Məhkəmə qərarları › İş №2-1(102)-187/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-187/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-187/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: 4KDBARK) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ya şa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-105/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialı (Balakən rayon şöbəsi) tərəfindən xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya xx.xx.2018-ci il tarixdən 185.66 manat yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2018-xx.xx.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam ödənilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-670 /2019 nömrəli qərarına əsasən, iddiaçı cavabdeh DSMF-nin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda ali təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilən kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət təmin edi lməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 156 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası elektron qaydada təyin olunmuş, pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 25 il, xx.xx.2006cı ildən pensiya hüququ yaranan tarixədək 6975.40 manat pensiya kapitalı nəzərə alınmışdır. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarına əsasən onun əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Həmin müddətin onun xx.xx.2006-cı il tarixədək olan stajının üzərinə daxil edilərək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlərin şöbəyə təqdim olunması xahiş olunmuşdur.

4. Cavabdehin iddiaçıya ünvanla dığı digər xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, ona xx.xx.2019-cu ildən elektron qaydada xx.xx.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, xx.xx.2006-cı ildən pensiya hüququ yaranan xx.xx.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına, 8295.28 manat kapitala əsasən 173,87 manat pensiya təyin edilmişdir. Məhkəmə qərarına əsasən iddiaçının əyani təhsil müddəti nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 193.10 manat pensiya təyin olunmuşdur. xx.xx.2018-ci ildən ona ödənilməmiş 2013 manat aylar üzrə pensiyasının üzərinə əlavə edilməklə (193.10 + 195.10 = 388.20 manat) aylar üzrə ödəniləcəkdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə ol unmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 3 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci m addəsində qeyd olunur ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onlarn fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (sonuncu cümlə 2017-ci il iyulun 1dən qüvvəyə minir). 2017-ci il iyulun 1-dən sonra pensiya hüququ yaranan şəxslərə pensiya hesablanarkən Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinin qaydası nəzərə alınmaqla pensiyanın məbləği müəyyən olunmalıdır.

8. İddiaçıya 2018-ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunan olduğu halda, Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsi nəzərə alınmadan pensiya təyin edilmiş və hesablanmışdır. Cavabdehin etirazları:

9. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazda işin halları və imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi staj m əlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 29 il 4 ay, xx.xx.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X1) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017-ci il tarixə 80% artırılmışdır. xx.xx.2019-cu il tarixə həmin qanunun 29-cu maddəsinə əsasən iddiaçıya aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmış, Qanunun 6.1-ci maddəsinə əsasən iddiaçının pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmış dır. xx.xx.2020-ci il tarixinə iddiaçının pensiyası həmin qanunun 29cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi hələ də davam etdirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2018-ci ildə ona pensiya təyin edilmiş, təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 29 il 4 ay, xx.xx.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X1) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017-ci il tarixə 80% artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçı hesabında xx.xx.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (xx.xx.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və xx.xx.2006-cı il tarixindən hüququnun yarandığı xx.xx.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı xx.xx.2 019-cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli qərarı ilə (hakimlər: A.A.Mahmudov /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(102)-2387/2021 nömrəli qərarı ilə (hakimlər: Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(107)329/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhk əməsinin qərarının “əsaslandırma hissəsində” xx.xx.2006-cı ildən sonra iddiaçının fərdi hesabın sığorta hissəsində 7 il 3 ay üçün 6158,44 manat məbləği göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin məbləği yalnız yazmaqla kifayətlənmiş, hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün həlledici məqam olan bu məsələni, yəni sözügedən 6158,44 manat məbləğin iddiaçının pensiya kapitalına “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbləri baxımından 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanması məsələsini tam və hərtərəfli araşdırmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-105/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik e dən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına iddiaçıya pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, 6.158,44 manatın 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanması barədə sorğu edilmiş, xx.xx.2022-ci il tarixli **********9 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Fondun Sosial Sığorta v ə Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək (xx.xx.2018-ci il tarixədək) ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği 7023,78 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511,89 manat təşkil edir (7023,78 manat məbləğin 50 faizi). Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 6321,40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır (3.511,89 manat+80%=6.321,40).

20. Göründüyü kimi, iddiaçı fərdi hesabının sığorta hissə sində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılıb 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyası yenidən hesablanmasını tələb etsə də, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılmış və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır.

21. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması və ya işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Kassas iya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2022-ci il tarixli **********9 nömrəli və eyni zamanda cavabdeh orqanın iddiaçıya ünvanladığı 31 avqust 2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək (xx.xx.2018-ci il tarixinədək) ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği 7023.78 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511.89 təşkil edir (7023.78 manat məbləğinin 50 faizi). İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılar aq 6321.40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır. (3,511.89 manat x 80 % = 6.321,40).

23. Kassator qeyd etmişdir ki, cavabdeh orqan tam aydın şəkildə göstərmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən 01.01. 2018-ci il tarixədək ödədiyi məcburi sosial sığorta haqlarının məbləği 7023.78 manat təşkil edir. Bu rəqəm iş materiallarında ən mötəbər sənəd olan “Sosial arayış”da 2006-cı ilin yanvar ayınadan 2018-ci ilin 01 yanvar tarixinədək onun şəxsi hesabında toplanmış 5657.00 manat pensiya kapitalının 2018-ci il 01 yanvar tarixinə indeksləşdirilməsi ilə yaranmış məbləğdir. Cavabdeh həmin məktubu ilə aydın şəkildə məhkəməyə məlum edir ki, iddiaçının pensiyası hesablanarkən onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə toplanmış 7023.78 mana t pensiya kapitalı olub, amma onun 50%-i yəni 3,511.89 manatı 80% artırılaraq alınmış 6321.40 manatdan pensiya hesablanmışdır.

24. Qanunun tələbinə görə isə pensiyaya çıxdığı tarixə toplanmış 7023.78 manat pensiya kapitalı 80 % artırılmaqla pensiya hesablanmalı idi. 7023.78 manat X 80 % = 5619.00 manat. Nəticədə 7023.78 manat + 5619 manat = 12642.78 manatdan pensiya hesablanmalı idi. İİ pillə üzrə (2006-2018-ci illər) pensiya məbləği 12642.78: 144 = 87.79 manat olmalı idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərd i hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 1.0.12-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinəqeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 27. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 28. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “ Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisəyə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış və iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(102)-2387/2021 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarla iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

34. Ali Məhkəmənin İnzibati Kollegiyasının sözügedən qərarından göründüyü kimi, Ali Məhkəmə inzibati mübahisəyə dair öz hüquqi mövqeyini bildirməklə, apellyasiya instansiyası məhkəməsinə məcburi xarakter daşıyan konkret göstərişlər vermişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İPM-nin 96.11-ci maddəsinə riayət etməklə, Ali Məhkəmənin hazırkı inzibati mübahisə üzrə hüquqi mövqeyini əks etdirən bütün göstərişləri yerinə yetirmiş, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən aidiyyəti orqana iddiaçıya pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən 6.158,44 manatın 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanması barədə sorğu edilmişdir. Həmin sorğuya xx.xx.2022-ci il tarixli **********9 nömrəli cavab m əktubunda göstərilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 6321,40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır (3.511,89 manat+80%=6.321,40).

38. Bununla da, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılmış və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır.

39. Pensiya kapitalının 80% artırılmasının bütövlükdə məcburi dövlət sosial sığorta haqlarının məbləği ilə (7023.78 manat) hesablanmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası sığor ta hissəsindən və yığım hissəsindən ibarətdir.

40. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən işin hallarından görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği 7023,78 manat təşkil etsə də, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511.89 təşkil edir və qanuna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən həmin məbləğ 80 % artırılmaqla 6.321,40 manata çatdırılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar