Məhkəmə qərarları › İş №2-1(102)-1871/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1871/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1871/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi, sığorta stajına müəyyən edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-586/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 sentyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Ermənistan SSR-i Qafan rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı yaşa görə pensiya təyin edil məsi üçün nəzərdə tutulan pensiya kapitalının yenidən düzgün hesablanması və bunun əsasında əmək pensiyası təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.03.1976-cı ildən 21.11.2004cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, işlədiyi dövrlərin düzgünlüyü öz təsdiqini tapmamışdır. Bundan sonra iddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 04.11.2019-cu il tarixli,2-(81)2443/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, Akif Nazaralı oğluAslanova 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulmas ı qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə, Azərbaycan Respublikası «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanununun 1-ci, 4-ci və 5-ci maddələrinə, Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin ilə rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə, Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyala rı haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsaslanaraq hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edildiyinə, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silindiyinə dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolle giyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.06.2020-ci il tarixli, 2-1(103)-586/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2-1(81)-2443/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1 və 25-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının əmək kitabçasında göstərilmiş həmin staj dövrünün ümumi əmək stajına hesablanması mümkün deyildir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının işlədiyi illəri araşdırarkən yalnız əmək kitabçasına əsaslanmış, sübutları yetərincə tədqiq etməməklə dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,qanunvericilik 2006-cı il 01 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsinin nəzərə alması dövr (1994-2004 illər) isə 01.01.2006-cı ildən əvvəlki dövrü əhatə etmiş və həmin dövr iddiaçının əmək kitabçasından əks olunmuşdur. Bununla yanaşı, Bakı Apelyasiya məhkəməsinin İnzibati Kollegiyası tərəfindən “İnzi bati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin pozuntusuna yol verilmişdir. İlkin olaraq, qeyd edək ki, əmək kitabçasının həqiqətə uyğun olmaması sübuta yetirilməmişdir. Əksinə, hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalandığı və möhürü ilə təsdiq edildiyi aşkar şəkildə görünür. Həmçinin, əmək kitabçasında hər hansı bir müdaxilənin izləri mövcud deyil. Bakı Apelyasiya məhkəməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsi tərəfindən verilən məktubuna istinad etmişdir. Lakin, qeyd edilməlidir ki, ümumiyyətlə Azərbaycan Respublikası ərazində hüquqi şəxslərin ümumi dövlət reyestrinin aparılması 12.12.2003cü il tarixində qəbul edilmiş “Hüquqi X1ı və dövlət reyestri haqqında'" Azərbaycan Respublikası Qanunu ə sasında başlamışdır. Bununla yanaşı, yalnız 28.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin səlahiyyətlərinə hüquqi şəxslərin dövlət reyestrinin aparılması aid edilmişdir. Hüquqi şəxslərin vahid reyestrinin 2007-ci ildən aparılması “Xidmət-1" İKF tərəfindən sənədlərin arxivə təhvil verilibverilməməsi iddiaçının əlehinə istifadə edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, 21(103)-586/2020 nömrəliqər arının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixliqərarı ləğv edilməli, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixli qərarında “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan görünür ki, idarədə olan reyestrdə “Xidmət-İ” İKF və “Xidmət-1” adlıkommersiya qurumu aşkar edilməmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin cavab məktubundan gör ünür ki, “Xidmət-1” İstehsalat Kommersiya firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.Bütün bunlar məhkəmə kollegiyasına əsas verir ki, iddiaçının əmək kitabçasında göstərilmiş həmin staj dövrünün ümumi əmək stajına hesablanması mümkün deyildir. Göründüyü kimi, iddiaçı “Xidmət-1” İstehsalat Kommersiya firmasının 15.08.1994-cü ildən - 21.11.2004-cü illərdə sosial sığorta üzrə ayırmaların olmasını sübut edə bilməmiş, cavabdeh inzibati orqan arxiv məlumatlarında iddiaçının həmin müəssisədə işlədiyi illərdə sosial sığorta stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına əsaslanmış, məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlarda isə həmin dövrlə bağlı arxiv sənədlərinin aşkar edilmədiyi qeyd edirik, işə baxan birinci instansiya məhkəməsi iddiaçının işlədiyi illəri araşdırarkən yalnız əmək kitabçasına əsaslanmış, sübutları yetərincə tədqiq etməmişdir.” qeyd edərək “apelyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2-1(81)-2443/2019 saylı 04 noyabr 2019cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi”nə dair nəticəyə gəlmişdir. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, qanunvericilik 2006-cı il 01 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabça sına əsasən müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsinin nəzərə almağını dövr (1994-2004 illər) isə 01.01.2006-ci ildən əvvəlki dövrü əhatə etmiş və həmin dövr iddiaçının əmək kitabçasından əks olunmuşdur. Bununla yanaşı, Bakı Apelyasiya məhkəməsinin İnzibati Kollegiyası tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin pozuntusuna yol verilmişdir. İlkin olaraq, qeyd edək ki, əmək kitabçasının həqiqətə uyğun olmaması sübuta yetirilməmişdir. Əksinə, hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalandığı və möhürü ilə təsdiq edildiyi aşkar şəkildə görünür. Həmçinin, əmək kitabçasında hər hansı bir müdaxilənin izləri mövcud deyil. Bakı Apelyasiya məhkəməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsi tərəfindən verilən məktubuna istinad etmişdir. Lakin, qeyd edilməlidir ki, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində hüquqi şəxslərin ümumi dövlət reyestrinin aparılması 12.12.2003cü il tarixində qəbul edilmiş “Hüquqi X1ı və dövlət reyestri haqqında'" Azərbaycan Respublikası Qanunu əsasında başlamışdır. Bununla yanaşı, yalnız 28.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin səlahiyyətlərinə hüquqi şəxslərin dövlət reyestrinin aparılması aid edilmişdir. Hüquqi şəxslərin vahid reyestrin in 2007-ci ildən aparılması “Xidmət-1" İKF tərəfindən sənədlərin arxivə təhvil verilibverilməməsi iddiaçının əlehinə istifadə edilə bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsaslıdır. Belə ki,əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Pensiyaçılara əmək pensiy asının düzgün təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa məhkəməsinin president hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdə n çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən 01.01.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Eyni zamanda “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qanunvericiliyin normalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi və baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh kassasiya şikayətində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasına istinad etmişdir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ib arətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə kollegiya qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 1995-2004cü illərdəki əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Öz növbəsində məhkəmənin də cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Bu mənada, hazırkı işdə məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmaqla səlahiyyətli dövlət orqanlarından əldə edilmiş sənədlər əsasında iddiaçıya məxsus əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi öz təsdiqini tapmışdır. İddiaçının 1995-2004-cü illərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsinin müəyyən edilə bilmədiyinə dair mövqe ilə əlaqədar olaraq isə aşağıdakılar nəzərə alınmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilmə si üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1995-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş s tajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçı nın 2002-2005-ci illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının işlədiyi müəssisənin mövcudluğu və iddiaçının orada işlədiyi ilə bağlı halların dəqiq müəyyən olunması ilə bağlı məsələnin aydınlaşdırılması üçün araşdırma aşağıdakı qaydada aparılmalıdır: Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işl ədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - məsələn, AR ƏƏSMN-ə, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, AR Ədliyyə Nazirliyinə, AR Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövr də fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda, müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12-ci maddəsinin tələblərinə riayət etməmişlər. Belə ki, hamıya məlum olan faktdır ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa ediləndə n sonra istənilən müəssisələrin dövlət qeydiyyatı şəhər (rayon) icra hakimiyyətlərində, sonradan Ədliyyə Nazirliyində aparılmış və nəhayət halhazırda Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında aparılmaqdadır. Apelyasiya məhkəməsi isə bunu nəzərə almayaraq, “Xidmət İ” İKF-nin “Xidmət 1” adlı kommersiya qurumunun qeydiyyatı ilə bağlı yuxarıda sadalanan 3 dövlət orqanından yalnız 1-nə sorğu göndərmişdir. Digər tərəfdən, iddiaçının əmək kitabçasında “Xidmət İ” İKF ilə bağlı qeydlərdə həmin hüquqi şəxsin möhürü də vurulmuş, lakin apelyasiya məhkəməsi həmin möhürün mötəbərliyi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etməmişdir. Eyni zamanda “Xidmət İ” İKF-nin fəaliyyət göstərdiyi dövrdə vergi orqanına bəyannamələrin verilib-verilməməsi də araşdırılmamışdır. Göründüyü kimi apelyasiya instansi yası məhkəməsi inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, işə səthi və formal yanaşmışdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(103)-586/2020 saylı qərarı ləğv edilməli, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayətinin qalan hissədə təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.06.2020-ci il tarixli, 2-1(103)-586/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün BakıApelyasiya Məhkəməsinəgöndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar