Məhkəmə qərarları › İş №2-1(102)-1868/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1868/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1868/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, mümkünlüklə bağlı dinlənilmə hüququnun təmin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Suraxanı rayon şöbəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “ayrı-ayrı illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayrıayrı illər iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)-1897/2015 saylı, xx xxx 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayət mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

4. Cavabdeh apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Cavabdehin vəkili məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

6. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə: Maddə 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 92.0.3. Proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə n əzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda, məhkəmə qərardadı kasasiya qaydasında ləğv olunmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir.

8. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

9. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü

10. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Kasasiya məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə müddətin buraxılıbburaxılmaması, yaxud buraxilıbsa buraxılma səbəbinin üzrlü olub-olmamasına münasibət bildirmədən aşağıdakıları qeyd edir.

12. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandırmamışdır.

13. Cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apelyasiya məhkəməsi göndərdiyi bildirişdə apelyasiya şikayəti üzrə məhkəmə iclasının xx xxxx 2020ci il tarixə təyin edilməsini bildirmiş, lakin bildirişdə apelyasiyanın mümkünlüyü ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Mümkünlüklə bağlı hüquqi nəticələr də cavabde hə izah edilməmişdir.

14. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər.

15. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə apelyasiyanın mümkünlüyü ilə bağlı lazımi qaydada məlumatlandırılmayan cavabdehin dinlənilmə hüququ pozulmuş, nəticədə o, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlığının məhkəmədə müdafiəs inə təminat verilməsi hüququndan istifadə edə bilməmişdir.

16. İnzibati prosessual qanunvericiliyə əsasən, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla imtina olunduqda, məhkəmə qərardadı kasasiya qaydasında ləğv olunmalıdır.

17. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməli, apelyasiya şikayətinin icraata qəbul edilməsi hissəsində isə kasasiya şikayəti təmin edilməməlidir.

18. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün apelyasiya məhkəməsinə qaytarılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar