Məhkəmə qərarları › İş №2-1(102)-1869/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1869/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1869/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1409/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1978-1983-cü illərdə Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə Texnikumunda təhsil almış və ona texnik-elektromexanik ixtisası verilmişdir.

2. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçının əmək kitabçasına əsasən, 3 oktyabr 1983-cü il tarixdən 2 mart 2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 4. "xxxx" ASC tərəfindən verilmiş 29 iyun 2020-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı xx.xx.1997-ci ildə (xx.xx.1997-ci il tarixli,№-21/ш saylı əmr) "xxxx" X6 Cihazlarının və X4, Təmiri və Sazlanması sahəsinə elektrik avadanlığının quraşdırılması üzrə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2002-ci ildə (əmr № 17ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №- 10-kş, xx.xx.2002-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin X2 sahəsinə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2003-cü ildə (əmr № 127-kş, xx.xx.2003cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı ildə (əmr №-65-kş, xx.xx.2006-cı il) "xxxx" MMC-nin X3 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin X8 Stansiyasının təmir sahəsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə işə qəbil edilmiş və xx.xx.2008-ci ildə (əmr № 08/17-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu ildə (əmr №-15/İ7-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmiri sexinə usta vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə (əmr №-125/17-kş, xx.xx.2012-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik ç ilingəri peşəsinə keçirilmiş və xx.xx.2013-cü İldə (əmr № 02/17-kş, xx.xx.2013-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir Göstərilən peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəslinin “a” və “b” bəndlərinə əsasən, Elektrik Stansiyalarında avadanlıqların təmiri, bölüşdürücü qurğuların və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikasına xidmət edən çilingərlərin, elektrik çilingərlərinin və ustaların işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 1 2 il 05 ay, 14 gün təşkil edir. Arayışda məlumat üçün bildirilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 nömrəli əmrinə əsasən “Azərenerjixüsusitəmir” müəssisəsi ləğv olunmuş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC, "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 040 nömrəli əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. 5. "xxxx" MMC tərəfindən verilmiş 9 iyul 2020-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı həqiqətən "xxxx" MMC-nin “EAT” müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003- cü il tarixli, 25/KŞ saylı əmr) xx.xx.2006-cı il tarixinədək 6 dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2006-cı il tarixindən (xx.xx.2006-cı il tarixli, 097/KŞ saylı əmr) öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tam iş günü ərzində zərərli və ağır iş şəraitində bilavasitə elektrik avadanlıqların təmiri ilə məşğul olmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün əsas əmək haqqına və əmək məzuniyyətinə qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmışdır. İddiaçı işlədiyi peşə, zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının Xİİİ bölməsinin 21400000-18455 kod və şriftinə əsasən ağır iş hesab olunur və yaşa görə güzəştli pensiya hüququn a təminat verir. Arayışın qeydinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********278400 saylı çıxarışa görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona birləşdirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. 6. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 2 iyul 2020-ci il tarixli arayışda qeyd edilmişdir; - İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexinə blokların xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1993-cü il. Əmr № 88). xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (xx.xx.1 996-cı il. Əmr № 146/K). xx.xx.1996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində transformatorların yağ açarları, hava açarları və kompressorların təmiri sahəsinə usta vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.1996 -ci il. Əmr № 97/K). xx.xx.1997-ci il tarixdə işdən azad olmuşdur (xx.xx.1997-ci il Əmr № 06/K). Zərərli iş şəraitində işlədiyi üçün 1993-1996-cı il tarixədək 12% əlavə əmək haqqı ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC Azərbaycan İstilik Elektrik X5 Cəmiyyət adlandırılmışdır. 7. "xxxx " MMC tərəfindən verilmiş 3 mart 2021-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 1 (bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün təşkil edir.

8. İddiaçı 18 avqust 2020-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

9. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 7 oktyabr 2020-ci il tarixli imtina haqqında məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində” transformatorların yağ açarları, hava açarları və kompressorların təmiri sahəsində usta vəzifəsində, xx.xx.2006- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 və Təmiri idarəsinin Generator və mühərriklərinin təmiri sexində elektrik çilingəri vəzifəsində və xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mü hərriklərinin təmiri sexində usta və elektrik çilingəri vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz sahələr yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun zərərli işə görə əmək pensiyasına çıxması ilə bağlı hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

11. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə 60 yaşının tamam olması ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmə si və 05 iyul 2020-ci il tarixdən bu günə kimi ona ödənilməli olan güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci il tarixdə Ağdan rayon Mexaniki və elektrikləşdirmə texnikumuna daxil olmuş, 1978-ci ildən 1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirmişdir. 1983-cü il tarixdə təsilini bitirib, xx.xx.1983-cü il tarixdən Mingəçevir SES-də 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində ça lışmışdır. xx.xx.1984-cü ildə həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə yüksəlmiş, xx.xx.1985-ci ildə isə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında elektrik sexi blokların paylayıcı sisteminə xidmət və təmir edən briqadasında 5-ci dərəcəli elektrik çilingəri peşəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma sahəsində usta vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilə qədər ("xxxx" ASC) "xxxx" X7 və paylayıcı avadanlıqlarının quraşdırılması, təmiri və sazlanması sahəsində X2 sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcı peşəsində çalışmışdır. Ümumilikdə xx.xx. 2015-ci ilə qədər elektrik çilingəri peşəsində çalışmışdır. Sonuncu işləmiş olduğu peşə Ağır maşınqayırma zavodunun Turbin Təmir sexinin Mingəçevir Təmir sahəsinin Mingəçevir Elektrik mühərriki və generator təmiri bölməsində (AZENCO ASC) 6-cı dərəcəli elektrik çilingəri peşəsi olmuşdur. “Azərbaycan İES” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05-16 saylı arayışa əsasən zərərli iş sahəsində işləməyi 1993-cü ildən 1996-cı ilə qədər müəyyən edilmişdir. “Energoservice” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/73 saylı arxiv arayışına əsasən zərərli iş sahəsində işləməyi 2003-cü ildən 2006-cı ilədək öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən verilmiş 01-71/277 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən güzəştli pensiya üçün 12 il 5 ay 14 gün stajının olması müəyyən edi lmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, güzəştli şərtlərlə pensiya almaq hüququ üçün nəzərdə tutulan stajı 12 il 6 aydan (1993-cü ildən 2015-ci ilədək) artıqdır. Ümumi sığorta stajı 25 ildən (1978-ci ildən 2020-ci ilə qədər) artıqdır. Qanunda nəzərdə tutulan 60 yaşı xx.xx.2020-ci ildən tamamlanmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, işləmiş olduğu sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən sahələrə uyğun gəlmədiyi bildirilmişdir. Cavabdeh nəzərdən qaçırmışdır ki, 1983-cü ildən 2015-ci ilə qədər işləmiş olduğu sahələr Mingəçevir və Sumqayıt şəhərində yerləşən elektrik stansiyaları olmuşdur. “Azərbaycan İES” “Energoservice” və "xxxx" ASCnin vermiş olduğu arayışlarda göstərilir ki, işlədiyi sahələrin dəfələrlə adları dəyişdirilmiş, müəssisələrin adları yeni adlar olsa da, fəaliyyət sahəsi eyni olaraq qalmışdır. Elektrik enerjisinin istehsalı üçün generatorlar, elektrik mühərrikləri, kompressorlar təmiri mütləq olan haldır. Həmin sahələr zərərli hesab olunduğu üçün 12% əlavə əmək haqqı almış və eyni zamanda bundan irəli gələn güzəştlər tətbiq edilmişdir. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı heç bir tutarlı əsas gətirmədən imtina edilmişdir. Sözü gedən qərarın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) tələblərinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilmişdir. İşlədiyi istər usta peşəsi, istərsə də elektrik çilingəri peşəsi həmin siyahıya daxildir.

13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçının işləmiş olduğu peşələri aşağıdakı səbəblərdən güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına səbəb olan peşələr hesab etmirlər: Güzəştli iş stajını təsdiq edən arayış təq dim edilmədiyinə görə, xx.xx.1983-xx.xx.1993-cü illərdə Mingəçevir SES-də işlədiyi elektrik çilingəri, xx.xx.1993-xx.xx.1996-cı illərdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexində blokların paylayıcı sistemində xidmət və təmir edən briqadada işlədiyi elektrik çilingəri, xx.xx.1996-xx.xx.1997-ci illərdə Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində işlədiyi usta peşələrinin 24-cü fəslin “a” və “b” bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə “elektrik quraşdırıcı” peşəsi nəzərdə tutulmadığına görə xx.xx.1997-5.05.2002-ci illərdə "xxxx" X7 və paylayıcı avadanlıqların quraşdırılması, təmiri və sazlanması sahəsində elektrik quraşdırıcısı,xx.xx.2002xx.xx.2003-cü illərdə "xxxx" ASC-nin "xxxx" MMC-nin X2 sahəsində elektrik quraşdırıcısı peşəsi 214000 0а-18455 saylı kodla (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) güzəştli olduğu qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. İddiaçı isə, arayışa əsasən, elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğuna görə xx.xx.2003-xx.xx.20 06-cı illər üzrə "xxxx" MMC-nin “EAT” müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində elektrik çilingəri peşəsini 24-cü fəslin “a” və “b” bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. Arayışdan iddiaçının məhz nəyin təmiri ilə məşğul olduğunu müəyyən etmək mümkün olmadığına görə xx.xx.2006-xx.xx.2008-ci illərdə işlədiyi "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin X8 stansiyasının təmir sahəsində elektrik çilingəri peşəsini; 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə yalnız avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama), qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları peşələri nəzərdə tutulmuşdur ki, iddiaçı onlardan heç birinə uyğun gəlmədiyinə görə xx.xx.2010-xx.xx.2012-ci illərdəki "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmir sexində usta peşəsini; 24-cü fəsil və həmin fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçının elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsi ndə işləməli olduğuna, habelə arayışda konkret peşəyə deyil, ümumi fəslə istinad olunduğundan iş yerinin iddiaçının peşəsini məhz hansı peşəyə uyğun hesab etdiyini müəyyənləşdirmək mümkün olmadığına görə, xx.xx.2012xx.xx.2013-cü illərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmir sexində elektrik çilingəri və xx.xx.2013-xx.xx.2015-ci il tarixlərdə işlədiyi "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsində elektrik çilingəri peşəsini.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3717/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia qismən təmin edilmiş, iddiaçıya 60 y aşdan, yəni pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1409/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik tə şkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı n əzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fər di hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsi Maddə 2.4.1.“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı - 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a yarımbəndi - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin güzəştli pensiya hüququ verən iş stajına aid olması ona dəlalət edir ki, nəinki qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına xidmət üzrə, həm də həmin sahə və avadanlıqların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri gü zəştli pensiya hüququ verən vəzifəyə aiddir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmalıdır.

29. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halla rının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar tələbin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İddiaçının işlədiyi peşələrin və sahələrin elektrik stansiyalarına, eləcə də elektrik stansiyalarının istehsalat sahələrinə, həmin sahələrdə istifadə və istismar olunan turbin və digər avadanlıqların istismarına, o cümlədən təmirinə aid və bağlı olduğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayışlar, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışlarda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışların tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

36. Yuxarıda istinad edilən normalar baxımından şəxsin g üzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı 5 iyul 2020-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1409/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar