Məhkəmə qərarları › İş №2-1(102)-1870/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1870/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1870/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 2-1(107)138/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə aç ıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: ünvan 1 ünvanda yerləşən mənzil 1990-cı il 24 aprel tarixli dəyişmə orderi əsasında X1 altı nəfər ailə üzvləri ilə birlikdə verilmişdir. Həmin mənzil 2011-ci il 27 dekabr tarixdə iddiaçının adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2015-ci il 28 dekabr tarixli 2(051)-4229/2015 nömrəli qətnaməsi ilə ünvan 3 nömrəli evin 1 nömrəli mənzilinin ətrafındakı 0,0846 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmış və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Mingəçevir şəhəri, Ərəş küçəsi 4 A ünvanında yerləşən 846 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 3 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçı 2018-ci il 11 oktyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən 846 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ünvan 1 evin 1 nömrəli mənzilin yerləşdiyi 846 kv.m torpaq sahəsi 1990-cı ildən onun istifadəsində olmuş, Mingəçevir Şəhər Məhkəməsinin 2015-ci il 28 dekabr tarixli 2(051)-4229/2018 nömrəli qətnaməsi ilə Mingəçevir şəhəri Ərəş küçəsi 4A nömrəli evin 1 nömrəli mənzilinin ətrafındakı 0,0846 ha torpaq sahəsi üzərində onun istifadə hüququ tanınmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 dekabr tarixli 2-1(84)-1687/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 846 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2015-ci il 28 dekabr tarixli qətnaməsi ilə iddiaçı mübahisəli torpaq sahəsi üzərində istifadə hüququ tanındığından, cavabdehin istinad etdiyi hal iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 fevral tarixli 2-1(107)-138/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya instansiyası məh kəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 2-1(107)-138/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 7 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 8 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə birtərəfli və səthi yanaşmış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139-cu maddəsinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 9 4.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşl arın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Apellyasiya instansiyası məhkəməsi həmin normaları hazırkı işə tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2015-ci il 28 dekabr tarixli 2(051)4229/2018 nömrəli qətnaməsi ilə Mingəçevir şəhəri Ərəş küçəsi 4A nömrəli evin 1 nömrəli mənzilinin ətrafındakı 0,0846 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanındığı və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi, həmin məhkəmə aktı və dövlət qeydiyyatı ilə təsdiq olunan hüququn obyekti kimi torpaq sahəsinin 1990-cı ildən istifadədə olduğu, buradan, həmin torpaq sahəsindən istifadənin qanuniliyinin də 1990-cı ildən başlayan müddəti əhatə etdiyi nəzərə alındıqda, iddiaçının "Torpa q islahatı haqqında" Qanunun 9-cu maddəsindən irəli gələn mülkiyyət hüququ olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə istinad etməkdə də haqlı olmuşdur. Həmin normanın tələbinə görə, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Beləliklə, iddiaçının iddia ərizəsində göstərilən məzmunda, İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 2-1(107)-138/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə Z.M.Quliyev Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar