Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1869/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçün cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası) “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-ci il tarixli, 2-1(103)1162/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletə əsasən, o, 27 sentyabr 1974-cü il tarixində OBKT-358 yanında Hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə qeyri-nizami xidmətə yararsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. Həmçinin, iddiaçı 20 aprel 1982-ci il tarixində Salyan RHK yanında Hərbi həkim komissiyası tərəfindən dinc dövrdə qeyri-nizami xidmətə yara rsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. 2. iddiaçıya ümumi xəstəlik səbəbilə xx.xx.2014-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə ə saslandırmışdır ki, hərbi xidmətdə olarkən hərbi həkim komissiyasının xəstəlik haqqında 27 sentyabr 1974-cü il tarixli 1363 saylı sənədinə əsasən, onda bağırsaq keçməzliyi xəstəliyi müəyyən edilmiş və 1974-cü ildə hərbi xidmət keçərkən aldığı xəsarətlə bağlı hərbi xidmətə yararsız kimi tərxis edilmişdir. 1985 və 1997c illərdə hərbi xidmətdə aldığı xəstəliklə əlaqədar Ukraynada əməliyyat edilmiş, 2007-ci ildə ona Ukraynada ömürlük əlillik təyin edilmişdir. Azərbaycan Respublikası vətəndaşlığını aldıqdan sonra 2014-cü il tarixdə ona ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və hərbi əlil kimi əmək pensiyasının ödənilməsi ilə bağlı bir neçə dəfə müraciətlər etsə də, ona rəsmi cavab verilməmişdir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz təqd im edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: O.Həsənov) 12 sentyabr 2022-ci il tarixli, 21(112)-2533/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh hazırkı halda iddianın təminini inzibati prosessual qanunvericiliyin müddəalarına əsasən istisna edən halları özü sübut etməlidir. Cavabdeh isə həmin halları sübut edə bilməmiş, iddiaçıya ümumiyyətlə ümumi xəstəlik səbəbindən 17 oktyabr 2014-cü il tarixdə əlilliyin təyin edilməsinə əsas olmuş heç bir sənədi təqdim edə bilməmişdir ki, məhkəmə iddiaçının əlilliyin təyin edilməsi zamanı məh z Ukraynada əlilliyin təyin edilməsi zamanı olan sənədlərin nəzərə alınmaqla və ona əlavə edilmiş sənədlər əsasında Azərbaycan Respublikasında əlilliyin ona təyin edilməsi barədə halın düzgün olub-olmadığını müəyyən edə bilsin. Nə qədər ki, cavabdeh həmin halların mövcud olmadığını sübut edə bilmir, məhz həmin sənədlər, o cümlədən Ukrayna Səhiyyə Nazirliyinin arayışı, xəstəlik haqqında sənədlər, iddiaçının SSSR dövründə müvafiq inzibati orqan tərəfindən şəhadətləndirilməsi əsasında mövcud olan sənədlərə uyğun olaraq ümumi xəstəlik səbəbindən yox, iddiaçının qeyd etdiyi səbəbdən əlillik müəyyən edilmiş olmalıdır. Təkrarən qeyd olunur ki, iddiaçı barəsində onun əlilliyin təyin edilməsinə əsas olan sənədləri saxlamaq vəzifəsi daşıyan inzibati orqanda həmin sənədlərin mövcud olmaması inzibati prosessual qanunvericilik baxımından iddiaçının ziyanına şərh edilməməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.Hüseynov – sədrlik edən və məruzəçi, Ş.Məmmədova və C.Yusifov) 5 aprel 2023-ci il tarixli, 2-1(103)1162/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmə məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə bağlı mövqeyi qanunsuzdur. Belə ki, təqdim olunmuş sənədlər Ukraina Respublikası ərazisinda aparılmış müayinə və əlillik təyini ilə bağlı sənədlərdir. Lakin Azərbaycan Respublikası ərazisində əlillik təyini yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında aparıla bilər. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəs i və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərba ycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES -də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspert izası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır....
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlil liyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir:... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir);... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edili r: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir....
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli a raşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı işin hallarına görə, iddiaçıya xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin iddiaçının tələbinin təmin edilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
26. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi t ibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.1974-cü il tarixdə 358 nömrəli hospitalın HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafası, 30 «b» maddəsinə (SSRİ MN-nin xx.xx.1973-cü il tarixli 185 nömrəli əmri) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlı şəhadətləndirilərək ehtiyata buraxılmışdır. Ukrayna Səhiyyə Nazirliyinin 088102 nömrəli arayışına əsasən, iddiaçı 2 qrup əlildir, əlilliyin səbəbi - xəstəlik hərbi xidmət dövründə yaranmışdır. X əstəliklə bağlı 1363 nömrəli 27 sentyabr 1974-cü il tarixli sənədə əsasən iddiaçı şəhadətləndirilmiş, sülh dövründə hərbi xidmətə yararsız olması müəyyən edilmişdir.
28. Cavabdeh əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas ola biləcək sənədləri, əlilliyin ilkin təyin sənədləri ilə müqayisə edərək səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək əvəzinə, əsas diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi məqsədilə iddiaçıya Milli Onkologiya Mərkəzinə getməsinin vacibliyini bildirmişdir. Başqa sözlə cavabdeh, əlillik üçün əsas olan xəstəliklə bağlı araşdırma aparmaq əvəzinə tamam başqa xəstəliklə əlaqədar inzibati araşdırma aparmışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının əlavə müayinəyə ehtiyacı var. Halbuki, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmaması, əlil olub-olmaması hazır kı mübahisənin predmeti deyildir. Hazırkı mübahisə əlilliyin səbəbli əlaqəsi ilə əlaqədardır. Cavabdeh hazırkı halda iddianın təminini istisna edən halları özü sübut etməli olmasına baxmayaraq, bu halları sübut edə bilməmiş, iddiaçıya ümumiyyətlə ümumi xəstəlik səbəbindən 17 oktyabr 2014-cü il tarixdə əlilliyin təyin edilməsinə əsas olmuş heç bir sənədi təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçının məhz Ukraynada əlilliyin təyin edilməsi zamanı olan sənədləri, Ukrayna Səhiyyə Nazirliyinin arayışı, xəstəlik haqqında sənədlər və SSSR dövründə müvafiq inzibati orqan tərəfindən şəhadətləndirilməsi nəzərə alınmaqla mövcud olan sənədlərə uyğun olaraq ümumi xəstəlik səbəbindən yox, iddiaçının qeyd etdiyi səbəbdən əlillik müəyyən edilməli olması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.
29. Eyni zamanda, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin o mövqeyi ilə də razılaşır ki, iddiaçı barəsində onun əlilliyin təyin edilməsinə əsas olan sənədləri saxlamaq vəzifəsini cavabdeh inzibati orqan daşıdığından, həmin sənədlərin mövcud olmaması inzibati prosessual qanunvericilik baxımından iddiaçının ziyanına şərh edilə bilməz.
30. İddiaçının 2-ci qrup əsgəri xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməklə əlil olması və bu səbəbdən də ona pensiyanın ödənilməsi iş materiallarında olan (iş səh. 31) DSMF publik hüquqi şəxsin 6 saylı regional ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 aprel 2021-ci il tarixli **********5 nömrəli məktubla da öz təsdiqini tapır.
31. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi “iddi açının təqdim etdiyi sənədlərin Ukrayna Respublikası ərazisində aparılmış müayinə və əlillik təyini ilə bağlı sənədlər olması” barədə dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəhadətləndirildiyi 1974-cü ildə Ukrayna və Azərbaycan eyni dövlət olan SSSR-in tərkibində olduğundan həmin dövlətin müvafiq funksiyalarını icra edən inzibati orqanların qərarlarının hüquqiliyinin mübahisələndirilməsi mübahisə predmeti təşkil etməməlidir.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-ci il tarixli, 21(103)-1162/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.