Məhkəmə qərarları › İş №2-1(102)-1869/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1869/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1869/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-805/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur.

2. İddiaçınin əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, o, xx.xx.1976xx.xx.1977, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1985, xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1986-xx.xx.1986, xx.xx.1986-xx.xx.1990, xx.xx.1990x x.xx.1995, xx.xx.1995-xx.xx.2003, 1606.2003-xx.xx.2008-ci illərdə müxtəlif müəssisələrdə işləmiş, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

3. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xahişini təmin etməmiş və 26 avqust 2019-cu il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, xx.xx.1995-ci ildən xx.xx.2003-cü il tarixədək X2 şirkətində işlədiyi “kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çiling ər” peşəsi, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən (57 yaşdan) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Əmək kitabçasında işlədiyi həmin vəzifələrin adı 100% dəqiqliklə siyahı ilə üst-üstə düşməyə bilər, lakin bu iddiaçının iradəsi ilə baş verməmişdir. Siyahıda həmin vəzifənin adı yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinin çilingəri və ustaları kimi göstərilmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək işlədiyi “xətt qurğuları və abonent avadanlıqları üzrə elektrik montyoru”, xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək “tökmə sexində modelçi” və xx.xx.1995-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi “yeraltı kanalizasiya xətlərinin təmiri ilə məşğul olan təmirçi-çilingər” peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya h üququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”ndakı peşələr ilə üst-üstə düşmür. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)4300/2019 saylı qərarı ilə (hakim E.Əliyev) ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hüquqlarının yarandığı vaxtdan, yəni 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək iddianın rədd edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ( hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4300/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində etirazda əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının qeyd edilən peşələrdə işləd iyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Çünki iddiaçının xx.xx.1980-xx.xx.1985-ci illərdə işlədiyi “xətt qurğuları və abonent qurğuları üzrə elektrik motyoru”, xx.xx.1986-xx.xx.1990-cı illərdə işlədiyi “tökmə sexində modelçi”, xx.xx.1995-xx.xx.2003-cü illərdə işlədiyi “yeraltı kanalizasiya xətlərinin təmiri ilə məşğul olan təmirçi-çilingər” peşələri 2 saylı Siyahıda göstərilən peşələrlə üst-üstə düşmür. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmə k pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əməmk pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hrsabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına ma lik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 30.Əmək pensiyasını təyin edən orqan 30.1.Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pens iyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 20. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə 13. “b” bəndi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

22. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

23. İnzi bati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə c avabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

27. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrind ə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

28. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

29. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onun xx.xx.2006-cı il tarixinə 12 il 6 ay xüsisi stajının olmaması ilə əsaslandırmışdır.

30. Apelyasiya instansiyası məhkəməsi isə iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə (8 il 23 gün) çalışdığı kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçiçilingər peşəsini 2 saylı Siyahıda XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (22900000a-18447 - yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qə za-bərpa işlərinin çilingərləri), həmçinin apelyasiya şikayətinin dəlillərində mübahisələndirilən xx.xx.1980-xx.xx.1985-ci illərdə (4 il 5 ay 2 gün) işlədiyi “Azneft” Birliyinin Radio-telefon rabitəsi sahəsinin xətti qurğuların və abunə qurğularının elektromontyoru peşəsini 2 saylı Siyahının XXİX “Rabitə” bölməsində (23100000-19827 - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları), eləcə də xx.xx.2003-xx.xx.2006-cı illərdə (2 ildən çox) “X2” şirkətinin filialında işlədiyi operator peşəsini 2 saylı Siyahının Xİİ. “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində (21302000-2. N eft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a-15870 - quyuların yeraltı təmiri üzrə operatorlar) nəzərdə tutulmuş peşələrlə uyğunlaşdırmışdır.

31. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasında göstərilənləri, “X2” şirkətinin filialında işlədiyi operator peşəsi üzrə iş materiallarına əlavə olunmuş əmək müqavilələri və peşə təlimatlarında əksini tapmış məlumatları (işçinin əmək funksiyalarını) 2 saylı Siyahıda olan müvafiq təsnifatların fərqləndirici meyarları ilə tutuşdurub o nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi peşələrin 2 saylı Siyahı üzrə eyniləşdirməsi düzgündür.

32. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə işlədiyi yeraltı kanalizasiya xətlərinin t əmiri üzrə çilingər peşəsinin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustalar” peşəsinə aid olması barədə arayışda və xx.xx.2003-xx.xx.2006-cı illərdə “X2” şirkətinin filialında işlədiyi operator peşəsinin 2 saylı Siyahının Xİİ. “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində (21302000-2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a15870 - quyuların yeraltı təmiri üzrə operatorlar) nəzərdə tutulmuş peşələrə uyğun olması barədə iddiaçının iş yerlərindən verilmiş arayışlara da uyğundur.

33. B u qərarın 21-ci bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

34. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur.

35. İddiaçının əmək şəraiti ağır olan işlərdə işlədiyi xx.xx.1995-xx.xx.2003-cü, xx.xx.1980-xx.xx.1985-ci və xx.xx.2003-xx.xx.2006-cı illər toplam 12 il 6 aydan çoxdur. Yəni iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtl əri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-805/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar