Məhkəmə qərarları › İş №2-1(102)-1868/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1868/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1868/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaya yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1788/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. 1983-1985-ci illərdə 1 nömrəli Bakı Tibb Məktəbinin “tibb bacısı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirmişdir.

2. Əmək kitabçasına və müvafiq arxiv arayışlarına əsasən, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək V.İ.Lenin adına Maşınqayırma zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Leytenant Şmidt adına Maşınqayırma zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək K. Fərəcova adına X1, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Respublika Doğum Evində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Kliniki Xəstəxanasında işləmişdir.

3. İddiaçının xx.xx.2006-cı il təvəllüdlü qızı Mehtizadə Aidə Namiq qızının xx.xx.2013-cü ildə ilkin olaraq əlilliyi müəyyən edilmiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yenidən qiymətləndirmə aparılaraq 18 yaşınadək əlilliyi müəyyən edilmişdir.

4. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi əmək kitabçası və arxiv arayışlarının surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.201 3-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək övladı X3 qulluq etdiyi dövr nəzərə alınmaqla) 18 il 6 ay 6 gün təşkil edir. İddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunla tələb olunan sığorta stajı (25 il) olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən (57 yaş 6 ay) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Mehtizadə Aidə Namiq qızı xx.xx.2006-cı il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Uşaq doğulduğu gündən bugünə kimi iddiaçının himayəsində olmuş və həmin vaxtdan o, uşağa baxdığından heç bir yerdə işləməmiş, bu halı qonşular aktla təsdiq etmişlər. İddiaçı xx.xx.1964-cü təvəllüdlüdür, hazırda 58 yaşı var, 1 uşaq anasıdır, ümumilikdə 19 il 6 ay 6 gün əmək stajına malikdir. İddiaçı sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyüdən ana kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdi r. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

8. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli ərizəsi əsasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.4-cü maddəsinə uyğun olaraq 150 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edimiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçının yaşa görə pensiya almaq hüququ xx.xx.2022-ci ildə yaranmışdır. İddiaçının hüququnun yarandığı tarixə “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin redaksiyasında 10 il staj tələbi çıxarılmış, ümumi staj tələbi 25 il olmuşdur. (10 mart 2017ci il tarixli, 543-VQD nömrəli Azərbayc an Respublikasının Qanunu). Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışlarının surətlərinə əsasən sığorta stajı (xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən 23 11.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci tarixdən xx.xx.2022-ci il tarixədək övladı X3 qulluq etdiyi dövr nəzərə alınmaqla) 18 il 6 ay 6 gün təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuz dur, bu səbəbdən də cavabdehin iddiaçının müraciəti ilə bağlı verdiyi imtinası qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-12363/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən (57 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının arxiv arayışları və əmək kitabçasına əsasən əmək stajı 10 il təşkil edir. Eyni zamanda, iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud olan qızı Mehtizadə Aidə Namiq qızına qulluq dövrü də (15 il 7 ay) sığorta stajına daxil edi lməlidir. Göründüyü kimi, iddiaçı pensiya yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən çox staja malikdir. Beləliklə, iddiaçının pensiya hüququ xx.xx.2022-ci ildə (57 yaş 6 ay) yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də, cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1788/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının övladı Mehtizadə Aidə Namiq qızı xx.xx.2006-cı ildə doğulsa da, ona sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərəfindən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirildiyindən iddiaçının 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddətinin xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2013-cü il tarixdən hesablanmasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladı Mehtizadə Aidə Namiq qızının sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərə findən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirilsə də, Aidə Mehtizadə xx.xx.2006-cı ildə doğulmuş və həmin tarixdən etibarən (anadangəlmə) sağlamlıq imkanları məhdud uşaq kimi anası İddiaçı himayəsindədir və sonuncu tərəfindən ona qulluq edilir. Buna görə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakterli olmaqla yanaşı, ağlabatan mühakiməyə də uyğun deyildir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtinasında, iddiaya qarşı etirazında və apellyasiya şikayətində göstərilənlər təşkil edir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci i l iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər... 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüq uqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yaz ılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. İddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 24. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana olmalı, müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür; iddiaçının arxiv arayışları və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020ci il tarixədək, xx.xx.2020-ci tarixdən xx.xx.2022-ci il tarixədək ö vladı X3 qulluq etdiyi dövr nəzərə alınmaqla) 18 il 6 ay 6 gün təşkil edir.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 13.11.201З-cü il tarixdə əlilliyi müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü övladı Mehtizadə Aidə Namiq qızına qulluq edilməsi müddətini xx.xx.2013-cü il tarixdən deyil, xx.xx.2006-cı il tarixdən hesablamaqla iddiaçının 25 ildən artıq sığorta stajına malik olması barədə səhv nəticəyə gəlmişdir.

27. Belə ki, xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 41-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. 28. xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

29. Beləliklə, iddiaçının xx.xx.2006-cı il təvəllüdlü övladı Mehtizadə Aidə Namiq qızının əlilliyi 13.11.201З-cü il tarixdə müəyyən edildiyindən, həmin şəxsə qulluq edilməsi müddətinin başlanğıcı bu barədə səlahiyyətli orqan tərəfindən əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi 13.11.201З-cü il tarixdən hesablanmalıdır.

30. Belə olan halda, iddiaçının 13.11.201З-cü il tarixdə əlilliyi müəyyən edilmiş övladına qulluq edilməsi müddətləri də nəzərə alınmaqla sığorta s tajı 25 ildən az təşkil etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normalarından irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

31. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-1788/2023 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar