Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-187/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-187/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-485/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, **********32 saylı imtinasının qanunsuz hesab edilməsi və ünvan X 7-ci döngədə yerləşən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi bar ədə” Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə ona Mingəçevir şəhərində 602,82 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi uzun müddət iddiaçının mülkiyyətində və istifadəsində olmuş, habelə torpaq sahəsində onun tərəfindən yaşayış üçün ev tikilmişdir. Həmçinin, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2010-cu il tarixli, 857 qeydiyyat nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmiş dir ki, iddiaçının iddia etdiyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı, 312224 sayl torpaq sahəsinin plan və ölçüsündə göstərilən 602,82 kv.m torpaq sahəsinin faktiki ölçüsü və koordinatları və naturadakı vəziyyəti ilə üstüstə düşüb-düşməməsi barədə məlumatların əldə edilməsi məqsədilə cavabdeh tərəfindən həmin əraziyə baxış keçirilmişdir. İnventarlaşdırma və döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və elektron baza məlumatları ilə uyğunluğunun yoxlanılması zamanı iddiaçının adına verilmiş A seriyalı, 312224 nömrəli torpaq sahəsinin plan və ölçüsündə göstərilən 602,82 kv.m torpaq sahəsinin onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi, habelə plan və ölçüdə göstərilən torpaq sahəsinin keçmiş Tərəvəz çilik Sovxozunun ərazisi olmaqla, vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin üzərinə düşdüyü müəyyən edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(84)-393/2019 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, torpaq islahatı zamanı xx xxxx 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olaraq müəyyən edilmişdir. İddiaçıda qanunvericiliklə müəyyən edilmiş zəruri sənədlər mövcud olmamış, “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi isə keçmiş Tərəvəzçilik Sovxozunun ərazisi olmaqla, vətəndaşların mülkiyyətinə verilmiş pay torpaq sahələrinin üzərinə düşmüşdür. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-485/2019 saylı qərarı ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 8.0.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayət i verərək, onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən torpaq sahəsinin plan və ölçüsünü cavabdehə təqdim etmiş və daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Məhkəmə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması barədə iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.1, 15.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli, 293 nömrəli sərəncamı ilə memarlıq və tikinti şöbəsinə şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılmasının təmin edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin xahiş olunması, memarlıq və tikinti şöbəsinə qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunv ericiliyə uyğun olaraq sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflər verməsinin tapşırılması, memarlıq və tikinti şöbəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə şəhər bələdiyyəsi və hüquq mühafizə orqanları ilə birlikdə sənədləşdirilməsi məqsədəuyğun hesab edilməyən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılmasının təmin edilməsinin tapşırılması qərara alınmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2009-cu il tarxili, 184 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli, 293 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş və onların əsasında yerquruluşu sənədlərinin verilməsi dayandırılmışdır. İddiaç ının adına verilmiş A seriyalı 312224 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli 293 nömrəli sərəncamı əsasında 602,82 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı verilmişdir. Cavabdehin xx xxx 2019-cu il tarixli imtina məktubundan və ona əlavə edilmiş sxemdən və yerləşmə planlarından görünür ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi idarənin elektron xəritə bazasında vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin üzərinə düşür. A seriyalı 312224 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. A seriyalı 312224 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahə si keçmiş Tərəvəzçilik Sovxozunun ərazisi olmuş, vətəndaşların mülkiyyətinə verilmiş (pay) torpaq sahələrinin üzərinə düşür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik xx xxxx 2006-cı il tarixədək torpaq sahələrinə mülkiyyət hüquqlarının vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında qeydə alınmasını müəyyən etmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olmamış, habelə iddiaçının istinad etdiyi torpaq sahəsi plan və ölçüsündə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı təqdim edilmiş və torpaq sahəsinin plan və ölçüsü vaxtılə bu sahə üzrə səlahiyyətləri həyata kecirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir ki, bu sənədlər onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz ə mlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti ortqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İddiaçı belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli, 293 nömrəli sərəncamına istinad etmişdir. Həmin dövrə münasibətdə Azərbaycan Respublikası Torpq Məcəllsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyy ən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edil dikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin üm umiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdiilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahəl ərinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. İddiaçının təqdim etdiyi 2010-cu il tarixinə aid “Torpaq sahəsinin plan və ölçüsü” adlı sənəddə isə torpaq sahəsinin “həyətyanı torpaq sahəsi” olduğu qeyd edilmiş və onun tərtib edilməsinin əsası kimi göstərilmiş 2004-cü il tarixili sərəncama istinad edilmişdir. Halbuki, qeyd edildiyi kimi, 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışdırlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Qanunveriicliyin aparılmış təhlilinə uyğun olar aq məhkəmə kollegiyası bildirir ki, bu hissədə apellyasiya məhkəməsinin cavabdehin imtinasına dair verdiyi hüquqi qiymət qanunamüvafiqdir. Yəni iddiçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam həmin torpağa dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 5 36 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri;torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatlar ı və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölcüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölcüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmamalı və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi düzgün olaraq qəbul edilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-485/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova