Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1868/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) X4, Cavabdehin nümayəndəsi X8, Cavabdehin vəkili X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi) qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və qərar əsasında tutulmuş məbləğin iddiaçının bank hesabına qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 21(105)-175/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC 2018-ci il 2 aprel tarixdə cavabdehə 17 saylı məktubla müraciət edərək, bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 fevral tarixli, 2-1(85)-78/2017 saylı qərarı i lə, MMC-nin iddiası təmin edilərək, 3 saylı Ərazi Vergilər İdarəsinin 2016-cı il 8 iyul tarixli, **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MMC-nin 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62+15553,30) və maliyyə sanksiyası üzrə 17368,96 manat (9592,31+7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, həmin qərar Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(105)-347/2017 saylı, 2017-ci il 2 oktyabr tarixli qərarı ilə, apellyasiya məhkəməsinin qərarı da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-241/2018 saylı, 2018-ci il 31 yanvar tarixli qərarı ilə dəyişdirilmədən s axlanılmışdır. Lakin iş üzrə məhkəmə araşdırmalarının aparıldığı dövrdə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə, Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə 2016-cı il 26 iyul tarixli, **********5D nömrəli, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə 2016-cı il 29 avqust tarixli, **********A nömrəli sərəncamlar tərtib olunaraq "xxxx" ASC-nin Yasamal filialına göndərilmiş, "xxxx" ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMC-nin hesabından qanunsuz silmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin qeyd oluna n qərarı məhkəmə tərəfindən ləğv olunduğuna görə qanunsuz silinmiş həmin pul vəsaitinin İddiaçı MMC-nin hesabına qaytarılması xahiş edilmişdir.
2. Cavabdehin 2018-ci il 17 oktyabr tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Cavabdeh bildirmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciətlə bağlı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsi əsas götürülərək 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərara əsasən "xxxx" MMC üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciəti ilə əlaqədar səyyar vergi yoxlaması zamanı zəruri tədbirlər görülərək müvafiq məlumat veriləcəkdir. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 20 yanvar tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “"Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “3 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına g örə məsuliyyətə cəlb edilməsi barədə" qərarı İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında İddiaçı MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərarla İddiaçınə: 1.Torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 87 7,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2.ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 3.Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; Ümumilikdə SYV nəticəsində vergi ödəyicisinə 34718,30 manat vergi hesablanması və 17519,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Həmin qərarın torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məblə ğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinə etirazları yoxdur. Qərarın ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi isə mütəxəssisin uydurma xarakterli fərziyyələrinə əsaslanmaqla qərəzli qanuna ziddir. Belə ki, iddiaçının 2016-cı ilin yanvar ayından 2018-ci ilin fevral ayına kimi olan dövrdə vergilər və digər ödənişlərə dair qanunvericiliyə əm əl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar 2018-ci il 19 aprel tarixdə qəbul edilmiş və 2018-ci il 22 iyun tarixdən 2018-ci il 16 iyul tarixə kimi olan dövrdə, sonra da 2018-ci il 23 noyabr tarixdən 2018-ci il 21 dekabr tarixə kimi olan dövrlər üçün vergi yoxlaması dayandırılaraq təxirə salınmış, 2018-ci il 30 noyabr tarixdən vergi yoxlaması bərpa edilmiş və yoxlamanın nəticəsinə dair akt da 2018-ci il 10 dekabr tarixdə tərtib olunmaqla İddiaçı MMC-də aparılan vergi yoxlaması 9 aya yaxın müddətdə davam etmişdir ki, bu da vergi qanunvericiliyinin kobud surətdə pozulması və yoxlamanın aparılmasında cavabdehin qərəzinin təzahürüdür.
6. Bundan başqa, həmin yoxlama ilə əlaqədar 3 saylı Ərazi Vergilər İdarəsin in 2018-ci il 1 iyun tarixli **********152366 nömrəli qərarı ilə İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis kimi dəvət olunmuş "xxxx" MMC-nin mütəxəssisi X10 tərəfindən araşdırma aparılmamasının səbəbləri, eləcə də bu barədə olan qərarın icra vəziyyəti barədə bizdə heç bir məlumat yoxdur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün X17 Mərkəzinin mütəxəssisi X3 mütəxəssis kimi dəvət olunması barədə 2018-ci il 23 iyul tarixli, **********157457 nömrəli qərar qəbul etməsi də vergi qanunvericiliyinin tələblərinə ziddir.
7. X16 Elm Mərkəzinin mütəxəssisi X6 vaxtilə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin 2014-2015-ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı da mütəxəssis qismində dəvət olunmuşdu və onun verdiyi rəy əsasında tərtib olunmuş akta görə Vergi orqanı tərəfindən qəbul olunmuş qərar da məhkəmə aktı ilə ləğv edilmişdir. Ona görə də X6 hazırkı yoxlama üzrə işin nəticələrində maraqlı şəxsdir və vurulmuş ziyanın ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bundan başqa X6 ixtisasca aqronomdur və onun əmək haqlarına dair mühasibat əməliyyatları üzrə xüsusi biliyi və təcrüb əsi yoxdur. Ona görə də onun bu sahə üzrə rəyi yoxlama üçün əsas götürülə bilməz.
8. Mütəxəssis rəyində onun hazırlanması üçün müxtəlif internet saytlarına və sair ədəbiyyatlardakı məlumatlara istinad olunması göstərilsə də bu barədə müvafiq çıxarışlar rəyə əlavə olunmamışdır. Belə ki, mütəxəssis rəyində, həmin tipli alma bağlarında bir nəfər tərəfindən gündə nə qədər alma toplanmasının mümkünlüyü, eləcə də İddiaçı MMC üzrə həmin müddətdə istehsal olunmuş alma məhsulunun aylar üzrə neçə nəfər tərəfindən toplanması və satışı barədə heç bir söz qeyd edilməmişdir. Göründüyü kimi vergi əməkdaşları tərəfindən yoxlama zamanı alınmış mütəxəssis rəyi heç bir hüquqi normaya və elmi-təcrübi tədqiqatlara əsaslanmayan, ziddiyyətli, reallıqdan uzaq uydurma xarakterli fərziyyələrdən ibarət idi ki, həmin rəyə əsaslanıb kənd təsərrüfatı sahəsi ilə məşğul olan müəssisəni vergi məsuliyyətinə cəlb etmək yolverilməzdir. Lakin buna baxmayaraq cavabdehin əməkdaşları tərəfindən təkrarən, həmin mütəxəssis rəyi əsasında İddiaçı MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair 2018-ci il 10 dekabr tarixli, **********148603 nömrəli akt tərtib olunmuş və aktın nəticələrinə görə cavabdehin 2019-cu il 23 yanvar tarixli **********17492 nömrəli qərarı ilə İddiaçı MMC vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir.
9. Mütəxəssis rəyində qeyd edilən fərziyyə xarakterli fikirlərə görə İddiaçı MMC üzrə 2016-cı ildə guya ******* kq alma məhsulu istehsal olunduğu halda sənədlərdə ******* kq, yəni 655500 kq az, 2017-ci ildə də guya ******* kq alma məhsulu istehsal olunduğu halda 1842000, yəni 746500 kq göstərilmişdir. İddiaçı MMC-nin soyuducusunun alma tutumu cəmi 2.000.000 kq-dır. Eləcə də İddiaçı MMC üzrə 20162017-ci illərin alma yığımı mövsümündə işə cəlb olunmuş işçilərin sayı 600-700 nəfər arası dəyişmişdir ki, onların da gündə 200-300 kq olmaqla 90 gün ərzində 10.000.000 kq-dan artıq, yəni mütəxəssisin iddia etdiyindən də 4-5 dəfə artıq alma toplamağa imkanları olmuşdur. Alma yığımına cəlb olunmuş işçilərin əmək haqları da orta hesabla avqust ayında 200 manat, sentyabr-oktyabr aylarında 200-250 manat, noyabr ayında da 150 manat aralığında olmuşdur ki, bu da Respublika üzrə minimum əmək haqqı normasından yuxarıdır. Cavabdehin etirazları:
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Səyyar vergi yoxlaması zamanı vergi öd əyicisi tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016-cı il üzrə 20074,53 manat, 2017-ci il üzrə 12888,23 manat olmaqla, ümumilikdə 34718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 34718,30 manat məbləğində əlavə vergi hesablanmış və azaldılmış vergi məbləğlərinə görə ümumilikdə 17679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə məxsus, Qusar rayonu, Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “mütə xəssisin dəvət edilməsi haqqında” 2018-ci il 23 iyul tarixli, **********157457 nömrəli qərar qəbul edilmiş, bağlanmış.2018-ci il 23 iyul tarixli müqaviləyə əsasən X16 Elm Mərkəzinin əməkdaşı X6 mütəxəssis kimi dəvət olunmuş və mütəxəssis tərəfindən 2018-ci il 4 dekabr tarixli rəy tərtib edilmişdir.
11. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyi ni bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ** ***** kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4: 2=41,7) olduğu göstərilmişdir.
12. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsul yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir.
13. Beləliklə, mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alınaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi X7 üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur.
14. Beləliklə, səyyar vergi yoxlaması zamanı 01.01.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin, cəmiyyət tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 877,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
15. İddiaçının dəlilləri ilə bağlı cavabdeh bildirmişdir ki, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üç ün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Hesab edir ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslıdır və yoxlamanın hüquqi əsası olmayan mütəxəssis rəyinə əsaslanması barədə göstərilənlər əsassızdır.
16. Mütəxəssis rəyində hər bir ağacın orta məhsuldarlığı və ağacların sayı qeyd olunmuşdur. Hesab edir ki, mütəxəssis bir hektar sahədə işçilərin orta statistik sayını 4 adam/gün müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı bir hektar sahə üçün müəyyən edilmiş 4 adam/gün işçi sayını yalnız almanın ağacdan dərilməsinə aid etməklə səhvə yol verir. Belə ki, müəyyən edilmiş işçi sayı meyvənin yığılmasını, toplanmasını, daşınmasını, habelə bağ sahələrinə cari qulluğu, becərməni, eləcə də soyuducu anbarda işləyən işçi saylarını da əhatə edir.
17. Rəydə mövsümün gərgin vaxtlarında bütün təsərrüfat işlərinin görülməsi üçün zəruri olan işçi sayı müəyyən edilmişdir ki, bu da yoxlama zamanı nəzərə alınmışdır. Yığım normasının bir nəfər üçün gündəlik 200-300 kq olmasını iddiaçının necə müəyyən etməsinin özü qeyri-müəyyəndir.
18. İddiaçı mütəxəssisin yoxlama üzrə işin nəticələrində maraqlı şəxs olmasını bildirsə də qeyd olunan halları əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübut təqdim etməmişdir. Səbəb kimi, yalnız mütəxəssis tərəfindən əvvəlki yoxlama zamanı rəy verildiyini və həmin yoxlama üzrə qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edildiyi bildirilir. Qeyd olunmalıdır ki, “Qiymətləndirmə xidmətinin göstəsilməsi haqqında” 2018-ci il 23 iyul tarixi müqavilədən də göründüyü kimi mütəxəssisin marağı icra edilmiş iş üzrə ona ödənilə n xidmət haqqından ibarətdir. Rəyindən də göründüyü kimi, mütəxəssis X16 Elm Mərkəzinin əməkdaşı X6 tərəfindən alma bağına 2018-ci il 23 iyul tarixdə baxış aparılmış və müvafiq araşdırmalar aparıldıqdan sonra 2018-ci il 4 dekabr tarixdə bu barədə rəy tərtib edilmişdir
19. Cavabdeh iddiaçının vergi qanunvericiliyinin tələblərini pozaraq səyyar vergi yoxlamasının 9 aya yaxın müddətdə davam etməsi barədə göstərilənləri də əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi keçirilmiş səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23, 38 və 45.1-ci maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün vergi orqanının 2018-ci il 30 may tarixli qər arına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətini 30 iş gününədək artırmışdır. Cəmiyyətə məxsus meyvə (alma) bağında istehsal olunan məhsulların 2016- 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “MBA LTD" MMC-dən “Mütəxəssisin dəvət edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli qərar qəbul edilmişdir. Buna görə də 2018-ci il 22 iyun tarixli və 2018-ci il 17 iyul tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlara əsasən müvafiq olaraq yoxlama 2018-ci il 10 avqust tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır. "xxxx" MMC tərəfindən müvafiq rəy verilə bilinmədiyi üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” 2018-ci il 23 iyul tarixli q ərara əsasən X16 Elm Mərkəzinin əməkdaşı X6 mütəxəssis kimi dəvət olunmuşdur. Cavabdehin 24.07.2018, 24.08.2018, 27.09.2018, 22.10.2018 və 23.11.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlarına əsasən yoxlama ilə bağlı mütəxəssis dəvət edildiyinə görə müvafiq olaraq yoxlama 21.12.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmış və 30.11.2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən həmin tarixdən yoxlama bərpa edilmişdir. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və y a ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 2-1(118)35/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı iddiaçının 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanın mütəxə ssis cəlb edilməsinin zəruri olması fikrinə gəlməsi və məhkəmə qərarı ilə ləğv edilmiş qərara uyğun əsaslarla yoxlama aparması inzibati qanunvericiliyin və vergi qanunvericiliyinin tələbləri baxımından əsalı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən mütəxəssis dəvət edilməsi zəruri hal kimi qəbul edilməmiş, inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Lakin bu diskresion səlahiyyətin dairəsi vergi öhdəliyinin düzgün müəyyən edilməsi ilə məhdudlaşır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəticəsində yaranmış təcrübə inzibati orqanların fəaliyyətinin düzgün qurulmasında əsaslı rol oynamalıdır. Vergi orqanın əsas vəzifəsi yaranmış vergi öhdəliklərinin müəyyən edilməsi və onların dövlət büdcəsinə ödənilməsinin təmin edilməsindən ibarətdir. Bunun üçün isə vergi qanunvericiliyində müxtəlif hüquqlar və vasitələr müəyyən olunmuşdur. Hazırkı işdə vergi orqanı vergi ödəyicisinin daha çox işçi ilə fəaliyyət göstərdiyini və vergidən yayındığı əsası ilə əlavə vergi məbləği hesablamışdır. Bunun üçündə təkrar əvvəlki yoxlamalarla analoji qaydada mütəxəssis rəyi əsasında hesablama aparmışdır. Halbuki, vergi orqanın vergi nəzarətinin həyata keçirilməsinin bir çox formaları vardır. Bunlardan biridə xronometraj metodu ilə müşahidə aparılmasıdır. Məhkəmə hesab edir ki, vergi orqanı bu hüququndan istifadə edərək vergi ödəyicisinin real fəaliyyətini yoxlama imkanı olmuşdur. Lakin vergi orqanı məhkəmə qərarı ilə ləğv edilmiş yoxlama nəticələrinə uyğun yeni yoxlama keçirmiş və eyni mütəxəssisin rəyindən istifadə etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər və iddiaçının göstərdiyi dəlillər mübahisələndirilən hissədə vergidən yayınma halının olması üçün əsaslı şübhələr yaradır. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan ona münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
22. İddianın həmin qərar əsasında iddiaçının hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının bank hesabına qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, vergi qanunvericiliyində fəaliyyəti davam edən vergi ödəyicisindən tutulmuş vergi məbləğinin onun şəxsi hesabına qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qər arı qanuni qüvvəyə minəndən sonra digər vergi öhdəlikləri nəzərə alınaraq inzibati orqan tərəfindən qanunvericiliyə uyğun hərəkətlər edilməlidir.
23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-175/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020ci il 28 oktyabr tarixli qərarı qismən - 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “vergi ödəyicisinin vergi qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərar əsasında iddiaçının hesabından tutulmuş 49444,14 pulun cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
26. Apellyasiya instansiyası hesab etmişdir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. 2019-cu il 23 yanvar tarixli, ********** 17492 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərar əsasında iddiaçının hesabından tutulmuş 49444,14 pulun 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının bank hesabına qaytarılmasına dair məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etsə də, qeyd edilən tələblə inzibati orqana müraciət etməmişdir.
27. İddiaçı həmin qərardadı mübahisələndirməmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-175/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı – iddiaçının 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində 3 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şika yətdə qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticədən aydın olur ki, eyni müəssisədə əvvəlki illər üzrə eyni üsulla keçirilmiş səyyar vergi yoxlamasının nəticələri qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmişdirsə, hal-hazırkı iş üzrə də iddiaçının iddia tələbi təmin olunmalıdır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsinə görə araşdırmadan, əvvəlki səyyar vergi yoxlamasının nəticələrinin ləğv edildiyi məhkəmə qərarlarına istinad edərək yekun nəticəyə gəlmişdir. Halbuki, məhkəmə araşdırma apararaq əvvəlki səyyar vergi yoxlamasının nəticələrinin ləğv olunma səbəbi olmuş 2015-ci il 7 aprel tarixli mütəxəssis rəyi ilə hazırkı mübahisə üzrə vergilərin hesablanmasına əsas olmuş 2018-ci il 4 dekabr tarixli mütəxəssis rəylərini müqay isəsinə əsasən yetişdirilən məhsulun istehsal həcmi və əmək tutumunun həcminin müəyyən edilməsi tamamilə fərqli göstəricilər əsasında hesablanmışdır. Belə ki, yoxlanılan müəssisənin fəaliyyəti bağçılıq fəaliyyətidir ki, həmin fəaliyyət üzrə istehsal həcmi meyvə ağaclarının əkildiyi ildən asılı olaraq artır, eyni zamanda 2014-cü ildə salınmış 20,0 ha alma bağına, eləcə də 1,0 ha armud bağına münasibətdə vergi ödəyicisi tərəfindən ümumiyyətlə məhsuldarlıq təqdim edilmiş sənədlərdə əks olunmamışdır. Halbuki, cavan alma bağ sahəsindən ikinci il 15-20 ton, üçüncü ildə isə hektardan 25-30 tona qədər məhsul yığılır. Bundan başqa 2015-ci il 7 aprel tarixli mütəxəssis rəyində məhsul yığımı üçün bir hektar sahədə işçilərin orta statik sayı 7,0 adam/gün qəbul edilsə də, 2018-ci il 4 dekabr tarixli mü təxəssis rəyində isə 4,0 adam/gün götürülərək hesablama aparılmışdır. İntensiv tipli alma bağlarında məhsuldarlığın müəyyən edilməsi ilə bağlı internet resurslarında kifayət qədər məlumat olmağına baxmayaraq, məhkəmə tərəfindən hər-hansı bir araşdırılma aparılmadan mütəxəssis tərəfindən verilmiş rəy əsassız hesab edilmişdir. İnternet resurslarında nəinki intensiv alma bağlarında mövcud məhsuldarlıq barədə məlumatlar var, hətta iddiaçı müəssisənin barəsində də belə məlumatlar mövcuddur.
32. Rəsmi dövlət informasiya agentliyi olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yayımladığı rəsmi internet səhifəsində 2018-ci il 12 sentyabr tarixli “Qusarın müasir tipli intensiv alma bağlarından məhsul yığımına başlanılıb" başlıqlı məqalədə (https.7/azertaq.az/xeber/1193513) qeyd edilm işdir ki, “....intensiv bağlarda becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir. Rayonun Çubuqlu kəndində 70 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, "Jonagold", “Granny Smith” və 10-dan artıq başqa növləri becərilir” qeyd olunub və İddiaçı MMC-də aqronom kimi fəaliyyət göstərən X1 müsahibə alınmış və o öz müsahibəsində intensiv tipli bağlarda məhsuldarlığın yüksək olmasını təsdiqləmişdir. Həmçinin, qeyd olunan materialda bildirilmiş ki, Qusar rayonunda 2.500,0 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur. Bu bağların 514,0 hektarında alma yetişdirilir. Ötən il bu bağlardan 25257 ton məhsul toplanıb. İnternet resurslarında İddiaçı MMC-nin aqronomu X2 bir neçə müsahibəsi mövcuddur (video formatında müsahibələr və məqalələr əlavə edilir). Qeyd olunanlara əsasən, sadə riyazi hesablama aparmaqla müəyyən etmək çətin deyil ki, 514 ha sahədə 25.257,0 ton məhsul əldə edilmişdirsə, 1 hektar sahənin payına orta hesabla 49 ton məhsul düşür. qeyd olunan məqalə 2018-ci ildə dərc olunmuşdur və ötən il dedikdə 2017-ci il nəzərdə tutulur ki, bununla da səyyar vergi yoxlaması zamanı dəvət edilmiş mütəxəssis tərəfindən məhsuldarlıq nəinki çox, hətta az göstərildiyi müəyyən olunur. Yoxlama zamanı rəy vermiş mütəxəssis isə 49 tondan daha az 41,7 ton/ha məhsulun istehsal edildiyi barədə rəy vermişdir. İddiaçının təqdim etdiyi məlumatlarda isə guya 1 hektardan 30 ton məhsul yığıldığı müəyyən edilm işdir. Göründüyü kimi reallıqda iddiaçı daha çox məhsul istehsal etmiş və buna uyğun olaraq daha çox işçiyə ehtiyacı olmuşdur.
33. Məhkəmə qərar verərkən istinad etdiyi digər dəlil ondan ibarət olmuşdur ki, müəssisədə 2014-2015-ci illər üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin mübahisələndirildiyi dövrdə bank hesabından sərəncamla tutulmuş məbləğinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına istinad edərək geri qaytarılmasını tələb etmiş, lakin vergi orqanı bu ərizəni artıq ödənilmiş vergilərin geri qaytarılması kimi qiymətləndirərək, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə istinadən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etmişdir. Bu hal növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas ola bilməz. İddiaçı 02.04.2018-ci il tarixdə həmin dövrdə qüvvədə olmuş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarının 3.1-ci bəndində qeyd olunmuş bütün şərtlərə əməl etməklə vergi orqanına müraciət etmişdir ki, bununla da vergi orqanı haqlı olaraq Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinin tələbinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Məhkəmənin qeyd olunan dəlili qanunvericiliyin tələbi və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının 2018-ci il 2 aprel tarixli müraciətinin qoşmasına əsasən, MMC artıq ödənilmiş vergilərin qaytarılması haqqında ərizə İlə müraciət etmişdir ki, bu müraciət də iddiaçıda səyyar vergi yoxl amasının başlanmasına imkan verən əsaslardan biridir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci il 2 aprel tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdirilməsi ilə bağlı” ərizədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına istinad edilməmişdir.
34. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, “mütəxəssisin istinad etdiyi normativlər və statistik göstəricilər rəyə əlavə edilməmiş, rəydə “sair ədəbiyyatlardakı” məlumatlara istinad olunduğu qeyd edilsə də, həmin ədəbiyyatların nədən ibarət olduğu açıqlanmamışdır. Bununla bağlı bildirilməlidir ki, mütəxəssis öz rəyini əsaslandırarkən elmi-təcrübi monoqrafik ədəbiyyata istinad etmiş, eyni zamanda istinad edilmiş mənbələri rəyində göstərmişdir. Lakin məhkəmə bu mənbələrlə kifayə tlənməyərək digər mənbələrin də rəyə əlavə edilməsini zəruri hesab etmiş, ancaq, İPM-12.1-ci maddəsinin tələbindən irəli gələrək mütəxəssisi məhkəmə prosesinə cəlb edərək rəy verərkən istinad etdiyi mənbələr barədə ətraflı araşdırma aparmamışdır. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən mütəxəssisin cəlb edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Mütəxəssis rəyi müəssisənin nümayəndəsinə təqdim edilməsinə baxmayaraq, o, rəylə razılaşmaması, razılaşmamasının səbəbləri barədə rəydə qeydiyyat aparmamışdır. Yuxarıda qeyd olunduğu kimi mütəxəssis vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda dəvət olunur. Yəni, mütəxəssis rəyi hər hansı sahə üzrə xüsusi biliyə və təcrübəyə malik olan şəxslər tərəfindən verilir v ə rəy mütəxəssisin xüsusi biliklərinə, təcrübəsinə, barəsində rəy verdiyi məsələlərin xüsusiyyətlərinə əsaslanır. Həmçinin, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üçün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Hesab edirik ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslı olmuşdur.
35. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfindən ödəmə mənbəyində tutulan verginin hesablanmasına səbəb iddiaçı tərəfindən görülən işlərin həcmi ilə onun tərəfindən təqdim olunan işçi sayı arasında uyğunsuzluğun olmasıdır ki, cavabdeh vergi orqanı buna görə vergi qanunvericiliyində ona verilmiş hüquqlardan istifadə edərək mütəxəssis dəvət etmiş və həmin rəy nəzərə alınmaqla vergiləri hesablamışdır. Belə olan halda, apellyasiya məhkəməsi vergi orqanının dəvət etdiyi mütəxəssis rəyi ilə razı olmayaraq həmin rəyi şübhəli kimi qəbul edirsə, işin düzgün, hərtərəfli və obyektiv həll edilməsi məqsədilə yeni (başqa) mütəxəssis dəvət etmək və yaxud ekspertiza təyin etmək imkanına malik olsa da bununla bağlı hər hansı tədbir görmədən ödəmə mənbəy indən hesablanmış vergini ləğv etmişdir. Mütəxəssis rəyində hər hansı şübhəli və ya aydın olmayan halların aradan qaldırılması məqsədi ilə məhkəmə öz təşəbbüsü ilə başqa mütəxəssis dəvət edərək vergilərin düzgün hesablanması üçün yeni mütəxəssis rəyi almaqla ekspertiza təyin edilə bilərdi. Lakin, apellyasiya instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırmaqla iş üzrə əhəmiyyətli olan bütün faktiki hallara düzgün hüquqi qiymət vermək niyyətində olmamış və yalnız formal və heç bir hüquqi əsası olmayan mülahizələrə əsaslanaraq mütəxəssis rəyini qəbul etməməklə öz qərəzli mövqeyini nümayiş etdirmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Kassasiya şikayətinə etirazın dəlillərinin əsasını iddia ərizəsində göstər ilənlər təşkil edir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, kassasiya şikayətində aşağı instansiya məhkəmələrində olduğu kimi, yenə də yoxlama aktında göstərilən dəlillər əsas gətirilərək əlavə heç bir rəsmi sənəd və sübuta istinad olunmur. Yoxlama aktı da yalnız X17 Mərkəzinin aparıcı ekspert-mütəxəssisi X6 tərəfindən tərtib olunmuş 2018-ci il 28 noyabr tarixli mütəxəssis rəyinə əsaslanır. Mütəxəssis rəyində onun hazırlanması üçün müxtəlif internet saytlarına və sair ədəbiyyatlardakı məlumatlara istinad olunması göstərilsə də, rəyə bu barədə müvafiq çıxarışlar əlavə olunmamışdır. Mütəxəssis rəyində, həmin tipli alma bağlarında bir nəfər tərəfindən gündə nə qədər alma toplanmasının mümkünlüyü, eləcə də iddiaçı üzrə həmin müddətdə istehsal olunmuş alma məhsulunun aylar üzrə neçə nəfər t ərəfindən toplanması və satışı barədə heç bir söz qeyd edilməmişdir. Halbuki, 2014-2015-ci illər üzrə analoji formada cavabdehin qərarının ləğv olunmasına dair məhkəmə aktlarında müəyyən edilmiş hallardan biri də odur ki, 1 nəfərin gündəlik alma yığım norması 250-300 kq-dır və mütəxəssis Mədət Qurbanov bu faktı məhkəmə zamanı, həmçinin hazırkı iş üzrə verdiyi izahatlarında təsdiq etmişdir. Göründüyü kimi Vergi əməkdaşları tərəfindən yoxlama zamanı alınmış mütəxəssis rəyi heç bir hüquqi normaya və elmi-təcrübəvi tədqiqatlara əsaslanmayan, ziddiyyətli, reallıqdan uzaq uydurma xarakterli fərziyyələrdən ibarətdir ki, həmin rəyə əsaslanıb kənd təsərrüfatı sahəsi ilə məşğul olan müəssisəni vergi məsuliyyətinə cəlb etmək yolverilməzdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanı rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları
37. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
38. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasın ı xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fa ktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.
41. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
43. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin əsassızlığı ilə bağlı gəldiyi nəticənin əsası kimi ilk növbədə mütəxəssis rəyindəki məlumatların mötəbərliyini qəbul etməyərək qeyd etmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəydə normativlərə uyğun olaraq alma bağında ağacların normativlərə uyğun məhsuldarlığının orta hesabla 25-28 kq/ağac olduğunu, həmçinin 4x1m, 3,5x0,8 m əkin sxemi ilə salınmış alma bağları üçün bir hektar sahədə i şçilərin orta statistik sayının 4 adam-gün qəbul edildiyi göstərilsə də, istinad edilən normativlər və statistik göstəricilər rəyə əlavə edilməmiş, rəydə “sair ədəbiyyatlardakı” məlumatlara istinad olunduğu qeyd edilsə də, həmin ədəbiyyatların nədən ibarət olduğu açıqlanmamışdır.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, əvvəla, mütəxəssis rəyin sonunda “digər ədəbiyyatlar”la yanaşı, istinad mənbələrini də (internet səhifələrini) aşkar göstərmişdir. Digər tərəfdən, məhkəmə mütəxəssis rəyini bilavasitə onun (mütəxəssisin) özünün iştirakı ilə tədqiq edə, istinad mənbələrinin (onlardan bilavasitə rəyə aid çıxarışların) təqdim olunmasını tələb edə bilərdi. Belə ki, İPM-in i stinad edilən normalarının tələblərindən də göründüyü kimi: məhkəmə proses iştirakçılarının təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, səyyar vergi yoxlamasının aparılması zamanı Vergi Məcəlləsinin normalarının tələblərinə də əməl edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması nö vbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. İddiaçı 2018-ci il 2 aprel tarixli müraciətində artıq ödədiyi verginin deyil, vergi orqanı tərəfindən düzgün tutulmamış vergi və maliyyə sanksiyasının qaytarılmasını tələb etmiş, bu hal isə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün əsas ola bilməzdi.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. 47. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya m araqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
48. İşdən göründüyü kimi, iddiaçının 2018-ci il 2 aprel tarixli müraciətdən sonra cavabdehin 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərarı ilə "xxxx" MMC üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
49. İddiaçı həmin qərarı inzibati icraat qaydasın da mübahisələndirmiş, şikayət instansiyasının 2018-ci il 17 oktyabr tarixli, **********861100 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərar dəyişdirilmədən saxlanmışdır. Həmin qərarın ləğv edildiyinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair məlumat işdə yoxdur.
50. Beləliklə, vergi yoxlaması qüvvədə olan və hüquqi nəticələr yaradan inzibati akta əsasən keçirilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 21(105)-175/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.