Məhkəmə qərarları › İş №2-1(102)-1870/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1870/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1870/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxxx 1951-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət S osial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1951-ci il təvəllüdlü İddiaçı 30.7.1970-ci ildən 12.5.2009-cu ilədək əmək stajı var. Həmin müddət ərzində 1.4.1983-cü ildən 12.5.2009-cu ilədək “Şirvanneft” NQÇ-nin ETİİŞ-in layların nəticələri və təhlili laboratoriyasında mühəndis və geoloq vəzifəsində işləmişdir. Ona, 10 oktyabr 2002-ci il tarixdən yəni, 51 yaşından 3 uşaqlı ana kimi pensiya təyin edilmişdir.

2. İddiaçı ona güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının əmək haqqı əsasında hesablanması barədə cavabdehə 2019-cu ildə iki dəfə müraciət etsə də müraciəti təmin edilməmişdir.

3. Cavabdeh 22.1.2019-cu ildə **********8 nömrəli məktubunda ərizənin təmin olunmasında imtina edərək bildirmişdir ki, vətəndaşların əmək pensiyasının əmək haqqına uyğun hesablanması 2010-cu il tarixdən qanunla ləğv edilmişdir. Bu səbəbdən yaşa görə əmək pensiyanın əmək haqqına uyğun yenidən hesablanması mümkün deyildir. 10 dekabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşə lərin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunmuş 30 iyul 1970-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-nin neft mədən və ətraf mühitin mühafizəsi laboratoriyasında mühəndis, geoloji şöbədə geoloq və böyük geoloq vəzifələrində işlədiyi sahələr və vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun olmadığından güzəştli şərtlərə görə əmək pensiyasının təy inatı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 27 yanvar 2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəl ik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə ona 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat alırdı.57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər “Şirvan OYL” şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini təmiz Neft Sənayesində işləmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fə rqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin orqan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərin surətinə əsasən işlədiyi “geoloq və böyük geoloq” vəzifəsi siyahılarda nəzərdə tutulmamışdır. Məhkəmə təcrübəsinə əsasən, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: məhkəmə hesab edir ki, siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə yerin altında və üstündə habelə qısamüddətli və ya uzun müddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitindən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, Azərbaycan respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzi bati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1988-ci ildən 2009-cu ilədək şöbədə geoloq vəzifəsində çalışmışdır və iddiaçı iddia edir ki, həmin işlədiyi peşə zərərli peşə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssislər i: mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən iş sahələrində və ya zərərli iş şəraitində işləməmişdir. İstinad edilən siyahıda geoloqlar göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin geoloqu kimi deyil, idarədə və laboratoriyada geoloq kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla müəyyən olunur ki, iddiaçının geoloq peşəsində işləməsi zərərli şəraitdə olmamışdır.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apel lyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2021 saylı, 9 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Məmmədov-sərdlik edən, V.Ə.Baxışova və A.S.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2081/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev-sədrlik edən, R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2-1(103)772/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, məhkəmələr iddiaçının işlədiyi vəzifələrin funksional mahiyyətini araşdırmadan, SOCAR-a bu barədə sorğular vermədən iddiaçının işlədiyi vəzifələrin həmin siyahıda göstərilən vəzifələrə uyğun gəlməməsinə dair gəldiyi nəticə əsaslı sayıla bilməz. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva-sərdlik edən, H.Ü.Həmidov və C.A.Yusifov) Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı müvafiq göstərişləri nəzərə alınmış məhkəmə tərəfindən SOCAR-a sorğu ünvanlamışdır. Sorğuya cavab olaraq cavab məktubuna əsasən, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verən «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı»nın «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının ha silatı» yarımbölməsində və «Ümumi peşələr» bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etməmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə iddia ərizəsinin məzmunu eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kasasiya şikayətinə dair etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21.”Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:(xx.xx.2006-cı il tarixli redaksiya) Maddə

26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1 Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2 Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 26.3 Bu Qanunun 20.1.1— 20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. 26.4 Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.5 Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2-26.5-ci maddələr müvafiq olaraq 26.3-26.6-cı maddələr hesab edilsin və bu Qanuna 26.2- ci maddə əlavə edilmişdir. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2-ci maddəyə qeyd əlavə edilmişdir. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2- 26.5-ci maddələr müvafiq olaraq 26.326.6-cı maddələr hesab edilsin və bu Qanuna 26.2-ci maddə əlavə edilmişdir. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2-ci maddəyə qeyd əlavə edilmişdir. 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudi yyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır." 26.2-ci maddəyə aşağıdakı məzmunda qeyd əlavə edilsin: "Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir”. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 879) ilə 26.2-ci maddə və həmin maddənin "Qeyd" hissəsi çıxarılmışdır. Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmə k pensiyası hüquqlarının nəzərə alınması (xx.xx.2006-xx.xx.2010) 27.1 Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2 Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyə ti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. (28 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir). 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin komp ensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına dax il edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət ləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyas ı məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi, ona 2008-ci ildən 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsidir.

28. Kassatorun dəlili ondan ibarətdir ki, 10 oktyabr 2008-ci ildə 57 yaşı tamam olmuşdur. 39 il ümumi iş stajı var. Onun 26 ilini neft sənayesində işləyib. Ona məcburi dövlət sığorta stajı əsasında pensiya təyin olunub, əslində isə əmək haqqına uyğun pensiya təyin olunmalı idi. Cavabdehə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanması xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun hesablanması 2010-cu il tarixli qanunla ləğv edildiyindən mövcud qanunvericilikdə mümkün deyil”. Məhz bu səbəbdən o məhkəməyə müraciət edərək pensiyanın 85% həcmində hesablanmasını tələb etmişdir.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının tələb olunan güzəştli iş stajının mövcud olub-olmaması məsələsini araşdırıb qiymət verməklə kifayətlənmiş, iddiaçıya 2008-ci ildən 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinin əsaslılığını araşdırmamış və müvafiq qiymət verməmişdir.

30. Belə ki, iddiaçı həm dəqiqləşdirilmiş iddia tələbində, həm də inzibati işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılarkən məhkəməyə ünvanlanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, onun tələbi 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsidir. Lakin, apellyasiya instansiyası məhkəməsi t ərəfindən qeyd edilən tələbə qiymət verilməmişdir.

31. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-835/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. İşə təkrar baxan məhkəmə iddiaçının dəqiqləşdirilmiş tələblərinə hazırki qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verməli, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.

33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-835/2022 nömr əli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar