Məhkəmə qərarları › İş №2-1(102)-187/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-187/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-187/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pe nsiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 21(103)-1531/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-ci ildə Neftçala rayonunun Mirqurbanlı kəndində doğulmuşdur. 22.11.1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 12.04.1982-ci il tarixdən 06.06.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı 10.2019-cu il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir.

3. Cavabdeh 21.10.2019-cu il tarixli, **********8 nömrəli məktubla iddiaçının təqd im etdiyi sənədlər əsasında onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyini və bu səbəbdən onun ərizəsinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin **********8 nömrəli, 21 oktyabr 2019-cu il tarixli imtinasının qanunsuz və əsassız hesab edilməsi, ona pensiya hüququnun yarandığı 25.12.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişd ir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx.xx.1960-ci ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuşdur. 22.11.1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 12.04.1982-ci il tarixdən 06.06.2018-ci il tarixədək müxtəlif işlərdə işləmişdir. 01.01.2006-ci il tarixədək ümumi iş stajı 27 il təşkil edir. Bu stajın 14 ili zərərli sahələrə aiddir. 2006-ci ilə qədər ümumilikdə 27 il iş stajı, bunun da 14 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıya (2130200a-14012 qaldırıcıların maşinistləri) əsasən zərərli sahələrdə qazandığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşından yaranmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonu ncu tərəfindən onun müraciəti təmin olunmamışdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin 01.06.2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddianın təmin edilməsi, cavabdehin **********8 nömrəli, 21.10.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçıya 57 yaşının tamam olduğu 25.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günə, yəni 01.01.2006cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli Siyahısında (2130200a-14012 qaldırıcıların maşinistləri) nəzərdə tutulan peşədə iş stajı 14 il, ümumi iş stajı (25 il 07 ay 19 gün olduğu üçün) 25 ildən çox olduğu üçün, onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məh kəməsində birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.11.2020-ci il tarixli, 2-1(103)-1513/2020 saylı qərarı ilə (hakimlər Elmira Nağıyeva-sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, “cavabdehin **********8 nömrəli 21 oktyabr 2019-cu il tarixli imtinasının qanunsuz və əsassız hesab edilməsi, iddiaçıya pensiya hüququ yarandığı gün, yəni 57 yaşı tamam olduğu 25.12.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, i ddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının tədqiqi zamanı işçinin əmək stajı barədə məlumatların kitabçaya dəqiq daxil edilmədiyi müəyyən edilmiş, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının işə qəbul və işdən azad olma barədə əmrlərinin tarixləri ilə əmrlərin qeydiyyat kitabının açılıb-bağlanma tarixləri arasında, habelə sorğuya cavab məktubuna əlavə olunmuş əmrlərin surətlərində ziddiyyət olduğu aşkar edilmişdir. Eyni zamanda, iddiaçının 10.05.1978-ci ildən 05.11.1979-cu ilədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləməsi və həmin qeydin əmək kitabçasında əks olunmaması onun həqiqiliyinə şübhə yaradır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(102)-649/2021 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova-sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.11.2020-ci il tarixli, 2-1(103)-1513/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmrlərin qeydiyyat kitabının üzlüyünün ksero surətində kitabın açılma və bağlanma tarixlərinin əmrlərin tarixi ilə ziddiyyət təşkil etməsi, hələ həmin əmrlərin mötəbər olmadığı mənasına gəlmir. Belə ki, sübutla rın araşdırılması barədə prosessual normaların tələblərindən göründüyü kimi, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, iddiaçının işə qəbul və işdən azad olma barədə əmrləri ilə əmrlərin qeydiyyat kitabı arasında ziddiyyət yarandığı təqdirdə məhkəmə əmrləri mötəbər hesab etməməklə kifayətlənməməli, hər iki sübutu, eləcə də iş materiallarında olan digər sənədləri tam və hərtərəfli araşdırmalı, bu sübutları tərəflərin izahatları ilə birlikdə qiymətləndirməli və yalnız bundan sonra sübutlardan hansının mötəbər olduğunu aydınlaşdırmalı, iddianın əsaslı olub-olmadığına qiymət verməli idi. Apelyasiya instansiyası məhkəməsi əmrlərin qeydiyyat kitabı ilə əmrlər arasında ziddiyyət yarandığına istinad edərək iddia tələbini əsassız hesab etsə də, qərarın məzmunu ndan görünür ki, məhkəmə iclasında qeydiyyat kitabının tam və hərtərəfli araşdırılması aparılmamış, məhkəmənin bu mövqeyi yalnız qeydiyyat kitabının üzlüyünün ksero surətində göstərilən tarixlərə əsaslanmışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1531/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Aidə Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(112)594/2020 saylı qərarı iddiaçıya ödənilməli olan ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi hissəsində “birdəfəlik” ödəniş qaydası istisna olmaqla dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi h esab etmişdir ki, iddiaçıya 25.12.2017ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi barədə düzgün nəticəyə gəldiyi üçün, qərarda həmin məbləğin ödənişinin “birdəfəlik” göstərilməsi kobud pozuntu hesab edilmədiyi üçün qanuni və əsaslı olan məhkəmə qərarının bu əsasla ləğvi üçün əsas yaratmır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə əsasən, iddiaçının əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı ya əmək kitabçası, ya da onun üzürlü səbəblərdən olmadığı halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə müəyyən edilsə də, iddiaçı stajının yalnız arayışlar əsasınd a müəyyən edilməsini tələb edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin mü vafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

23. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 24. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququn a aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. M a d d ə

30. Əmək pensiyasını təyin edən orqan 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə fa ktik müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, x asiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kasasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixinədək işlədiyi dövr iş materialları ilə qanunla nəzərdə tutulmuş qaydada əksini tapmamışdır. Başqa sözlə, hazırkı mübahisə iddiaçının həmin dövrə aid ümumi iş stajı ilə bağlıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 10.05.1978-ci il tarixində Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsinə işə qəbul olunması barədə 10.05.1978-ci il tarixli, 78 saylı əmr (iş.v.135-139) məhkəməyə təqdim olunmuş əmrlərin qeydiyyatı jurnalının təsdiq olunmuş surətindəki (açılma tarixi 28.04.1978, bağlanma tarixi 21.11.1978) qeydlərə əsasən mövcud olmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının işdən azad edilməsi ilə bağlı 05.11.1979-cu il tarixli, 193 saylı əmr (i.v. 9 6) də mövcud olmuşdur və bu barədə əmrlərin qeydiyyatı jurnalında müvafiq qeyd də aparılmışdır (qeydiyyat jurnalından çıxarışda əmrin məzmunu səlis şəkildə yazılmışdır).

35. Bundan başqa, həmin dövr iş üzrə materiallara əlavə edilmiş iddiaçının iş yerindən arayışla və əmək kitabçasında aparılmış müvafiq qeydlərlə təsdiq olunur. Belə ki, əmək kitabçasında qeyd olunmuşdur ki, əmək kitabçası tərtib edilənə qədər iddiaçının 1 il 5 ay 24 gün stajı mövcuddur və həmin qeyd Neftçala şəhər Rabitə qovşağının 27.04.1982-ci il tarixli arayışına istinadən aparılmışdır. İş üzrə materiallarda həmin qeydin və onun əsasında dayanan arayışın mötəbərliyini şübhə altına alan hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

36. Bu baxımdan məh kəmə kollegiyası hesab edir ki, iddiaçının 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixədək işlədiyi dövrlə bağlı cavabdehin kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz.

37. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 10.05.1978-ci il tarixindən 05.11.1979-cu il tarixədək poçtalyon vəzifəsində işlədiyi dövr (1 il 5 ay 25 gün) də nəzərə alındıqda, yuxarıda istinad olunan 01.01.2006-cı il tarixədək qüvvədə olmuş normalara əsasən, iddiaçı sosial təminat hüququnun tanınmasını tələb etməkdə haqlıdır.

38. Belə ki, iş üzrə iddiaçının hərbi xidmət dövrü (2 il 5 gün), 10.05.1978-ci il tarixdən 05.11.1979-cu il tarixədək poçtalyon vəzifəsində işlədiyi dövr (1 il 5 ay 25 gün) və əmək kitabçasındakı məlumatlara əsasən işlədiyi müddət (21 il 10 ay 9 gün) nəz ərə alındığı təqdirdə, onun 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 2 ay 9 gün ümumi stajının olduğu müəyyən olunur.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qə rardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbinin təmin olunmasından imtina etdiyi hallarda, imtina haqqında qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pensiya hüququnun yarandığı 25.12.2017-ci il tarixdən 57 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üzrə pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır.

43. Nəzərə almaq lazımdır ki, ötən dövr üzrə pensiya məbləğinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Həmin normaya uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

44. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasını n 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

45. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 21(103)-1531/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar