İddiaçı iddiasında qeyd edilir ki, “mənzil İddiaçı vəfat etmiş yoldaşı X4 tərəfindən alınmışdır. Həmin vaxt X4 Bakı qeydiyyatında olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu cavabdeh Babaşova Rəna Rəsul qızının adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq iddiaçı və rəhmətə getmiş yoldaşının sahiblik və istifadəsində olmuşdur. Bu günə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həmdə MKİB tərəfindən X4 və onun yoldaşı kimi iddiaçı tanınmışdır”.

11. İddiaçı dediyinin tam əksinə olaraq o, mənzili məhz 07 noyabr 1996-cı ildə müqavilə əsasında X3 almış (şəxsi mülkiyyətdə olan mənzilə dair X5 21 iyun 1996-cı il tarixli texniki pasport verilmişdir) və 02 yanvar 1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

12. Kommunal xidmətlərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı məsələyə münasibət o laraq üçüncü şəxs bildirir ki, ona məxsus əmlakı iddiaçının qızı olan üçüncü şəxsin iddiası üzrə cavabdeh X2 yeni ailə həyatı qurması, evlərinin olmaması səbəbindən əvəzsiz istifadəyə vermişdi, odur ki, onlar tərəfindən istifadə edildiyi üçün kommunal xidmətlərin pullarını da ödəmələri tam normaldır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası adlanan” 140-cı maddəsində əks olunur ki, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin tələbini rəhbər tutaraq bildirir ki, hal-hazırda da reyestrdə sözügedən əmlak üçüncü şəxsin mülkiyyətimdə qeyd olunur.

14. İddiaçının və istənilən digər hər hansı şəxsin onun mülkiyyət hüququna yönələn istənilən iddiası təmin edilə bilməz. Belə ki, çıxarışın verilməsi əsası alqı-satqı müqaviləsi olduğundan və bu əsasla çıxarışın ləğvinə dair mübahisələrə baxmaq səlahiyyəti də məhz ümumi (mülki) məhkəməyə aiddir. İşin hallarına, yuxarıda qeyd olunanlara, əlavə edilmiş sənədlərə, qanunvericiliyin tələblərinə əsasən xahiş edir ki, məhkəmə əsaslı etiraz-mülahizəsini qəbul edərək İddiaçı əsassız iddiasını rədd edərək, aidiyyət qaydasının, o cümlədən mümkünlüklə bağlı müddəaların tələbinin pozulması səbəbindən id dianı mümkün saymasın. Məhkəmə sorğusu və arayışlar:

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Babaşova Rəna Rəsul qızının adına MH seriyalı 043940 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən X7 ünvan 3 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 42.27 kv.m ümumi sahəsi 54.17 mənzili Babaşova Rəna Rəsul qızının mülkiyyətinə vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı ilə iddia “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv ed ilməsi” hissəsində mümkün sayılmamışdır.

17. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi iki hissədən ibarət olmaqla iddiaçı birinci hissədə üçüncü şəxsin adına olan qeydiyyat vərəqəsinin ləğv edilməsini, ikinci hissədə isə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.

18. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir:

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakı n dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

22. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçü n birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. Məhkəmə qeyd edir ki, iddia “qeydiyyat vərəqəsinin ləğv edilməsi” hissəsində lazımi qaydada qaldırılmayıb. Belə ki, tələbin birinci hissəsi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. Torpaq sahəsinə dair qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış və iddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirilmişdir.

24. İddianın birinci hissədə mümkün sayılmaması iddiaçıya m ünasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı öz məqsədinə hüquqi marağını əsaslandırmaqla digər hüquqi müdafiə vasitəsindən – olduğu təqdirdə ilkin torpaqayırma aktlarını mübahisələndirməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər.

25. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərarı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçının adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində rədd edilmişdir.

26. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1420/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və cavabdehə qarşı “üçüncü şəxsin adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

30. İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinin tələbi pozulmuşdur. Cavabdeh iddiaçının müraciətinin əsasını təşkil edən halları tam, obyektiv araşdırmayaraq Babaşova Rəna Rəsul qızının adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi və iddiaçının adına yeni çıxarışın verilməsindən qanunsuz və əsassız şəkildə imtina etmişdir. Lakin buna baxmayaraq nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi buna düzgün hüquqi qiymət vermişdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi pozulmuşdur. İddiaçı kassasiya şikayətindfə qeyd edir ki, əgər onun tərəfindən verilmiş iddia tələbi mümkünsüz idisə, o zaman birinci instansiya məhkəmə iddia tələbində yol verilmiş xətanın aradan qal dırılmasında ona köməklik etməli idi. Lakin birinci instansiya məhkəməsi onun iştirakı olmadan, onu dinləmədən (məhkəmə iclasında üzürlü səbəblərdən dolayı iştirak edə bilməmiş və bu barədə məhkəmə iclasından əvvəl məhkəməyə məlumat vermişik) iddia tələbini “Babaşova Rəna Rəsul qızının adına olan 04394 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” hissədə mümkünsüz saymışdır. Onun tərəfindən verilmiş iddia tələbində heç bir səhvlik, mümkünsüzlük yox idi, sadəcə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş iddia tələbinə baxmamaq və ya baxmaqda maraqlı olmadığı üçün həmin iddia tələbini mümkünsüz saymışdır. Cavabdehə qarşı verdiyi iddia tələbinin bir hissədə mümkünsüz sayılması süründürməçiliyin açıq-aşkar göstəricisidir. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbi pozulmuşdur. İlk öncə nə birinci instansiya məhkəməsinin hakimi, nə də apellyasiya instansiya məhkəməsinin hakimi hazırkı iş üzrə aşağıda qeyd edilən mühüm əhəmiyyət kəsb edən faktiki və hüquqi halları düzgün araşdırmamış, qeyd etdiyim xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz bir qərardad qəbul etmişdir. Hər iki instansiya məhkəməsinin qərardadı tamamilə qanunsuz və əsassızdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, hazırkı mübahisənin subye kt tərkibini fiziki şəxs ilə (iddiaçı-İddiaçı) publik hakimiyyət daşıyıcısı (“DƏDKR” PHŞ-nin 1 Saylı Bakı Ərazi İdarəsi təşkil edir və aralarındakı münasibət isə ümumi (publik) hüququn nizamasalma predmetinə daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair xx.xx.2015-ci il tarixli №5 nömrəli qərarının 8.5-ci bəndində iddianın mümkün sayılmamasının və iddianın mahiyyəti üzrə həll edilməsinin iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələrin mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddianı rədd etməkdə haqlı olmadığını və bu cür hallarda iddianın mümkün sayılmalı olduğunu bildirmişdir. Hazırkı iddia tələbinin mümkün sayılmaması dəyəri iddiaçının mərhum həyat yoldaşı tərəfindən ödənilərək satın alınmı ş və uzun müddət iddiaçının ailə üzviləri ilə birlikdə yaşadığı mənzilə qarşı Rəna Babaşova tərəfindən irəli sürülmüş qanunsuz və əsassız iddianın ədalətli şəkildə həll edilməsi üçün əlavə zaman və xərclər tələb etməklə yanaşı, süründürməçiliyə də səbəb olacaqdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

34. Üçüncü şəxs işin hallarına, fakt və sübutlara əsasən bir daha bildirir ki, məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə uyğun yardım göstərilsə də iddiaçı tərəf iddiasında heç bir düzəliş etmədən iddiasını olduğu şəkildə müdafiə etmiş, maddi və prosessual normaların tələblərini pozmuş, aidiyyət qaydalarına zidd olaraq iddia vermiş, bi r sözlə iddiaçının kassasiya şikayətində qeyd etdikləri tamamilə qanunsuz və əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Babaşova Rəna Rəsul qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (MH seriyalı 043940 nömrəli qeydiyyat vərəqəsi) aparılması üçün alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilədən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi X1 mənzili xx.xx.1 996-cı il tarixdə Babaşova Rəna Rəsul qızına satmış, onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1997-ci il tarixdə qeydə alınmışdır.

40. Qeydiyyatın əsası kimi çıxış edən həmin müqavilə qüvvədədir. Başqa sözlə, çıxarış və ya qeydin ləğvi həmin müqavilədən irəli gələn hüquqa təsir etmir, əmlaka dair hüquqi vəziyyəti iddia edənin xeyrinə dəyişmir.

41. Digər tərəfdən, iddiaçının iddia etdiyi qeyddə göstərilən əmlaka hər hansı əşya hüququna malik olduğu müəyyən edilmir.

42. Qeyd olunan səbəblərdən hazırkı məzmunda iddia mümkünsüzdür.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kass asiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1420/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar