Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1870/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin onun adına qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023cü il tarixli, 2-1(103)-738/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, 1983-cü ildə inşa edilmiş tikiliyə sahib olma faktının müəyyən edilməsi və yaşama hüququnun tanınması barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin həmin qətnaməsi ilə onun ərizəsi təmin olunaraq, tikiliyə sahib olma faktı müəyyən edilmiş və 364,7 kv.m torpaq s ahəsində yerləşən Serebrovski qəsəbəsində, Trubnaya baza küçəsi, 47a nömrəli, ümumi sahəsi 89,4 kv.m olan ev onun şəxsi mülkiyyət hüququnda olmaqla yaşama hüququ tanınmışdır.
2. Sözügedən ev Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü ilin oktyabr ayında texniki inventarlaşdırmadan keçirilməklə iddiaçıya texniki pasport verilmişdir.
3. İddiaçı ünvan 2 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması səbəbindən cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabde hə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə (tikiliyə) sahiblik və həmin evdə yaşamaq hüququnun tanınması barədə iddia tələbi Suraxanı rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəli qərarı ilə təmin edilmiş, onun tikiliyə sahib olma faktı təsdiq edilmiş, həmin 364,7 kv.m torpaq sahəsində yerləşən evin onun şəxsi mülkiyyətində olması müəyyən edilməklə həmin evdə yaşama hüququ tanınmışdır. Ev iddiaçıya texniki pasport verilməklə 1983-cü ilin oktyabr ayında Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən texniki inventarlaşdırmadan keçirilmişdir. İddiaçı istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin (tikilinin) vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə çoxsaylı müraciət etmiş, lakin cavabdeh ona ünvaladığı cavab məktublarında onun müraciətinin təmin olunmasından imtina etmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin, ərizəyə əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin qərarı ilə cavabdehin üzərinə öhdəlik qoyulmamışdır. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən yaşayış evi genişləndirilmiş, 2-ci mər təbə inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasporta əsasən ümumi sahəsi 80,5 kv.m olsa da, faktiki olaraq yaşayış sahəsi 181,8 kv.m, ümumi sahəsi isə 253,4 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 02 sentyabr 2022-ci il tarixli, 21(112)-8646/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəl i qərarı ilə iddiaçının tikiliyə dair hüquqları tanınmışdır. Yəni fərdi yaşayış sahəsi vətəndaşın qanuni istifadəsində və sahibliyində olmuşdur. Həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi həm məhkəmə qərarında (şəxsi mülkiyyət hüququ əsasında), həm də “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasport”da göstərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qanuni istifadəsində və sahibliyində olduğundan, iddiaçının “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq həmin yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır, həmin torpaq sahəsi üzərində müllkiyyət hüququ yarandığı üçün onun üzərində yerləşən fərdi yaşayış evin ə və torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 27 aprel 2023-cü il tarixli, 2-1(103)-738/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmiş və iddia rədd edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ona məxsus ünvan 2 ünvanında yerləşən 364,7 kv.m to rpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınıb reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş və o, bu tələbini işə əlavə etdiyi aşağıdakı sübutlarla əsaslandırmışdır:
1. Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəli qərarı;
2. Fərdi yaşayış evinin inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportu.
3. Evin xx.xx.2022-ci il tarixində tərtib edilmiş memarlıq və planlaşdırma bölməsi. Suraxanı rayon Xalq Məhkəməsinin qeyd olunan qərarı ilə onun yalnız, mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv.m olan özbaşına tikilidə yaşaması faktı müəyyən olunmuşdur ki, həmin tikilinin yerləşdiyi 364,7 kv.m torpaq sahəsinə dair isə qərarda hər hansı hüquqmüəyyənedici sənəd in mövcudluğuna istinad olunmur. Həmin tikiliyə dair işə əlavə olunmuş texniki inventarlaşdırma və qiymətləndirmə pasportunda da torpaq ayrılması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd barədə məlumat mövcud deyildir. Evin ümumi sahəsinin isə 80,50 kv.m olduğu təsbit olunur. Cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyata alınmasını tələb etdiyi ev yenidən qurulmuş və ümumi sahəsi 253,4 kv.m təşkil edir. Həmin evin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixində tərtib edilmiş layihəsindən də görünür ki, evin yenidən planlaşdırma nəticəsində ümumi sahəsi 3 qatına genişləndirilmiş, lakin layihə Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən t əsdiq olunmamışdır. Beləliklə də, məhkəmə kollegiyası tədqiq olunan sübutlarla əlaqədar qeyd edir ki, torpaqların mülkiyyətə verilməsi, ümumiyyətlə, faktın müəyyən olunması barədə məhkəmə qərarı ilə həyata keçirilə bilməz. Qanunvericiliyin tələblərinə görə, bu səlahiyyət dövlət orqanları və bələdiyyə qərarları (sərəncamları) və həmin qurumlarla bağlanmış müqavilələr əsasında həyata keçirilir. Konkret halda isə iddiaçının belə bir torpaqayırma sənədi yoxdur. Qeyd olunanlardan göründüyü kimi, həmin torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi də qanunvericiliyə uyğun olaraq təsdiq olunmamışdır.
12. İddiaçının istinad etdiyi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində nəzərdə tutulan qeydiyyat üçün əsas olan pasport – Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdur. İddiaçının məhkəməyə təqdim etdiyi pasport isə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən tərtib edilmiş pasportdur. İddiaçının təqdim etdiyi həmin pasport həm də Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları t ərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) kimi də qiymətləndirilə bilməz. Çünki, iddiaçının faktiki istifadə etdiyi həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmış yaşayış evi mövcud deyildir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 1981-ci ildən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Bu vaxta kimi sözügedən torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmamış, həmçinin vaxt lı-vaxtında bütün kommunal xidmət haqlarını ödəmişdir. İddiaçı faktiki olaraq həmin evdə yaşayır və onun həmin evə sahiblik və istifadə hüququ məhkəmə tərəfindən tanınmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı ) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanla rı tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlə t qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmi ş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tər kibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətb iqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçının hüquqi marağı və məqsədi ünvan 2 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdır.
29. İddiaçı Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəli qərarına, fərdi yaşayış evinin inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasporta və evin xx.xx.2022-ci il tarixində tərtib edilmiş memarlıq və planlaşdırma bölməsinə istinadən hesab edir ki, həmin sənədlər onun sözügedən torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayı ş evinə mülkiyyət hüququ əldə etdiyini təsdiq edir.
30. Bununla bağlı, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Suraxanı rayon Xalq Məhkəməsinin qeyd edilən qərarında iddiaçının sahib olma faktının müəyyən edildiyi tikilinin yerləşdiyi 364,7 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcudluğuna istinad olunmur.
31. İddiaçının təqdim etdiyi fərdi yaşayış evinin inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportda da iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd barədə məlumat mövcud deyildir.
32. Eyni zamanda, sözügedən texniki pasportda evin ümumi sahəsinin 80,50 kv.m olduğu qeyd edilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçının hazırda üzərində mülkiyy ət hüququnun qeydə alınmasını tələb etdiyi ev yenidən qurulmuşdur və evin ümumi sahəsi 253,4 kv.m təşkil edir. Bu fakt həmin evin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixində tərtib edilmiş layihəsi ilə də təsdiq olunur.
33. Lakin həmin layihə üzrə tikinti obyektinin inşası ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma icraatı qaydalarına iddiaçı tərəfindən əməl olunmamış, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və digər zəruri sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim olunmamış, tikinti razılaşdırılmamışdır.
34. Həmçinin iddiaçı tərəfindən həmin fərdi yaşayış evinin şəhərsalma və tikinti hüququ normalarına uyğun tikildiyinin müəyyən olunması və rəsmiləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüldü yü mübahisəyə dair iş üzrə materiallardan görünmür.
35. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunmuş parametrlərdən və texniki göstəricilərdən fərqli ölçülərə malik, həm də işə əlavə olunmuş layihə əsasında yenidən tikilmiş fərdi yaşayış evinə hüququn qeydə alınması üçün istinad olunan həmin sənədlər yetərli sayıla bilməz. Belə ki, həmin sənədlərdə qeyd olunmuş ölçülərə malik ev faktiki olaraq artıq mövcud deyildir və yenidən qurulmuşdur (tikilmişdir). Eyni zamanda üzərində hüququn qeydə alınmasının tələb olunduğu evin tikintisi də qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmişdir və bununla bağlı müvafiq sənədlər mövcud deyildir (yəni yeni ev də hüquqi baxımdan mövcud deyildir).
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Nəticə etibarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 21(103)-738/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.