Məhkəmə qərarları › İş №2-1(102)-1870/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1870/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1870/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Yasamal İcra Hakimiyyətinə (3-cü şəxslər Yusifov Famil Aslan oğlu, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ 2-1(102)-1870/20 Açar sözlər: sərəncamın ləğvi, iddianın mümkün sayılmaması. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının və kili X1, 3-cü şəxslərin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər Yusifov Famil Aslan oğlu, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə sərəncamının ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-934/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, mənzil 11 Cavabdeh sərəncamına əsasən xx xxxx 1993-cü il tarixdə hərbiçi old uğu xidməti orderlə İddiaçı verilmişdir. 1993-cü il tarixdə Laçın rayonundan olan məcburi köçkün Yusifov Famil Aslan oğlu öz ailəsi ilə onun xəbəri olmadan mənzilin qapısını qıraraq zəbt etmişdir. xx.xx.2001-ci il tarixdə 030458 saylı order almış və xx.xx.2005-ci il tarixdə həmin mənzil Yusifov Famil Aslan oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2005-ci il tarixdə 37 saylı X4 4-Ə-2/308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. İddiaçı bundan sonra iddiaçı Yasamal İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1648 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmsasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxa nı Rayon Məhkəməsinin 2127/1995 saylı xx.xx.1995-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə Yusifov Famil Aslan oğlu və ailəsi ona aid olan mənzili boşaltmamışdır. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə məcburi köçkünlərin torpaqlar azad olunana qədər zəbt etdikləri mənzillərdən çıxarılmaması barədə göstəriş vermişdir. 2018-ci ildə ona bəlli olmuşdur ki, Yusifov Famil Aslan oğlu qeyri-qanuni olaraq zəbt etdiyi evə dair Cavabdeh xx.xx.1997-ci il tarixli 1648 saylı sərəncamını əldə etmişdir. xx.xx.2001-ci il tarixdə 030458 saylı order almış və xx.xx.2005-ci il tarixdə həmin mənzil Yusifov Famil Aslan oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2005-ci il tarixdə 37 saylı X4 4-Ə-2/308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyya tdan keçmişdir. Eyni zamanda nəinki qətnamə əsasında ona məxsus mənzili, həmin mənzilin bir mərtəbə yuxarısında olan və hazırda yaşadığı mənzili də zəbt etmişdir. O isə hələ də kirayə və yataqxanalarda qalmağa məcbur olmuşdur. Hesab edir ki, mənzil order əsasında ona məxsus olduğundan və Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən Yusifov Famil Aslan oğlu və ailəsinin mənzildən məcburi çıxarılması təmin olunduğundan Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 123 saylı evin 11 saylı mənzilinə dair xx.xx.1997-ci il tarixdə verilmiş Sərəncam və onun hüquqi nəticələri ləğv edilməli, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, çıxarış ləğv edilməli və mənzil ona qaytarlmalıdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin və 3-cü şəxsin nümayəndəsi iddia tələbinə qarşı eti raz edərək iddianın mümkün sayılmamasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim A.bdullayeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə qanuni qüvvəsini almış qətnamə təqdim edilmişdir və həmin qətnamədə eyni ünvana dair 1993-cü il və 2001-ci il tarixli order verilmişdir. Qaçqın və məcburi köçkünlərə order verilməsi nəzərdə tutulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-875/2019 saylı, xx xxxx 2 019-cu il tarixli qərardadı ilə (hakimlər Ü.A.Mayılov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və K.N.Abıyeva) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs Yusifov Famil Aslan oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, mübahisəli sərəncam 1997-ci ildə qəbul olunmuş və sərəncamın qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ötən 20 il ərzində iddiaçının sərəncamdan xəbərdar olmaması inandırıcı deyil. İddiaçı artıq 1995-ci ildən etibarən mübahisəli mənzildə F.Yusifovun yaşadığını bilirdi və ötən illər ərzində iddiaçının bu məsələni araşdırmaması, onun hansı hüquqla həmin evdə yaşamasını müəyyən etməməsi ağlabatan deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2098/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.K.Hüseynov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulzadə və Quliyev.Z.M) üçüncü şəxs Yusifov Famil Aslan oğlunun kassasiya şikayəti mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim A.bdullayeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı şikayət verərək birinci instansiy a məhkəməsinin qərardadının ləğv edib yeni baxışa göndərilməsini xahiş etmişdir` Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər H.Ü.Həmidov (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və V.M.Məmmədov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Tərəflərin izahatları: İddiaçının vəkili İsmayılov Yusif Yaşar oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin vəkili X 6 şikayətin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, a şağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, inzibat orqan tərəfindən 1997-ci ildə qəbul olunmuş inzibati aktın qismən etibarsız olunmasını tələb edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxıl malı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edi lir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompens asiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Kassasiya şikayətinin dəlilləri əsassızdır və ape lyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-934/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar