Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1868/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli 2-1(103)-237/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 01 yanvar 2006-cı il tarixinədək 25 ildən artıq ümumi, 20 ildən çox güzəştli iş stajını topladığını bildirərək, ona 57 yaşının tamam olduğu xx.xx.2017- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh **** ******6 saylı, xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 1978-2004-cü illərdə müxtəlif müəssisələrdə çalışdığı “qaynaqçı” peşəsi NK-nın müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmamışdır. Başqa sözlə, iddiaçı güzəştli iş stajına malik deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh ə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.2008-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə ancaq qaz və elektrik qaynaqçı vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində də öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, müraciəti təmin olunmamışdır. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, o, müxtəlif müəssisələrdə “qaynaqçı” peşəsində çalışıb. İddiaçı, öz ərizəsində Naz irlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının konkret bəndinə istinad etmir. Lakin ehtimal etmək olar ki, iddiaçı, 2 saylı Siyahının “Ümumi peşələr” adlanan 33-cü bölməsinə (********) istinad edir. Həmin Bölmədə, adında “qaynaqçı” olan aşağıdakı peşələr nəzərdə tutulub: -qaz qaynaqçıları, kod: 23200000— 11620; -kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, kod: 23200000— 19756; -təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul o lan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları, kod: 23200000—19905; -əl ilə qaynaq aparan elektrik qaynaqçıları, kod: 23200000—19906. İddiaçının çalışdığı peşənin yuxarıda qeyd edilən kodlardan hansının altında nəzərdə tutulmuş peşəyə uyğun gəldiyi bəlli deyil. Bundan başqa, iddiaçı güzəştli iş stajı barədə arayış da təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-4810/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə müəyyən edilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, 23200000— 19756 kodu ilə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaynaqçısı, istərsə də elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq qay naqçı, elektrik qaynaqçısı peşəsində işləmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-237/2022 nömrəli qərarına əsasən (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-4810/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-237/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (2017ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəali yyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və y a hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və süb utlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellya siya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya ins tansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötə bərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələbi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, 57 yaşını tamamlamalı, xx.x x.2006-cı il tarixinədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının toplanması şərtlərini ödəməlidir.
29. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır. Bu, işin mübahisəsiz halıdr. Eləcə də, onun xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi iş stajı şərtini ödəməsi iş materiallarındə olan əmək kitabçası, hərbi biletin surəti və arayışlarla təsdiq edilir. Cavabdeh də işin bu halını mübahisələndirmir.
30. Cavabdehin imtinasının, eləcə də etiraz və şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajını toplamamışdır.
31. Cavabdehin bu dəlili ilə bağlı aşağı instansiya məhkəmələri hərtərəfli araşdırma aparmış və bu dəlilin əsassız olması qənaəti nə gəlmişlər. Məhkəmə kollegiyası aşağı instasiya məhkəmələrinin bu mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiya tərəfindən verilmiş 20 may 2019-cu il tarixli № 32 saylı arayışdan görünür ki, Milli Qvardiyanın sabiq qulluqçusu 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən (MQK-nın xx.xx.1993-cü il tarixli 103 İ/s saylı əmri) – xx.xx.1994-cü il tarixədək (MQK-nın xx.xx.1994cü il tarixli 64 s/ç saylı əmri) Milli Qvardiyada qaynaqçı vəzifəsində işləmiş, xx.xx.1994-cü ildə öz arzusu ilə işdən azad edilmişdir. 32. “Təmir-Tikinti-1” kiçik müəssisəsi tərəfindən verilmiş 03 sentyabr 2019-cu il № 0/1 saylı məktubdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1993 - xx.xx.1993-cü il tarixlərində həmin müəss isədə 5 dərəcəli elektrik – qaz qaynaqçısı vəzifəsində işləmişdir.
33. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında X2 Təsərrüfat hesablı Təmir-Tikinti Müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində həmin müəssisədə 5-ci dərəcəli elektrikqaz qaynaqçısı vəzifəsində işləmişdir.
34. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********314 saylı notarial qaydada təsdiqlənmiş X1 və X5 ərizəsindən görünür ki, onlar iddiaçının həqiqətən də 1978-ci ildən 1988-ci ilə qədər Ermənistanın Quqark rayonunda müxtəlif təşkilatlarda qaynaqçı işləməsini təsdiq edirlər.
35. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********320 saylı notarial qaydada təsdiqlənmiş X4 və X3 ərizəsindən görünür ki, onlar iddiaçının həqi qətən də 1989-cu ildən 2004-cü ilə qədər Bakı şəhərində müxtəlif təşkilatlarda qaynaqçı işləməsini təsdiq edirlər.
36. İş materiallarına əlavə edilmiş 28 nömrəli əmrə əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Quqark rayonun Arçut sovxozunda elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 230 nömrəli, xx.xx.1988-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək sovxozda işlədiyi müddətdə əmək haqqı almışdır.
37. Eyni zamanda iş materiallarına əlavə edilmiş Təsərrüfat Hesablı Təmir-Tikinti müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992 - xx.xx.1993-cü il tarixlərində “Təsərrüfat Hesablı Təmir-Tikinti” müəssəsində əl ilə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzif əsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Ümumi peşələr - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - 23200000-19756) öz əksini tapmışdır.
38. İş materiallarına əlavə edilmiş Təmir-Tikinti-1 kiçik müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixd ən xx.xx.1993-cü il tarixədək “Təmir-Tikinti-1” kiçik müəssisəsində əl ilə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Ümumi peşələr - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları 23200000-19756) öz əksini tapmışdır.
39. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublika sı Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 32 saylı arayışından görünür ki, Milli Qvardiyanın sabiq hərbi qulluqçusu, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən (MQK-nın xx.xx.1993-cü il tarixli 103 l/s saylı əmri) xx.xx.1994-cü il tarixədək (MQK-nın xx.xx.1994-cü il tarixli 64 s saylı əmri) Milli Qvardiyada əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (Ümumi peşələr - əl ilə qaynaq aparan el ektrik qaynaqçıları - 2320000019906) öz əksini tapmışdır.
40. İşəgötürən tərəfindən verilmiş arayışlara əsasən və eləcə də, iddiaçıya məxsus əmək kitabçalarında onun müxtəlif təşkilatlarda 1981-ci ildən 1988-ci ilədək və 1989-cu ildən 2004-cü ilədək elektrik qaynaqçısı, qaynaqçı işlədiyi qeyd edilmişdir.
41. Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, 23200000—19756 kodu ilə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır.
42. Göründüyü kimi, hər iki siyahıda istər qaynaqçısı, istərsə də elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaynaqçı, elektrik qaynaqçısı peşəsində işləmişdir. Odur ki, iddiaçıya münasibətdə xüsusi iş stajı şərtinin ödənildiyi də sübuta yetirilir.
43. Beləliklə, 2006-cı ilin yanvar ayının 1-dək azı 25 il ümumi və 12 il 6 ay “əmək şəraiti zərərli və ağır olan” iş stajı şərtləri tam ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, iddiaçının 57 yaşdan (xx.xx.2017-ci il t arixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
44. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-237/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.